"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Sevda Ələkbərzadənin atası yazıçı Çingiz Ələkbərzadəni kim şərləyərək tutdurub?

25 Noyabr 2014 - 22:53
in MƏDƏNİYYƏT
FacebookVatsap
Kulis.az “Atamın xatirəsi” layihəsində yazıçı Çingiz Ələkbərzadə haqqında onun qızı, müğənni Sevda Ələkbərzadə ilə söhbəti təqdim edir.19874
 – Sevda xanım, yazıçı Çingiz Ələkbərzadənin ailəsində necə bir mühit var idi? Hələ babanız Əbülhəsən də yazıçı idi…
– “Baksovet”də evimiz var idi. Babamgillə eyni meydançada. Sonra atamın işi ilə əlaqədar İsmayıllıya köçdük. Babam da bizimlə idi. Sonra babam rəhmətə getdi. Nənəm əlbəttə, bizimlə qaldı…
Atam azadlığı sevən bir insan idi. Evdə oturduğunu heç görməmişdim. Hər zaman iş başında idi. Özümdən bilirəm ki, yaradıcı adamlar gecə işləməyi sevir. O da gecələr oyanıb səhərə kimi yazı makinası ilə işləyirdi. Səhərlər isə atamın ifasına oyanırdım; adətən adamı yuxudan kal oyadanda kefi pozulur, əsəbiləşir, amma mən gülümsəyirdim – atamın gözəl səsi var idi, həm də musiqini ədəbiyyatdan az sevmirdi.
Atamın dostları çox idi, deyib-gülən adam idi, amma ailədə çox ciddi idi. Onu sevirdik, həm də ondan çəkinirdik.
 – Atanızı yazıçı kimi ilk dəfə hansı əsərindən tanıdınız?
– Səhv etmirəmsə, “Vulkan” əsərindən… Hətta uşaq vaxtı bacımla o əsərdən kiçik səhnəciklər oynayırdıq. Mən rus məktəbində oxumuşam, o isə Azərbaycan dilində yazırdı. Həmişə narazı idi ki, niyə mən rus məktəbində oxuyuram…
 
– Çingiz Ələkbərzadə ədəbiyyatda ilk növbədə mövzu fərqliliyi ilə seçilib. Bəzən onun həbsini bu mövzulara bağlayırlar. Bu həbs necə oldu, nələr baş verdi?
– Atam realist yazıçıdır. Həmişə gördüklərini yazıb. O, həm də yeddi rayonun müxbiri idi və sırf jurnalist fəaliyyətinə görə həbsə düşdü. O zaman bircə televiziya – Az TV var idi və mənim atam kimlərinsə xoşuna gəlməyən bir süjet hazırladı. Ona görə də tutdular. Sifariş yuxarıdan gəlmişdi, yalançı şahidlər də var idi. Düzdür, sonra bəraət qazandı, ondan üzr istədilər hətta, amma 2 il yarım həyatı getdi. Atam kimi bir adam üçün bu, böyük faciə idi. Həm də bu həbs elə bir vaxtda oldu ki… Babam Əbülhəsən rəhmətə getmişdi, heç qırxı da çıxmamışdı… Bilirsiniz, mənim babam nüfuzlu yazıçı idi, deyirdilər ki, nə qədər Əbülhəsən sağdı, Çingizə toxuna bilmərik. Elə babam ölən kimi, heç 40-ı da gözləmədən atamı tutdurdular. Guya atam rüşvət alıbmış – 400 rubl. Cibinə salıb çıxardılar. Ad çəkmək istəmirəm, amma elə onda məlumatımız var idi . Bilirsiniz, sizdən bir şey soruşum, hamının üzünə gülən, hamıya yaltaqlanan, hamını sevən, hamı ilə gözəl münasibətdə olan adamın başına belə şey gələr? Mənim atam elə adamlardan deyildi…
Amma bütün hallarda ailəmiz üçün ağır oldu. 3 uşaqla anam qaldı tək…
– Atanız tutulanda neçə yaşınız var idi?
– İkinci sinifdə oxuyurdum. 1986-cı ildə tutmuşdular. 1988-də çıxdı. Hər şey dəqiqliyi ilə yadımdadır. Nənəm depressiya keçirirdi.
Atamla işləyən bir operator var idi, yaxın idilər, sonra onu da qorxutdular, o da üzünə durdu. Atam həbsdən çıxanda gəlib üzr istədi, diz üstə düşüb dedi ki, bağışla, məni qorxutdular, heç nə edə bilmədim… Nə bilim, insanıq dəə…
 
