"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Azərbaycan ABŞ-a qəti şəkildə etiraz edir”

03 Dekabr 2014 - 19:03
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

2313“ABŞ-ın Dağlıq Qarabağın separatçı rejiminə qucaq açması beynəlxalq hüququn prinsiplərini pozaraq ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş cəhdlərə dəstək kimi qəbul olunur. Bu, Dağlıq Qarabağ probleminin içində olan və onun həllinə cəlb olunmuş ölkə kimi ABŞ-ın bitərəf mövqe tutacağına inamı heçə endirir”. Bunu “Trend”ə açıqlamasında Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
 
Qeyd edək ki, hətta Ermənistanın özü tərəfindən tanınmamış qondarma “Dağlıq Qarabağ respublikası”nın “parlament sədri” Vaşinqtonda, ABŞ Konqresində bir neçə konqresmenlə görüşüb, onlarla ABŞ və qondarma rejim arasında əlaqələrin genişləndirilməsi, eləcə də bir sıra sosial-iqtisadi layihələrin həyata keçirilməsi məsələsini müzakirə edib. Bundan əlavə, ABŞ Konqresində qondarma rejimin “müstəqilliyinin 23-cü ildönümü”nə həsr olunmuş təntənəli tədbir təşkil edilib. Tədbirdə konqresmenlər, separatçı rejimin və erməni diasporunun nümayəndələri iştirak ediblər.
Milli Məclis sədrinin müavini bildirib ki, Azərbaycan buna qəti şəkildə etiraz edir: “Çünki ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə yaradılmış ATƏT-in Minsk qrupunun həmsədridir. Həmsədr kimi isə onun mandatına daxil olan vəzifələr var. Üstəlik, çox böyük və bütün dünyada bir çox məsələləri özünün səlahiyyət dairəsinə aid edən dövlət kimi belə bir addım atması heç cür təqdir oluna bilməz. Tanınmamış separatçı rejimin “rəhbərləri”nin ABŞ parlamentində yüksək səviyyədə qəbul edilməsi, Minsk qrupunun həmsədri Ceyms Uorliklə və ayrı-ayrı konqresmenlərlə görüşlərin keçirilməsinə şərait yaradılması ABŞ-ın Minsk qrupunun həmsədri kimi mövqeyini çox ciddi şübhə altına alır”.
Bahar Muradovanın fikrincə, separatçı rejimlərə belə “selektiv” münasibət sərgilənməsi ABŞ-ın və onun müvafiq qurumlarının mövqeyinin heç də birmənalı olmadığını göstərir: “Eyni problemə beynəlxalq aləmdə “selektiv” münasibət göstərilməsi digər oxşar hərəkətlərə rəvac verilməsinin mümkünlüyünə işarə kimi qəbul edilə bilər. Şəxsən mən Azərbaycan parlamentarisi olaraq buna öz ciddi etirazımı bildirir və hesab edirəm ki, ABŞ Konqresinin rəsmiləri, müvafiq qurumları, xarici siyasət idarəsinə rəhbərlik edən şəxslər bu məsələ ilə bağlı təcili açıqlama verməlidirlər. Belə bir addım hansı səbəbdən atılır? Bu hərəkətə bir izah verilməlidir!”
Bahar Muradova qeyd edib ki, bununla bağlı yəqin ki, Azərbaycan dövlətinin etirazı rəsmi mövqe ilə ifadə olunacaq, lakin daha maraq doğuran məsələ ABŞ-ın hansı mövqe bildirəcəyidir: “Əminəm ki, bizim rəsmi mövqeyimiz bu hərəkətləri heç zaman müsbət qarşılaya bilməz və öz kəskin etirazını açıq şəkildə bildirəcək. Ümumilikdə, bizim mövqeyimiz aydındır. Bizim bütün cəmiyyətimiz, siyasi partiyalar, parlamentimiz bu məsələyə öz münasibətini bildərəcək. Maraqlı olan ABŞ-ın mövqeyi, onun gündəlik mövqeyini bəyan edən sözçülərinin açıqlayacağı məsələlərdir. Onlar buna necə izahat verirlər? Nəyə görə belə bir addım atılır? Ukrayna ərazisində baş verən hadisələrə, oradakı separatçı rejimlərə qarşı bir mövqe tutulur, lakin Dağlıq Qarabağ məsələsində tamamilə başqa bir mövqe sərgilənir. Bu, ikili standartdan xəbər vermirmi? Fövqəlbəşər bir dövlətin dünyanı narahat edən, ölkələrin ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq hüququn prinsiplərini ayaq altına alan məsələlərə bu şəkildə münasibət bildirməsi ermənilərin beynəlxalq ictimaiyyətin, o cümlədən ABŞ-ın “ərköyün uşağı” qismində olmasını göstərmirmi? Mənim üçün çox maraqlıdır ki, ABŞ-ın rəsmi dairələri bu məsələyə necə izahat verəcəklər?
Ümumilikdə, beynəlxalq aləmdə bir çox məsələlərə viza rejimi, iqtisadi və başqa yönümlü sanksiyalarla münasibət bildirən ABŞ nədən separatçı rejimin “rəhbərləri”nə qucaq açır, onları ən yüksək səviyyədə dövlət orqanlarında qəbul edir, üstəlik, Konqresdə separatçı rejimin yaradılmasının ildönümünün bayram edilməsinə icazə verir? Göz yumur yox, məhz icazə verir, onlara şərait yaradır. Biz buna qəti şəkildə etirazımızı bildiririk!”
Previous Post

“Azərbaycan ABŞ-a qəti şəkildə etiraz edir”

Next Post

İŞİD-ə qarşı mübarizə nəticəsizdir

Bənzər yazılar

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13

Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub. Elchi.az -ın məlumatına görə, Tovuz şəhər stadionunda baş tutan...

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11

BƏƏ sahillərində "Gem No. 2" tankerindən neft sızması dayandırılıb, yeni neft sızması halları aşkar edilməyib, zərər çəkmiş sahilboyu ərazilərin təmizlənməsi...

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29

Yəmənin hökumət qüvvələri "Yəmən şəfəqi" hücum əməliyyatı çərçivəsində son saatlar ərzində husilərə 1087 zərbə endirdiyini açıqlayıb. Elchi.az xəbər verir ki,...

Next Post

İŞİD-ə qarşı mübarizə nəticəsizdir

İŞİD-ə qarşı mübarizə nəticəsizdir

Son xəbərlər

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

DYP ölümlə nəticələnən qəzaların səbəblərini açıqladı

31 Oktyabr 2026 - 15:55
“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

“Bavariya” Keynin əvəzləyicisini “Monako”da tapdı

31 Oktyabr 2026 - 15:24
Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

Polşa Seyminin vitse-spikeri Navrotski və Tusku dialoqa çağırdı

31 Oktyabr 2026 - 14:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.