"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ramiz Mehdiyev Rauf Arifoğlundan sitat gətirdi – reaksiya

04 Dekabr 2014 - 13:10
in CƏMİYYƏT
FacebookVatsap

Baş redaktor: “AXCP ilə davamız başlayanda Əli Kərimli bu iqtidarın yanındaydı, 2001-ci ildəimg1667774 onu mən müxalifətə qaytardım… ”

Bunu da oxuyun

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Sabahın hava proqnozu açıqlanıb

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

AXCP sədri Əli Kərimlinin şər dəstəsinin məlum kampaniyası üçün yeni material tapılıb. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yazdığı son məqaləsində “Yeni Müsavat” qəzetinin baş redaktorundan sitat gətirib. Nəymiş o sitat? Budur: “Əli Kərimli və onun partiyası sağalmaz xəstəliyə tutulub. Əli Kərimlinin və partiyasının – siyasi savadı, geridə qalmış, sivilizasiya və demokratik qaydalar haqqında elementar təsəvvürləri olmayan insanların hakimiyyətə gəlməsinə yol verməkdənsə, indiki iqtidarın mövcudluğunu qat-qat faydalı hesab edirəm”…

Bir az dəyişdirilib, “gerizəkalı” sözü “geridəqalmış” kimi düzəldilib. Amma fakt-faktlığındadır: Administrasiya rəhbəri özünün az qala kitab həcmdə olan məqaləsində  R. Arifoğlunun bu fikrinə yer verib.
Bundan ruhlanan AXCP rəhbərliyi, fəalları, “Azadlıq” qəzeti yazarları baş redaktorun üzərinə yeni hücum, böhtan, söyüş dalğası başladıblar. Sanki siyasət yaranandan bundan böyük hadisə baş verməyib. Cümlə qurmağı bilməyən İlham Hüseyn adlı AXCP funksionerinin imzası ilə baş məqaləni Əli Kərimli şəxsən yazıb. Xaricə qaçmaq üçün startda olan ştatlı mirzə Natiq Güləhmədoğlu daha birisini, Xaliq Bahadır, digər “…dır-dir –dür”lər başqalarını…
O qədər də sevincəkdirlər ki, sanki ifraz etdikləri böhtan nəcislərindən muncuq tapıblar.

 Prezident Administrasiyası rəhbərinin yazısında Kissincerdən, Fukuyamadan, Kantdan, Mirmahmud Mirəli oğlundan, Sərdar Cəlaloğlundan sitatlar olduğu halda…

Diqqətimizi çəkən cəhət budur ki, R. Mehdiyevin məqaləsində istinad və sitatlar çoxsaylıdır. Yəni məqalə R. Arifoğlunun sitatı üzərində qurulmayıb. Burada müəllif fikrini əsaslandırmaq üçün filosoflardan, siyasi texnoloqlardan, dövlət xadimlərindən sitatlar gətirib.
Məsələn, BMT İnkişaf Proqramının rəhbəri Helen Klark , Frensis Fukuyama, Şarp, Olbrayt, C.Nayın , Kant, Amerika analitiki Erik Drayser məqalədə sitat gətirilən ünvanlardandır. Burada Azərbaycan siyasi səhnəsində olan tanınmış siyasətçilərdən –  Mirmahmud Mirəlioğlundan, Sərdar Cəlaloğlundan və başqalarından da sitatlar var.

 “Əli Kərimli çetesinin reaksiyasından aydın görünür ki, R. Mehdiyev məqsədinə çatıb. Müxalifətin içində AXCP-nin başlatdığı və mənim üstümə fokuslanan daxili çəkişmələri bir yazı ilə daha da alovlandırdı”