– Həbsdə olanda getmişdiniz yanına?
– Gedirdim. Anam atama həmişə dəstək olub. Heç olmadı ki, atamı tək buraxsın.
 
– Həbsdən sonra atanız dəyişmişdi?
– Əslində çox dəyişmişdi. Şərə düşmək insanı çox qırır. Nahaq pis şeydir. Təbii ki, oradan çıxanda tam başqa bir adam idi. Bir az aqressivləşmişdi, bir az həyatdan küskün idi. İnsan başa düşür ki, bu dünyada ədalət yoxdur. Noolsun ki, bəraət verdilər, 2 il yarım həyatını geri qaytardılar? Yox.
– Deyirlər, “Dünyanın qopduğu yer”də ona şər atanların obrazını yaradıb?
– O roman babam Əbülhəsənin “Dünya qopur” əsərinin davamı kimi yazılıb. Atam həmişə gördüklərini yazıb. “Qumarbaz”da, “Vulkan”da, “Dünaynın qopduğu yer”də, “Zindan”da – hamısında. Siz bayaq düz dediniz, onun mövzuları fərqli idi. Mən ədəbiyyatçı deyiləm, bu prizmadan danışa bilmərəm. Amma deyə bilərəm ki, atamın kitabı 30 min tirajla çıxırdı və bir neçə günə satılıb qurtarırdı…
…Belə baxanda hansı yazıçıların, hansı rəssamların gözəl həyatı olub ki? Hamısının əziyyət çəkdiyi anlar olub. Bu əziyyətlər sənətlə bağlıdır. Atam həbsə düşəndən sonra nə qədər kitab yazdı. Onsuz da hamımız bir vaxt dünyadan gedəcəyik, amma kitablar qalacaq. Atam 40-50 yaşına kimi çox gözəl həyat sürüb. Babam SSRİ Yazıçılar Birliyinin üzvü idi, yadımdadır, Moskvaya gedəndə bizi musiqi ilə qarşılayırdılar. Heyf ki, axırda belə oldu. Adamda illər getdikcə, yanğı olur ki, niyə onunla belə oldu? Niyə yaradıcı bir adam kiminsə vəzifəsinə görə həbsdə yatmalıdır? O vəzifə ki, onu tutan adam unudulur, amma sənətkar unudulmur…
Bacım da mən də, eyni sahə olmasa da yaradıcılıqla məşğuluq və onun sənətini davam etdiririk. Nə qədər ki mən yaşayıram, atam mənimlə yaşayır. Hər səhnəyə çıxdığımda atam mənimlədir. Mən belə fikirləşirəm.
…Atam şair deyil, yazıçıdır, amma “Türmə mənim ahımdır” kitabında çox gözəl şerləri var. Onu da deyim ki, “İntro” adlanan yeni albomum atamın sözlərinə bəstələdiyim musiqini salmışam. Mahnı “Salam, Allahım!” adlanır. İlk dəfədir ki, atamın şeririnə mahnı oxuyuram – Buna heç mahnı da demək olmaz, əsər deyim. Mahnıya adətən yüngül şeirlər gəlir, amma onlar fəlsəfi, ağır şerlərdir, musiqiyə çətin oturur…
  
