"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

“Dövləti 1993-cü ilin qaydaları ilə idarə etmək olmaz”

01 Dekabr 2014 - 11:33
in SİYASƏT MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı şəxsləri yubanmadan azad etməliyik”img1564736

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Milli Məclisin son həftəsində əslində əksər deputatların Avropaya ünvanlı sərt çıxışlar etməsi parlamentdə qəbul olunan 2015-ci il dövlət büdcəsinin qəbulunu nisbətən arxa plana keçirtdi. Əslində Azərbaycan insanının taleyini müəyyənləşdirən illik büdcə ilə bağlı hökumətin son qərarı antiqərb çıxışları fonunda diqqətdən kənarda qaldı. BAXCP sədri, deputat Qüdrət Həsənquliyevlə danışdıq.

Yeri gəlmişkən, Q.Həsənquliyev büdcənin əleyhinə səs verən 3 deputatdan biri olaraq hesab edir ki, parlamentdəki büdcə müzakirələrində yeni formanın tətbiqinə ehtiyac var. Müsahibimin Avropadan basqılara Bakıdan verilən reaksiyalara da baxışı fərlidir. Partiya sədrinin ölkədəki real durumu dəyişmək üçün hakimiyyətə ünvanlı konkret təklifləri də var.

– Qüdrət bəy, parlamentin son iclasındakı sərt antiavropa ritorikasını haqlı sayırsınızmı?

– Mən plenar iclasdakı çıxışımda da bildirdim ki, bizi hətta düşmənlərimiz belə tənqid edirsə, ilk növbədə bu tənqiddə haqlı məqamların olub-olmadığına diqqət etməliyik. Əgər haqlı məqamlar varsa, onda problemlərin həlli üçün addımlar atmalıyıq – düşmənin onu hansı niyyətlə deməsindən asılı olmayaraq. Tutaq ki, ancaq Azərbaycanı qaralamaq məqsədilə tənqid edir, amma yenə də o tənqidlərə diqqətlə yanaşmalısan ki, mənim bu problemim varmı ki, Avropa bundan istifadə edib nəyisə qabartma istəyir? O, digər məsələdir ki, Avropa doğrudanmı Azərbaycanın demokratik, güclü bir dövlətə çevrilməsini istəyir və bu tənqidlərində xoş niyyətlidir?

Şəxsən mən daxilən inanmıram ki, Avropa səmimi şəkildə Azərbaycan vətəndaşlarının maraqlarını qoruyur. “Avronest”in sonuncu büro iclasındakı çıxışımda da açıq şəkildə danışdım. Dedim necə ola bilər ki, siz 6 nəfər həbs olunmuş şəxsin hüquqlarının müdafiəsinə bu qədər ciddi şəkildə qoşulursunuz, amma 1 milyon insan 20 ildir ev-eşiyindən didərgin salınıb, 20 min insan qətlə yetirilib, ailələr başsız qalıb, mənəvi baxımdan şikəst olub, daha bu itkini bərpa etmək mümkün deyil, bu məsələyə niyə münasibət bildirmirsiniz?

Ermənistan üçün kiçik bir təhlükə yaranan kimi dərhal bəyanat verirsiniz ki, zor tətbiqindən imtina olunmalıdır. Dedim ki, axı bu dövlət zor tətbiq edib, etnik təmizləmə aparıb, başqa dövlətin vətəndaşlarını qətlə yetirib və o ölkənin torpağını 20 ildir işğalda saxlayır. İndi də deyirsiniz zor tətbiq etmək olmaz. Bəs zor tətbiq edən ölkə ilə nə etmək lazımdır? Ən azından onun fəaliyyətini pisləmək lazımdırmı, demək lazımdırmı ki, sən işğala son qoymalısan, qonşu dövlətin ərazi bütövlüyünü tanımalısan? Yaxud bir ölkədən zorla tələb etməlisənmi ki, sən öz ərazisinin bir hissəsində referendum keçirilməsinə razı olmalısan? Bəs BMT Nizamnaməsi və dövlətlərin ərazi bütövlüyü prinsipi harda qaldı? Dedim hələ mən işğalçı ölkəyə güc tətbiq etməyinizdən danışmıram, ən azı ortaya prinsipial mövqe qoyulmalıdır.