Lakin AXCP yetkililəri və onların “Azadlıq” qəzetində çalışan uzantıları yalnız R. Arifoğlunun cəmi bir cümlədən ibarət olan sitatını hadisə ediblər. Niyə? Bu sualı Rauf Arifoğlunun özünə verdik: “Qərəz göz önündədir. Əli Kərimlinin dərdi-azarı mənəm, əsas səbəb budur. Guya bununla mənə qarşı “növbəti və həlledici” hücumunu, ifşa kampaniyasını həyata keçirir. Lakin bu adam hər dəfə mənə dəydikcə, özü parçalanır, mahiyyətindəki kiçiklik, qisasçılıq, ciğallıq, qərəzlilik ortaya tökülür. Hakimiyyətin siyasi və informasiya xəttini aparan baş texnoloq məqalə yazıb. Məqalə müxalifətə qarşıdır –  siyasi rəqiblərə. Təbii ki, bu cür yazılarda düşərgədaxilindəki konfliktlərdən yararlanacaqlar. Biz də belə etmişik, hər zaman. İqtidar düşərgəsində uyuşmazlıq, konflikt, tənqid olanda, dərhal qəzetlərə, məqalələrə sitat kimi daşımışıq, arqumentləşdirmişik. Bunu iqtidarın baş polit-texnoloqu da bacarır və Əli Kərimli çetesinin reaksiyasından aydın görünür ki, R. Mehdiyev məqsədinə çatıb. Müxalifətin içində AXCP-nin başlatdığı və mənim üstümə fokuslanan daxili çəkişmələri bir yazı ilə daha da alovlandırdı. Görünən də budur ki, hakimiyyət bu davanın yatmasını istəmir. Əli Kərimli də hər gün daha da artan kin-kidurətlə “Yeni Müsavat” qəzetinin üstünə gəlməklə, iqtidarın bu marağına xidmət edir. Əminəm ki, təcrübəli texnoloq olan R.Mehdiyev bu sitatı yazısına salanda dəqiq bilirdi ki, reaksioner Əli Kərimlinin buna münasibəti, sonrakı davranışları necə olacaq. Budur, hər şey göz önündədir. AXCP bütün potensialı ilə irəli atıldı, dava daha da qızışdı. Təbii ki, biz də bu yeni mərhələyə dair “atəş nöqtələri”nə cavab yaylımı açacağıq… Bax, illərdir “radikal” Əli Kərimlinin müxalifət düşərgəsinə xidməti budur. Adam “agent-provokator” tipidir ki, var. Müxalifətin toparlanmasına, bir araya gəlməsinə imkan vermir”.

 “Görünən də budur ki, hakimiyyət bu davanın yatmasını istəmir. Əli Kərimli də hər gün daha da artan kin-küdurətlə “Yeni Müsavat” qəzetinin üstünə gəlməklə, iqtidarın bu marağına xidmət edir. Əminəm ki, təcrübəli texnoloq olan R.Mehdiyev bu sitatı yazısına salanda dəqiq bilirdi ki, reaksioner Əli Kərimlinin buna münasibəti, sonrakı davranışları necə olacaq”

R. Arifoğlu deyir ki, AXCP yetkililərinin məntiqincə, R. Mehdiyevin sitat gətirdiyi bütün ünvanların “maskası” cırılıb, ifşa olunublar: “O cümlədən də Olbraytın, Kantın, Kissincerin, Fukuyamanın… Gülünc məntiqdi, lakin Əli Kərimliyə məxsus olduğu üçün “ciddidir”. Onlara və digər azərbaycanlı siyasətçilərə toxunmadan, mənə yüklənmək, manşetlər atmaq… Əslində, mənim üçün xoş bir eksperimentdir. Bir dəstə tülüngü “axe-ce-pe”çiləri təkbaşıma üstümə çəkib, məşğul edirəm. Xeyli adamın, siyasətçinin, yazarın canı bir az dincəlsin. Kərimlinin şər makinası indilik mənə işləyir…  ”

 “Azərbaycan hakimiyyəti 2015 seçkiləri istiqamətində müxalifətlə anlaşmaya doğru yarım addım da atmayıb. Əli Kərimlinin “anlaşdılar, Rauf Arifoğlu aralarını düzəltdi, mən kənarda qaldım”, isterikası da …şivənlikdən başqa bir şey deyil. Yoxdur belə bir şey, təəssüf ki!”

R. Arifoğlu müsavat.com-un ona sual verən müxbirinə deyib ki, Ramiz Mehdiyevin məqaləsində Müsavat Partiyası da kəskin tənqid olunub: “Həm də daha artıq və daha amansız. Başqaları, məsələn Eldar Namazov, Leyla Yunus Əli Kərimlidən daha artıq hədəfə götürülüb.  Lakin Əli Kərimli və onun çetesi bu faktı qismən görməzdən gəlməyə çalışblar. Alınmayıb, ona görə də belə izah ediblər ki, Ramiz Mehdiyev bunları “izi azdırmaq üçün” edib. Yəni artıq Müsavat Partiyası ilə hakimiyyət arasında bir anlaşma var , sadəcə R. Mehdiyev diqqəti yayındırmaq üçün Müsavatı da AXCP-nin gözünə qatır. Allah ağıl versin. Lakin 27 ilini siyasətə vermiş birisi kimi deyim ki, belə bir fantastik görünən ssenarinin reallaşması üçün hər şeyə hazıram. Təki Azərbaycan hakimiyyəti nəhayət, qəbul etsin ki, Azərbaycanın ana müxalifət partiyası ilə gələcək seçkilər mövzusunda, islahat və demokratik idarəetməyə keçidlə bağlı anlaşmaq və danışmaq lazımdır. Təbii ki, belə olacağı təqdirdə dağıdıcı və təxribatçı güc olan Əli Kərimli çetesi kənarda qalacaq. O, 10 il istifadə etdiyi, mandatını daşıdığı mövcud    iqtidarla da, Müsavat Partiyası və digər müxalifət komponentləri ilə də limitini tükədib. Birinə atıb, aldadıb, digərlərini bezdirib, dözümünün son həddinə gətirib…Lakin təəssüflə qeyd edirəm ki, belə bir şey yoxdur –  Azərbaycan hakimiyyəti 2015 seçkiləri istiqamətində müxalifətlə anlaşmaya doğru yarım addım da atmayıb. Əli Kərimlinin “anlaşdılar, Rauf Arifoğlu aralarını düzəltdi, mən kənarda qaldım”, isterikası da …şivənlikdən başqa bir şey deyil. Yoxdur belə bir şey”.

