"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qraçik Muradyana açıq məktub

11 Noyabr 2014 - 16:00
in XƏBƏR LENTİ
FacebookVatsap

Bu məktubu sizə – oğulları yad torpaqlarda həlak olmuş əsgər atalarına  dərin hüznlə yazıram, – ən10799776_726477480760354_342695691_n azı övlad itkisinin nə qədər ağır oldugunu  bildiyim üçün…

Bunu da oxuyun

Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Məktubumun yalnız sizə deyil, məntiqsiz müharibə və münaqişələrin acısını dadmış bütün insanlara, az da olsa, təskinlik gətirəcəyinə, yəni, bölüşmək istədiyim fikirlərin tərəfinizdən səmimi qarşılanacağına inanıram: hər bir kəlməmin, hər bir cümləmin arxasında yalnız insanlıq və humanizm meyarlarının dayandığına öz gözlərinizlə şahidlik edəcəksiniz.

Bununla belə, düşdüyünüz vəziyyətin, çəkdiyiniz dərdin ağırlığını bütün incəliklərinədək duyan bir insan kimi, bu mənasız, amma son dərəcə ağır və sağalmaz bəlaya düçar olanların sırasında nə birinci, nə də sonuncu olduğunuzu bəri başdan böyük təəssüf hissilə diqqətinizə çatdırıram.

Öz şəxsi ambisiyaları naminə həyatınızı girov götürən, övladlarınızı əsir alan, gələcəyinizi qumara qoyanların doğurduğu bu insan qanına həris bataqlığı qısa zaman kəsiyində, özü də dinc yolla qurutmaq, bilirəm, çətin olacaq.

Çevrənizdəki siyasi dəllalların vətənpərvərlik və dövlətçilik kimi müqəddəs hisslərlə pərdələdiyi, əslində isə sırf maddiyata söykənən iti nəfsi balalarınızı udan bu nəhəng əjdahanın tezliklə iştahadan düşəcəyinə  inam yeri qoymur.

O üzdən nəinki qapı arxasında qalmağınıza, heç adi bir mükafata, diqqətə belə layiq görülmədiyinizə görə təəccüblənmədiyim üçün məndən inciməyin və inanın: vurnuxduğunuz qaranlıq labirintin hətta günəşə ən yaxın hücrəsində belə iynə sədəfi boyda işıq zərrəsi axtarıb tapmaq istəyimə aramızdakı din, dil və məkan fərqi belə mane ola bilmir. Ancaq ayağısürüşkən “ideoloq”larınızın zaman-zaman, növbəli şəkildə, çoxgedişli kombinasiyalarla, üzdə mürəkkəb, əslində isə, hamımız üçün tamamilə aydın olan çox sadə və bəsit siyasi gedişlərlə müşahidə olunan təhlükəli oyunları heç bir qayda və qanun tanımır. Sizi – erməni xalqının sadə nümayəndələrini hər gün müəmmalı övlad itkilərilə için-için göynədən də, bir tikə çörək dalınca küçələrə salan da, yad diyarlarda başıqapazlı edən də… elə bu deyilmi!

Ətrafınıza diqqətlə baxın və sualıma səmimi cavab verməyə çalışın: İrəvanda, övladları işğal edilmiş yad torpaqların “müdafiəsinə” zorla göndərilən, ancaq öz ev-eşiyinə sahib çıxa bilməyən, bir tikə çörəyin, isti od-ocağın yiyəsi olmayan qonum-qonşularınızın Qarabağ iddiasına, Qarabağ sevgisinə inanırsınızmı?..

Bu sadə sualdı, ancaq bu sadə suala cavab verməyin sizin üçün nə qədər ağır olduğunu bütün incəliklərinədək başa düşürəm: Bir qrup ideoloji manyakın və o manyakların himayəsində tiryək havasına min hoqqadan çıxan bir kəsimin əsarəti altında hər gün əzab çəkdiyinizi, alçaldıldığınızı, təhqir olunduğunuzu, öldürüldüyünüzü… dəqiq bilirəm. Sizi təmsil edən iqtidarın sosial, siyasi, iqtisadi planları siyahısında adınızın heç sonuncu yerdə belə omadığını da diqqətinizə çatdırmaqla bir ilkə imza atmadığımı yaxşı anlayıram…

