"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

“Alfa” Bakıdadır!

23 May 2015 - 16:45
in KÖŞƏ YAZILARI
FacebookVatsap

8e074611e69742a53ed710fe207561dbƏli HƏZİQULİYEV

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Neçə gündür ki, beynimdən bu statusu yazmaq keçir. Çox istədim ki, yazmayım, alınmadı.

Deməli, 1999-cu ilin ya mayı idi, ya da  iyunu. Mərhum prezident Heydər Əliyev tədbirlərin birində Azərbaycandakı ictimai-siyasi sabitliyi, sosial inkişafı, ordu quruculugunu əhatə edən bir çıxış etmişdi. Bundan sonra olanları “köhnə” jurnalistlər, yəqin ki, xatırlayırlar.

Nizami kinoteatrı ilə üzbəüz indi adını unutduğum bir qızıl maqazini vardı. Səhv etmirəmsə, adı “Zümrüd” idi. Bir nəfər maskalı şəxs günün pik vaxtında, saat 11-12 radələrində həmin mağazaya silahlı basqın edərək ziynət əşyalarını apardı. Məsələnin maraqlı tərəfi onda idi ki, həmin şəxs sonra bayırda taksiyə əyləşərək üzü aşağı Sahil metrosunacan avtomatı taksinin pəncərəsindən bayıra çıxararaq havaya atəş açdı.

Elə həmin gecə Zığ tərəfdə dənizdən bir neçə nəfər akvalandlı şəxs çıxaraq o ərazidə yerləşən hərbi hissənin hərbçilərinə hücum edərək silahlarını alıb aparmışdılar. O dövrun mətbuatında informasiya xarakterli bir-iki yazı getdi və tez də mövzu gündəmdən çıxdı. Hadisələrin aqibətinə isə sonradan aydınlıq gətirilmədi. Heç nümayişkəranə şəkildə magazaya basqın edən adamı da tuta bilmədilər…

Həmin dövrdə Rusiya ilə münasibətlər gərgin idi. Regionda siyasi kataklizmlər səngimirdi. Azərbaycan prezident seçkilərindən yeniçə çıxmışdı. Müxalifətin “yaz hücumları” keçirilirdi.

Yenə də may ayıdır. Riqa sammitinə bir, Avropa oyunlarına 23 gün qalır. Azərbaycan müstəqillik tarixində Qərbin və Rusiyanın ən güclü basqılarından biri ilə baş-başadır. Bakida 16 mərtəbəli bina yanır. Hələ bina sönməmiş, hər kəs binanın söndürülməsi yolunda vuruşduğu bir zamanda hadisə yerində ölkənin baş prokuroru peyda olur və yanğının səbəbini elan edir: keyfiyyətsiz üzlük(?). Əcəba, cənab Baş prokurora bu qədər operativ məlumat haradan çatdırıldı. Kim imiş iki daşın arasında ekspertiza edən? Bu başqa bir araşdırmanın mövzusudur.

Səhəri gün Abid Şərifovun söküntülər üçün Avropa oyunlarından sonranı gözləmə təklifi prezident tərəfindən rədd edilir:  dərhal! Fikrimcə, vəziyyətin olduqca ciddi olmasını anlamaq üçün cənab prezidentin “dərhal” ifadəsi kifayət qədər informasiya yükünə malikdir. Hər bir poliuretan üzlüklü binanın yanında polis postu və yangınsöndürən maşını saxlamaq imkanlarına rəğmən “dərhal” ifadəsi öz işini gördü. Üzlüklər söküldü. Prezident avrooyunlara bir gün qalmış ölkəsini alov içində görmək istəmədi…