 “İqtidar Müsavat xəyali yaxınlaşmasına gəlincə, hər iki tərəf mandat versə, Azərbaycan naminə bu prosesə start verə bilərəm… Əli Kərimli bir az da bağıracaq, o qədər…”

Baş redaktor son olaraq bunları deyib: “Bunların şantajı mənə viz gəlir. Mən savaşların bütün kateqoriyasını görmüş və yaşamış biriyəm. Erməni ilə, ruslarla, bu iqtidarla… Əli Kərimlinin qara-qura adamları ilə də ilk dəfə deyil, üz-üzə gəlirəm. Bu dava başlayanda, Əli Kərimli və hörmətli Ramiz Mehdiyev eyni tərəfdə idilər. 1997-2001-ci illərdə belə oldu. 2001-ci ildə Gündüz Tahirlinin yardımı ilə Əli Kərimlini mən “verbovka” edib, müxalifətə qaytardım. Bunu özü də bilir. Bilən və yaşayan daha iki tanınmış lider var. İcazələrini alsam, onların da adlarını çəkər, sitat verərdim… İqtidar Müsavat xəyali yaxınlaşmasına gəlincə, hər iki tərəf mandat versə, Azərbaycan naminə bu prosesə start verə bilərəm… Əli Kərimli bir az da bağıracaq, o qədər…  ”  (Musavat.com)

 

Previous Post

Ramiz Mehdiyev Rauf Arifoğlundan sitat gətirdi – reaksiya

Next Post

Ərdoğan Putinin təklifini qəbul etmədi

Bənzər yazılar

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29

1990-cı illərdə Birinci Qarabağ savaşında acımıza biganə qala bilmədiniz, Türkiyədən yardıma gəldiniz. O illər haqqında nə deyə bilərsiniz? - "Birinci...

Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37

Avqustun 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti...

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00

Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Bu barədə Elchi.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə,...

MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45

14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş...

Next Post

Ərdoğan Putinin təklifini qəbul etmədi

Ərdoğan Putinin təklifini qəbul etmədi

Son xəbərlər

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

Abit Öztürkə bir ömür minnətdarlıq hissi

02 Avqust 2026 - 00:29
Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

Azərbaycan-Mərkəzi Asiya: Vahid geosiyasi və geoiqtisadi məkan

01 Avqust 2026 - 20:13
“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

“Keçmişimizi siyasi konyuktura naminə baltalamamalıyıq” – Qüdrət Həsənquliyev

01 Avqust 2026 - 19:59
Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

Rubio: ABŞ Ukraynada sülh danışıqlarını bərpa etməyə çalışacaq

01 Avqust 2026 - 14:02
“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

“Real Madrid”in futbolçusu Asensio məhkəməlik oldu: 2 il 6 ay həbs cəzası ala bilər

01 Avqust 2026 - 13:45
Sumqayıtda yanğın olub – VİDEO

Sumqayıtda yanğın olub – VİDEO

01 Avqust 2026 - 13:09
Sabah 39 dərəcə isti olacaq

Sabahın hava proqnozu açıqlanıb

01 Avqust 2026 - 12:37
Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

Xalq şairi Nəriman Həsənzadə I Fəxri xiyabanda dəfn ediləcək

01 Avqust 2026 - 12:00
MİQ-in nəticələri açıqlanıb

MİQ-in nəticələri açıqlanıb

01 Avqust 2026 - 11:45
Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

Lukaşenko: İnsanlar və dövlətlər arasında əlaqələri kəsmək mənasızdır

01 Avqust 2026 - 11:21
“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

“Qalatasaray” Rusiya millisinin üzvü üçün hərəkətə keçdi

01 Avqust 2026 - 11:08
Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

Dövlət başçısı İlham Əliyev İsveçrə Prezidentini təbrik edib

01 Avqust 2026 - 10:55
Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

Azərbaycan bu gündən Bosniya və Herseqovina və Sinqapur vətəndaşlarına vizasız rejim tətbiq edir

01 Avqust 2026 - 10:50
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşmaqda davam edir

01 Avqust 2026 - 10:30
Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

Dünən cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb

01 Avqust 2026 - 10:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.