– Qarabağ məsələsinə, Ermənistana münasibət bəllidir. Məgər beynəlxalq dairələrin tənqid olunması çıxış yolu sayıla bilərmi?

““Rusiya Qarabağ probleminin ədalətli həllinə nail olmadan, Avropa ilə Azərbaycanın münasibətlərini korlamaqla Azərbaycanı zorla özünə yaxınlaşdırmaq istəyir…”

– Ona görə də mən deyirəm ki, o təşkilatların bizi guya çox istədiyinə görə insan haqları ilə bağlı bəyanat verdiyinə inanmıram. Mən sizin qəzet vasitəsilə ilk dəfə rəsmi açıqlama verirəm və tam əminliklə deyirəm: Azərbaycana qarşı beynəlxalq birliyin bəzən çox qısa müddətdə səfərbər olunub ölkəmizin çox kəskin formada imicini korlamaq cəhdləri, – müəyyən mənada onlar buna nail da olurlar – böyük miqdarda insanların bura qoşulması təkcə erməni lobbisinin işi deyil. Rusiya lobbisi bu məsələdə çox aktiv şəkildə iştirak edir. Avropada belə bir geniş fikir yayılıb ki, əgər Rusiya əvvəl Avropanı tanklarla işğal edirdisə, indi banklarla işğal edir. Avropada sözünün çəkisi olan siyasətçilərin böyük bir qismini Rusiya artıq korrupsiya yolu öz təsiri altına alıb. Onlar Azərbaycana təsir etməklə çalışırlar ki, Avropa ilə münasibətlərini bu formada korlamağa və Azərbaycanı Rusiya tərəfə itələməyə çalışırlar. Rusiya Qarabağ probleminin ədalətli həllinə nail olmadan, sadəcə Avropa ilə Azərbaycanın münasibətlərini korlamaqla Azərbaycanı zorla özünə yaxınlaşdırmaq istəyir.

– Deməli, Bakı və Moskva arasında münasibətlərin yaxşılaşması sadəcə bir görüntüdür? 

– Rusiya bütün gücü ilə çalışır ki, Azərbaycanın Avropa ilə münasibətlərində çox ciddi problemlər yaransın və o, Ermənistana təzyiq eləmədən, Qarabağ problemini həll etmədən Azərbaycanı özünün təsiri altına salsın. Biz bilirik ki, bu problemin həll olunmamasının əsas günahkarı Ermənistan deyil. Ermənistan rəhbərliyi bu gün desə ki, mən qoşunları çıxardıram, Qarabağ mənə lazım deyil, onu deyən prezident ya Dəmirçiyan kimi publik formada qətlə yetiriləcək, ya da ən yaxşı halda qətlə yetiriləcək.

Azərbaycanda da bu gün kimsə desə ki, Qarabağ bizə lazım deyil, Qarabağı veririk, sözsüz ki, xalq buna razı olmaz və Rusiya burda dərhal hərəkətə keçib proseslərə qatılacaq, bunu bəyan edən hakimiyyəti devirəcək. Yəni Rusiyaya bu gün bu problemin həlli yox, qalması lazımdır. Amma indi Moskva istəyir ki, Azərbaycanın öz torpağını, Qarabağı özünə qaytarmadan avropalıların vasitəsilə Azərbaycana təzyiq edib onu özünə yaxınlaşdırsın.

Mən sizi əmin edirəm, sabah Azərbaycan Qarabağı istəmədən Rusiyanın tələblərinə əməl etsə, Avrasiya Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulsa, Avropadan gələn tənqidlərin bir qismi səngiyəcək, 70 faizi aradan qalxacaq. Əgər Avropadan bizə qarşı olan təzyiqlərin 30 faizi erməni lobbisi ilə bağlıdırsa, 70 faizi Rusiya ilə bağlıdır. Almaniyanın kansleri olmuş Şröder bu gün “Qazprom”da adicə bir işçidir. Yəni alman siyasi elitasının böyük bir hissəsi Rusiyanın tam nəzarəti altındadır. Fransada siyasi partiyaların Rusiya tərəfindən maliyyələşdirilməsi ilə bağlı hansı işlərin görüldüyünü də mətbuatdan oxuyuruq. Ona görə də bu məsələləri unutmaq olmaz.