Bir tikə çörəklə, övlad dağı ilə əhalinin başını qatan, nə xalqın, nə də beynəlxalq hüququn dəstəyini qazanan bir iqtidara güvənməmək, etibar etməmək sizin kimi küncə sıxışdırılmış insanların haqq etdiyi yeganə  yoldu. O üzdən Avropa Məhkəməsinə müraciətinizi, nəhayət, əsl həqiqət axtarışlarında olan sadə erməni xalqının qazandığı möhtəşəm uğur kimi dəyərləndirirəm, ancaq bunun neçə-neçə günahsız erməni gəncinin həyatı bahasına başa gəldiyini düşünəndə təəssüflənməmək olmur, – Allah bilir, hələ bundan sonra sizi nə qədər belə itkilər gözləyir…

Sualıma verəcəyiniz cavabın adi məntiqlə cızılan konturları isə o qədər aydın və şəffafdır ki, əvvəllər mənimlə, sonralar sizinlə, daha sonralar isə ruslarla, belaruslarla, ukraynalılarla… eyni məkanı bölüşən soydaşlarınızın təsadüfən şahidi olduğum qəlb çırpıntılarını xatırlamaya bilmirəm. Azərbaycan həsrətini, Bakı yanğısını hələ də ürəklərində daşıyan o insanların sadəlövhcəsinə saxta İrəvan rəhbərliyinə ünvanladığı qarğış dolu lənətlər indinin özündə də qulaqlarımdan çəkilmir: “Əclaflar bizi ev-eşiyimizdən didərgin saldılar…”

Bu o iqtidardı ki, zaman-zaman zəngin nəzəri, praktik əsaslar üzərində formalaşan, bərkiyən və yaşamaq hüququ qazanan beynəlxalq normaları kobudcasına poza-poza uzun illərdir Ermənistan vətəndaşlarını – sizin balalarınızı zorla Azərbaycanın işğal edilmiş ərazilərinə – Dağlıq Qarabağa hərbi xidmətə göndərir; nəinki dünyanın heç bir ölkəsi, hətta Ermənistanın özü tərəfindən tanınmayan qondarma bir “respublika”nın  “müdafiə”sini təşkil etmək adı altında siyasi rezervuarlar yaradır və bu rezervuarları hakimiyyədəki ömrünü mümkün qədər daha çox uzatmaq üçün təhlükəli vasitəyə çevirir: İrəvanda xalq ayağa qalxan kimi Dağlıq Qarabağda dərhal süni lokal partlayışlar törədilir…

Bax beləcə, İrəvanda sizin səsiniz, Qarabağda isə övladlarınızın qanı batırılır…

Məktubumda Qarabağın Azərbaycana məxsusuluğunu təsdiq edən daşlaşmış tarixi faktlar haqqında danışmaqla bəlalı başınızı bir az da ağrıtmaq istəmirəm. Onsuz da bu, sizdən ötrü heç bir maddi, mənəvi əhəmiyyət daşımır. Çəkdiyiniz dərd o qədər böyükdü ki, yerliləriniz tərəfindən döyülə-döyülə  qətlə yetirilən zavallı övladınızın təhqir edilmiş, alçaldılmış ruhu ilə hər gecə soyuq evinizin qaranlıq hücrəsində üz-üzə, göz-gözə dayandığınızı və hər gecə yorulmaq bilmədən səhərədək öz-özünüzə verdiyiniz  sualı uzaqdan-uzağa duyuram: “Mənim balamın orada nə işi vardı axı!!?”

Bu elə çətin sualdı ki, o suala nəinki siz, heç sizin oğlunuzun qatilləri – sünu təkəbbürlə, məntiqsiz iddialarla növbə ilə hakimiyyət sükanı arxasına keçən və qoltuq altından boylanan başbilənləriniz belə cavab tapa bilmir. Görün vəziyyət hansı həddə çatıb: Avropa İnsan Haqları Məhkəməsinin dolayısıyla sizin adınızdan dövlətinizə ünvanladığı sorğu da, bu sorğuya verilən cavab da həm sizin, həm də beynəlxalq ictimaiyyətin bütövlükdə Ermənistan haqqındakı təsəvvürlərində çox ciddi çatlar, çox ciddi şübhələr yaradıb: nüfuzlu bir təşkilatin sorğusuna 1994-cü ildə  Ermənistanla Qarabağ arasında imzalanmış “dövlətlərarası sənədlə” cavab vermək üçün istər siyasi, istərsə də hüquqi baxımdan, görəsən, nə qədər savadsız, nə qədər həyasız olmalısan!?. Beynəlxalq ictimaiyyət, dünya birliyi, siyasi təşkilatlar bir kənara dursun, heç Ermənistanın özünün belə tanımadığı bir qurumla “dövlətlərarası sənəd” imzalaması və bu sənədi əsas gətirməsi siyasi arenada misli-bərabəri görünməyən o qədər böyük riyakarlıq, o qədər böyük saxtakarlıq, o qədər böyük avantüradır ki, o sənədi ictimai iaşə obyektlərindəki salfetlərlə belə müqayisə etmək mümkün deyil. Yəqin elə buna görə həmin “sənəd”i indiyədək hələ də üzə çıxaran, sizə təqdim edən tapılmayıb.

