Şadlıq evinin qarşısında “avtoş”luq edən şəxslər polis tərəfindən saxlanılıb.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, bir neçə gün öncə elektron KİV-də və sosial şəbəkələrdə Yasamal rayonundakı “Ağçiçəyim” şadlıq sarayının ətrafında naməlum sürücünün “VAZ-2107” markallı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsini əks etdirən videogörüntülər nümayiş etdirilib.
Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, videogörüntülərdə nümayiş etdirilən avtoxuliqanlıq hərəkətlərini Bakı şəhər sakini, 21 yaşlı Əziz Əzimov özünə məxsus “VAZ-2107” markaklı avtomobillə edib.
Ə.Əzimov saxlanılaraq barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim edilib.
Yasamal rayon Məhkəməsinin qərarı ilə o, 15 sutka inzibati həbs və 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Niaqara şəlaləsi Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin "X" sosial şəbəkəsi hesabında...
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Elchi.az-ın məlumatına görə, Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Noyabrın 8-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və...
Son şərhlər