Əvvəldə 1999-cu il olaylarını xatırlatmışdım. O zaman “Alfa” Bakıdadır” sərlövhəli həyəcanlı bir yazı yazmışdım. Yazıdan dərhal sonra məni MTN-ə dəvət etdilər. Müvafiq (özlərini belə təqdim etdilər) şöbənin müvafiq əməkdaşlarının otağında “Elçi” qəzetinin yazım olan səhifəsi açıq şəkildə masaya sərilmişdi. Yazı müxtəlif rəngli plamastrlarla bəzənmişdi. Faktları götürdüyüm mənbəni istəyirdilər. Ən sonda “Alfa”nın üstündə dayandıq. Buna mənbə “tapammırdım”. Yenə də rəhmətlik Vəfa Quluzadə köməyimə çatdı, daha doğrusu, onun həmin gun “Yeni Müsavat”a dediyi bir cumlə: “Rusiya kəşfiyyat orqanları bizi izləyir”. Bunu Vəfa müəllimin boynuna yıxmaqla vəziyyətdən çıxa bildim. Hərçənd yenə də razılaşmayaraq “kəşfiyyat”la “Alfa”nın ayrı-ayrı qurumlar olduğunu mənə “izah” etdilər. Və tövsiyə etdilər ki, bir daha bunları qarışdırmayım.

Orada çox mövzulardan söhbət getdi – İrandan Turanacan. Ayrılanda mənlə bir ismarıc da göndərdilər rəhmətlik Elçibəyə: “İranla bağlı narahat olma, biz işləyirik”. O zaman MTN İranın kəşfiyyat şəbəkələrinə qarşı bir neçə uğurlu əməliyyat da keçirmişdı. Bütün olanları rəhmətlik bəyə nəql edəndə: “Heç “Alfa” Bakıdan getdi ki?” – dedi. Növbəti yazımın sərlövhəsi “MTN-ə Elçibəyin mesajı” idi. Dəqiqləşdirdim: Bakıdakı “Alfa”dır”. Deyəsən, onlar da “dəqiqləşdirmişdilər”- məni bir daha narahat etmədilər…

Bütün bunları niyə yazdım? Dəyərli həmkarım Vüsal Məmmədov yanğında təxribat izi olduğunu yazanda şüvənşahlar nələr yazmadılar. Mən bu gün də hesab edirəm ki, “Alfa” Azərbaycandan getməyib. Xüsusilə də,  prezidentin “dərhal sökülsün” əmri və Riqaya getməməsi mənə hər şeyi dedi…

P.S. Yeri gəlmişkən, sosial şəbəkələrdə insanların binaların üzlüklərini qaz lampaları ilə yandıra bilməmələrini təsdiqləyən videolar yayılır. Hörmətli Zakir müəllimin niyə “keyfiyyətsiz üzlük” deməsi onda mənə çatmamışdı. İndi çatdı…

Previous Post

“Bakı” əsl kollektiv kimi mübarizə apardı” – Hafiz Məmmədov

Next Post

Ağalarovlar Azərbaycanda yeni şirkət açdılar

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

Ağalarovlar Azərbaycanda yeni şirkət açdılar

Ağalarovlar Azərbaycanda yeni şirkət açdılar

Son xəbərlər

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

Əmir Sultanov: “Əbədi dostluq haqqında Müqavilə” Bakı və Daşkəndin əməkdaşlığı genişləndirmək niyyətini təsdiqləyir

23 Avqust 2026 - 21:23
İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

İlham Əliyev Özbəkistan üçün bərə tikintisini sürətləndirməyə çağırıb

23 Avqust 2026 - 21:16
Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

Zelenski Ukraynanın “Şimal axını” boru kəmərinin partladılmasında iştirakını təkzib edib

23 Avqust 2026 - 21:13
FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

FT: ABŞ Fars körfəzində hərbi kontingentini azaltmaq imkanını nəzərdən keçirir

23 Avqust 2026 - 17:06
Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

Azərbaycan ilə Özbəkistan prezidentləri və birinci xanımlar “Kuksaroy” Dövlət İqamətgahında birgə foto çəkdiriblər

23 Avqust 2026 - 17:03
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

Sabah Azərbaycanda 40 dərəcə isti olacaq

23 Avqust 2026 - 16:58
Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib

23 Avqust 2026 - 16:57
Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Məktəb direktoru müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayır

23 Avqust 2026 - 12:40
Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

Sumqayıtda internat yataqxanasında yanğın olub, ana və oğlu tüstüdən zəhərlənib

23 Avqust 2026 - 12:39
Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

Çin bitkiləri qorumaq üçün süni intellektdən istifadə edəcək

23 Avqust 2026 - 12:37
Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib

23 Avqust 2026 - 12:36
İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

İran XİN Pakistan nümayəndə heyətinin Tehrana səfərinin tarixini açıqlayıb

23 Avqust 2026 - 12:31
Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.