"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

ATƏT-in Mİnsk qrupu və vurulan erməni helikopteri

23 Noyabr 2014 - 03:36
in KÖŞƏ YAZILARI
FacebookVatsap

ATƏT-in Mİnsk qrupunun son bəyanatı və ya “nə tökərsən aşına, o da çıxar qaşığına” məntiqielman_nesirov_esas

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycanın işğal olunmuş ərazilərində təxminən 40 min nəfərlik qoşunla hərbi təlimlər keçən Ermənistana məxsus hərbi helikopterin noyabrın 12-də Ağdam ərazisində vurulması ilə bağlı noyabrın 19-da verdiyi bəyanata lazımı dəyişiklik etmək məcburiyyətində qalmışdır. Bəyanatın ilkin formasında helikopterin vurulduğu ərazini “neytral ərazi” kimi təqdim etməyə çalışan həmsədrlər Azərbaycanın müvafiq dövlət qurumlarının və ictimaiyyətinin etirazından sonra müvafiq mövqe dəyişikliyi edərək “məskunlaşmamış ərazi” ifadəsi üzərində dayanmışlar. Münaqişənin həllinə birabaşa məsuliyyət daşıyan bir qurumun ifadələrin seçimində təsadüfən yanlışlığa yol verdiyini düşünmək sadəlövlük olardı. Beynəlxalq hüquqda “neytal ərazi” termininin daşıdığı məzmundan həmsədrlərin bixəbər olduğunu fərz etmək onların qeyri-peşəkar olduqlarını təsdiqləmək deməkdir. Həmsədr dövlətlərin bisavad vasitəçilərinin xidmətindən olduqca mürəkkəb problemin həlli məqsədilə istifadə etməsi qeyri-məntiqi səslənir və izahı tənqidə dözmür. Deməli, 3 böyük dövlətin həmsədr olaraq irəli sürdükləri vasitəçilərin fərdi olaraq diplomatik bacarıq, vərdiş və hazırlığının müvafiq səviyyədə olması daha inandırıcıdır. Bu reallıq fonunda həmsədrlərin məlum qərəzli mövqeyi bir sıra qənaətlərə gəlməyə əsas verir.

Birincisi, hər 3 həmsədr daşıdıqları vəzifədən irəli gələrək, çox dəqiq bilirlər ki, beynəlalq hüquqda “neytal ərazi” termini “hər hansı bir dövlətin ərazisisnin tərkib hissəsi olmayan ərazi”nı özündə ehtiva edir. Həmin ərazi “terra nullius” da, yəni “heç kimin olmayan” ərazi də deyildir. “Neytaı ərazi” bir neçə dövlət arasında beynəlxalq razılaşmanın obyekti olur, tərəflərdən neç biri həmin ərazi üzərində idarəçiliyi həyata keçirə bilməz və ya razılaşmanın qüvvədə olduğu müddətdə buna riayət etməlidir.

Deməli, həmsədrlərin istinad etdikləri “neytal ərazi” ifadəsi, əslində Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin pozulması faktının ört-basdır edilməsi mənafeyinə xidmət göstərir və erməni maraqlarının müdafə olunması anlamındadır. Bu hal həmsədrlik institutunun beynəlxalq hüquqda təsbit olunmuş neytallıq, tərəfsizlik və obyektivlik kimi fundamental prinsiplərinə daban-dabana ziddir. Həmsədrlər gec də olsa, dərk etdilər ki, verdikləri bəyanatda lazımı dəyişiklik etməslər, bu onların səmərəlilik əmsalı son dərəcə aşağı olan fəaliyyətlərinin sonunun başlanğıcını şərtləndirə bilər. Elə bu səbəbdən də “məskunlaşmamamış ərazi” terminini bu dəfə tərəfləri razı sala biləcək “neytral” termin kimi ortaya atdılar.

İkincisi, həmsədrlər hərbi avantüra nəticəsində fiziki baxımdan məhv edilmiş ermənilərin cəsədlərinin götürülməsi məsələsində də yeritdikləri siyasətin girovuna çevrilmişlər. Azərbaycanın işğal altınadakı ərazilərinin erməni terrorçuları tərəfindən büsbütün minalanması ilə bağlı ölkəmizin “həyəcan təbili” çalmasına hər zaman biganə qalan həmsədrlər indi eyni səbəbdən “neytral ərazi”-“məskunlaşmamış ərazi” hesab etdikləri yerə təhlükəsizlik baxımından daxil ola bilmirlər. Başqa sözlə, “bumeranq effekti” ilə üzləşiblər. Bu yerdə məşhur atalar sözünü xatırlamaq yerinə düşər: “Nə tökərsən aşına, o da çıxar qaşığına”

Siyasi elmlər doktoru, professor Elman Nəsirov
(Ölkə.az)

Previous Post

ATƏT-in Mİnsk qrupu və vurulan erməni helikopteri

Next Post

Rusiya tankları Ukraynada “at oynadır”- Fotolar

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Rusiya tankları Ukraynada "at oynadır"- Fotolar

Serbiya Rusiyadan qorxdu...

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.