– Həbsdən çıxandan sonra atanız nə işlə məşğul oldu?
– “Azərnəşr”də işləyirdi. Əvvəl Az TV-də işləmişdi, düzdü, ora qayıtdı. Amma orada əvvəlki kimi deyildi. Bizdə belə qayda var: adam bir az dara düşsə, heç kimi yanında tapmaq olmur. Bizim insan əlindən yer olmayan evimizə atam həbsə düşəndən sonra heç kim gəlmədi. Həbsdən çıxanda da ortada yox idilər. İllər keçdi, mən efirə çıxdım, yenə toplaşdılar evimizə. Amma mənim yadımda idi axı hamısı…
– Yazıçı dostları kim idi?
– Dostları o qədər çox idi, heç indi sadalayıb çatdıra bilmərəm, amma o həbsə düşəndən hamısı yox oldu. Bəlkə də kimsə gəlib, amma mən görməmişəm. Atam əl tutan adam idi, yaxşılıq edən idi, amma sonra insanlara inamı itdi. Məncə yaxşılıq itmir. Məsələn, atamın kiməsə etdiyi yaxşılığı başqa insanlar başqa yerlərdə bizə qaytarırlar yəni…
– Dustaq yoldaşları dostları var idi?
– “Limanda” mahnısını yazan bəstəkar Rəşid Nəsiboğlu ilə dostluq edib. Atam danışırdı ki, türmədə özünə taxtadan piano düzəldib çalırmış…
 
– Çingiz Ələkbərzadənin xəstəliyi nə idi, nədən vəfat etdi?
– Stressdən, əsəbdən səhhətində problem yarandı. Skleroz deyirdilər, amma mən son vaxtlar oxudum ki, bu Parkinson xəstəliyi imiş. Hər şeyi unudurdu. Amma kim olduğunu heç vaxt unutmadı.
Həbsdən çıxanda o xəstəlik onda başlamışdı. Əvvəlcə, biz başa düşmürdük, elə bilirdik stressdəndir. Amma illər sonra xəstəlik şiddətləndi, skleroza çevrildi. Onda biz anladıq ki, atam elə həbsxanadan o xəstəliklə çıxmışdı. Həkimə də aparmaq mümkün deyildi, imtina edirdi. 1999-cu ildə vəfat etdi.
Mən oxumuşam ki, bir çox yazıçılarda belə xəstəlik olub. Mənim babam da, babamın qardaşı da skleroz idi. Hətta qorxurdum ki, mən də elə olaram, amma deyəsən bu xəstəlik yalnız kişilərə keçir. İndi baş verən hər şeyi unudurdu amma illər əvvəlin hadisələri yadında idi.
 
– Son günlərini, vəfat etdiyi günləri necə xatırlayırsınız?
– Ona dərmanlar verirdilər ki, sinir sistemi sakit olsun. Üzündə qəribə nur əmələ gəlmişdi. Bir həftənin içində vəziyyəti pisləşdi. Mən çıxışdan gəlmişdim, gördüm təcili yardım çağırıblar… Bilirsiniz, atam dünyadan kişi kimi getdi. Biz onun ətrafında oturub qorxudan əsirdik. O isə bizə deyirdi ki, qorxmayın. Bir də dedi ki, gedirəm e… Gözləri aydınlandı, hiss elədim ki, yaddaşı qayıdıb. Üzündə bir damcı da qorxu yox idi…
 – Həbsxanadakı günlərindən nə danışırdı? İncitmək filan…
– Yox, onun orada çox böyük hörməti var imiş, “Şair” çağırırmışlar. Onun xətrini o qədər istəyirlərmiş ki… Deyəsən, Ağdamın prokuroru  restorana aparıb qonaq etmişdi onu. Məhbusa qarşı belə münasibət harada görünüb? Bilirsiniz, kişi hər yerdə kişidir. Həbsxanada da, azadlıqda da… Hər kəs bu situasiyaya düşə bilər. Əsas odur ki, sən o situasiyadan necə çıxacaqsan? Kişi kimi, yoxsa alçaq kimi? Mənim atam ilk növbədə kişi olub, mərd olub, heç kimi satmayıb, heç kimə pislik etməyib. Atamla fəxr edirəm.
– Çap olunmayan əlyazmaları qaldımı?
– Son illərdə bir kitab yazmaq istəyirdi: “Mən kiməm?” adında. O kitabdan bir iki səhifə yazdı, yarımçıq qaldı. Yəqin ki, avtobioqrafik bir kitab olacaqdı. Atamın yubileyi olanda Yazıçılar Birliyi ilə danışdıq ki, əsərləri latın qrafikası ilə çap olunsun. Danışdıq, amma heç mən də bu işin dalınca getmədim. Vaxt lazımdı, məşğul olmaq lazımdır. Öz-özünə heç nə olmur…
 