– Ancaq indiki situasiyanı doğuran obyektiv səbəblər də var, xüsusilə də siyasi məhbuslarla bağlı. Ölkə daxilində mövcud durumu dəyişmək üçün siz konkret nə təklif edirsiniz? 

– Mən çox ümid edirəm ki, Azərbaycan hökuməti ən azı məhkəməyə qədər həbs qətimkan tədbirini dəyişməlidir. Avropadan gecə-gündüz bağırırlar ki, bu insanlar siyasi motivlərlə həbs olunub. Ümumiyyətlə, mən düşünürəm ki, biz beynəlxalq təşkilatlar tərəfindən əsaslı, ya qeyri-əsaslı siyasi məhbus kimi tanınan şəxslərin hamısını yubanmadan, birmənalı şəkildə azad etməliyik. Hesab etmirəm ki, məhdud sayda insanlara görə Azərbaycan beynəlxalq təşkilatlarla üz-üzə gəlməlidir. O təşkilatlarla – Avropa Birliyi, Avropa Şurası, ATƏT, başqa insan haqlarını müdafiə edən qurumlarla da üz-üzə gəlmək olar, yalnız Qarabağa görə. Əgər onlar bizdən tələb edirlərsə ki, “gedin referenduma”, biz də bu referendumun nəticəsinin nədən ibarət olduğunu bilirik, o halda onların üzünə tüpürməliyik ki, sizin təklifiniz çox ləyaqətsiz təklifdir, bu təklif hər bir Azərbaycan insanının mənəviyyatına toxunur. Amma ölkə daxilində tutulan adamlara görə… Mən daim deyirəm ki, bizim vətəndaşlar Suriya, Liviya, İraqa baxaraq öz addımlarını ölçüb-biçməli, emosiyalarına da nəzarət etməlidir.

Biz bu sabitliyi qiymətləndirməliyik. İnqilablar heç bir halda xalqlara xoşbəxtlik gətirməyib, dünyanın tarixi bunu göstərir. Amma o halda ki, hansısa şəxslərin azad olunması – tutaq ki, terrorçuların, ekstremistlərin başında duran şəxslərdirsə, ölkədə sabitliyi pozub Liviya, Suriya, Misir, İraqdakı vəziyyəti yaratmaq gücündə olan adamlardırsa, əlbəttə, onları heç bir halda azad etmək olmaz. Biz onda bütünlüklə dövlətçiliyi, sabitliyi təhlükəyə atmış olarıq. Mən onlara qarşı birmənalı olaraq dövlətin və məhkəmələrin sərt cəzalar verməsinin tərəfdarıyam. Xüsusilə də din məsələsində. Amma digər şəxslər azad oluna bilər. Açıq deyək, hazırda həbsdə olan adamların heç birinin belə bir potensialı yoxdur. Azərbaycanda da nə sosial vəziyyət, nə siyasi əhval-ruhiyə sadaladığım ölkələrdəki kimi deyil ki, sabitliyə və hakimiyyətə ciddi təhlükə olsun. Nə də o cür üsyan və qiyamların baş verməsi təhlükəsi yoxdur. Ona görə də hakimiyyət orqanları ciddi daşınıb-düşünməli, həmin şəxsləri azad etməlidir.

– Ola bilərmi ki, erməni işbirliyində olmaqla bağlı ittihamların ortaya çıxmasında, bunu Azərbaycana məqsədli şəkildə sızdırmaqda erməni-rus kəşfiyyatının da barmağı olsun? Yəni Qərb dairələrinə yaxın şəxslərin həbsində Bakı ilə Avropanın münasibətlərinin pozulması planı Moskvada hazırlana bilərmi? 