– Sizin oxumağınıza münasibəti necə idi?
– Oxumağımı bəyənirdi, amma səhnəyə çıxmağımı istəmirdi. Evdə bunun üstündə mübahisələrimiz olurdu. Hərəmiz bir tərəfdən yalvarırdıq. Axırda razılaşdı. Dedi ki, allah sənə səs verib, səndən onu ala bilmərəm, get oxu… O, başa düşürdü ki, mən səhnəyə özümü göstərməyə yox, musiqini bildiyim və sevdiyim üçün çıxmaq istəyirəm. Bir dəfə gördüm ki, o, oturub mənim oxuduğum “Dəli ceyran” mahnısına qulaq asa-asa ağlayır… O, görmədi ki, mən onu gördüm…
Vətənini sevən adam idi. Başqa yerə köçməkdən danışmaq belə istəmirdi. Tez-tez deyəsən Musa Yaqubdan bir misranı deyirdi: “Bəlkə də borcundan çıxmadım, Vətən…” Onun əsərinə film çəkmək istəmişdilər, azərbaycanlı yox, rus aktyorları çəkirlər deyə razılaşmamışdı. Halbuki oradan alacağımız qonorara ehtiyacımız var idi.
– Özünüz ədəbiyyatla nə qədər maraqlanırsınız?
– Çox maraqlıdır mənə ədəbiyyat. Uşaqlıqdan düşünürdüm ki, müğənni olmasaydım, ya yazıçı, ya da jurnalist olacaqdım. Hərdən belə xırda hekayələr, şerlər də yazıram. Əvvəllər əsər-filan daha çox oxuyurdum. Son vaxtlar vaxtım yoxdur elə də. Başım musiqiyə qarışıb…
Xorxe Lui Borxesi çox sevirəm, əsərlərində dərindir. Bir də, əlbəttə ki, Heminqueyi. Azərbaycan ədəbiyyatında sevdiyim şair Ramiz Rövşəndir. Ruhən mənə çox yaxındır. Bəlkə də cavan şairlərdən mənim xəbərim yoxdur. Elçin Səfərlini tanıyıram, oxuyuram. Ramiz Rövşəni atam da çox sevirdi.

 

Bunu da oxuyun

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

Previous Post

Sevda Ələkbərzadənin atası yazıçı Çingiz Ələkbərzadəni kim şərləyərək tutdurub?

Next Post

Gözlə gözəl…

Bənzər yazılar

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

02 İyun 2026 - 16:12

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında (Palac Lucerna) 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert keçirilib....

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

02 İyun 2026 - 12:05

Həm neft-qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində artıq asan əldə edilən imkanların böyük hissəsi istifadə olunub. Bu sahələrdə...

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

16 May 2026 - 00:31

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 18-24 may...

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

08 May 2026 - 16:55

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub. Elchi.az xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da...

Next Post

Gözlə gözəl...

Gözlə gözəl...

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.