– Mən heç nəyi istisna etmirəm. Amma prokurorluq orqanları söz verib ki, açıq məhkəmə prosesləri keçiriləcək və orda da hər şey ortaya çıxacaq. Mən də başqa vətəndaşlar kimi bunu səbirsizliklə gözləyirəm. Amma ən azı məhkəməyə qədər bu adamların cəzasını ev dustaqlığı ilə əvəzləmək olar. Erməni kəşfiyyatı ilə əlaqəli ittiham olunan şəxslərə münasibətdə əlbəttə, mən də kifayət qədər ehtiyatlı davranmağın tərəfdarıyam. Cinayəti sübut olunarsa, onlara kifayət qədər sərt cəzaların tətbiqinin tərəfdarıyam. Biz müharibə şəraitində yaşayırıq. Vətənə xəyanət edənlər vaxtilə hərbi qaydalara uyğun olaraq güllələnirdilər. Müharibə dövründə vətənə xəyanət etməyin başqa adı yoxdur. Yəni sərt cəzanın tərəfdarıyam. Bununla belə məhkəmə prosesini gözləməliyik ki, elan olunmuş ittihamlar nə dərəcədə əsaslıdır. Amma İsmayıllı hadisələrinə görə həbs edilənlər ki, vətənə xəyanətdə ittiham olunmur. Yaxud həbsdəkilərin bir hissəsi də təyin olunmuş cəzanın bir hissəsini çəkiblər, bunları ki, azad etmək olar. Digər ittiham olunan şəxslərin üzərində isə açıq məhkəmə qurulmalıdır və istəyən şəxslərin o prosesdə iştirakına imkan yaradılmalıdır.

– Siyasi məhbuslarla bağlı İşçi Qrupunun yaradılmasının ardınca gündəmə iqtidar-müxalifət dialoqu gəlib. Eyni zamanda, ilin sonuna qədər əfvlə bağlı növbəti qərarın olacağı, 2015-ci ilin əvvəllərindən isə ölkədə islahatlarla bağlı mühüm addımların atılacağı gözləntisi var. Sizin məlumatlarınız və gözləntiləriniz nədən ibarətdir?

– Əlbəttə, mən İşçi Qrupunun yaradılmasını çox normal qarşılayıram. Həm də bir az optimist insanam, çalışıram ki, atılan addımların müsbət tərəflərini görəm, onu qiymətləndirəm. Ümidlə yaşamaq lazımdır. Hər halda mən ümid edirəm ki, hakimiyyət situasiyanın fərqindədir. İllər keçir, cəmiyyət çox sürətlə inkişaf edir. Biz dövlət müstəqilliyini əldə edəndə mobil telefonlardan istifadə olunmurdu. Amma indi istənilən yerdən dünyanın istənilən ölkəsi ilə mobil rabitə vasitəsilə əlaqə yarada bilirik. Gör qısa müddətdə dünya hardan-hara gəldi. Yəni elm və texnologiyanın çox sürətlə inkişaf etdiyi, insanların şüurunda bu qədər köklü dəyişikliklərin baş verdiyi bir dönəmdə dövləti 1993-cü ilin qaydaları ilə idarə etmək olmaz.

Deməli, idarəetmə də təkmilləşməlidir. Mən bunu iqtidardan gözləyirəm və ümid edirəm ki, iqtidar da idarəetməni təkmilləşdirəcək, çoxpartiyalı sistemin inkişafı üçün addımlar atacaq. Çox istərdim ki, Azərbaycan parlamentli respublika modelinə keçsin, proporsional seçki sistemi bərpa olunsun, parlamentdə deputatların sayı ən azı iki dəfə artırılsın, 125-i proporsional, 125-i majoritar qaydada seçilməklə 250 nəfərə çatdırılsın. Növbəti seçkilərdən isə parlament seçkiləri yalnız proporsional qaydada keçirilsin. Mən islahatların tərəfdarıyam və bu islahatlar paketini də hökumətə təqdim etmişik. Amma iqtidar nə dərəcədə buna hazırdır, demək çətindir. Hakimiyyət düşünürsə ki, indiki idarəetmə cəmiyyəti qane edir, heç də nəyisə dəyişməyə ehtiyac yoxdur, bu yanaşma ilə hərəkət edəcəksə, bizə yalnız buna təəssüf eləmək qalacaq. Biz Avropanın inkişaf etmiş cəmiyyətlərindən geri qalmamalıyıq və sürətlə cəmiyyəti modernləşdirməliyik. Bu modernləşdirmə cəmiyyətin strukturlarında, onun idarəetməsində də öz əksini tapmalıdır…

Elşad PAŞASOY

Previous Post

“Dövləti 1993-cü ilin qaydaları ilə idarə etmək olmaz”

Next Post

Avtosalonların yeni fırıldağı

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Avtosalonların yeni fırıldağı

Sürətlə artan ölüm virusu

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.