Övladınızın artilleriya bölməsinin komandiri və hərbi hissə komandirinin müavini tərəfindən döyülərək öldürülməsi, lakin qondarma “dövlətin” müdafiə naziri Seyran Ohanyanın xahişi ilə cinayətkarların hələ də məsuliyyətə cəlb olunmaması ilə bağlı iddianız mənim yuxarıda sadaladığım fikirlərimlə razılaşacağınıza çox ciddi zəmin yaradır. Bu, həm də Qarabağla bağlı düşüncələrimiz və mövqelərimiz arasındakı kəskin fərqliliyin mövcudluğuna yol açan tutarlı stimuldur. O üzdən diqqətinizi  səmimi bir etirafıma yönəltməyi də özümə borc bilirəm: əgər yurddaşlarım arasında övladı Qarabagda döyüşdüyünə, yaralandığına, yaxud həlak olduğuna görə təəssüflənən bir ailə tanısaydım, bu məktubu da sizə  yazmazdım. Oğlunun o torpaqda xidmət etməsindən şərəf duyan, qürur hissi keçirənlər arasında mən də varam: bizi Qarabağa kökü əsrlərin o tayından, qan yaddaşımızdan gələn çox ciddi mənənəvi tellər bağlayır. O telləri qırmaq Ermənistan kimi məhdud məsuliyyətli cəmiyyəti xatırladan bir dövlətin imkanları daxilində deyil. Odur ki, fürsətdən istifadə edib, hələ də müvəqqəti qələbənin eyforiyasından çıxa bilməyən, reallığı qəsdən düzğün qiymətləndirməyən, Azərbaycan dövlətini, Azərbaycan Ordusunu sizlərə bir özgə biçimdə təqdim edən iqtidarınıza, təkəbbürlü generalitetinizə vacib bir  həqiqəti də xatırladıram: Sülh – müharibələr arasındakı fasilədi! Bunu unutmayın!..

Məktubumun sonunda, vəziyyətin nə yerdə olduğunu anlamanız üçün bütün təhlükələri göz  altına alıb öz ata-babalarının qəbrini ziyarət etməyə gedən və buna görə hökumətiniz tərəfindən məhkəmə qarşısına çıxarılan azərbaycanlıların gözlərinə diqqətlə baxmağınızı xahiş edirəm. Siz o gözlərdə səbr kasamızın yavaş-yavaş daşdığını görəcəksiniz. O üzdən nə qədər ki, dövlətimizin sülhü dəctəkləmək imkanları tükənbəyib, nə qədər ki, münaqişə yenidən qızışmayıb, nə qədər ki, digər övladlarınız da ətrafınızdakı siyasi dəllalların qurbanına şevrilməyib, tələsin, bizim sabahda edəcəyimizi, bu gün siz edin: Ermənistan iqtidarına öz yerini, öz həddini tanıdın. Tanıdın ki, yad torpaqlardan qapınıza övlad tabutları gəlməsin…

Dərin hüznlə,

İbrahim RÜSTƏMOV

Previous Post

Qraçik Muradyana açıq məktub

Next Post

Qardaş bacısını Əsədin əsgərlərindən güllə altında xilas etdi -Video

Bənzər yazılar

Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

06 Avqust 2026 - 13:18

Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin iyul ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 26 nəfər saxlanılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat...

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

MN rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrində yeni hərbi obyektlərə baxış keçirib- VİDEO

05 Avqust 2026 - 11:48

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilir...

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

04 Avqust 2026 - 23:48

Yayın əvvəlindən Fransada meşə yanğınlarının baş verməsində iştiraka görə şübhəli bilinən 402 nəfər saxlanılıb, onların arasında 156 yetkinlik yaşına çatmayan...

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

04 Avqust 2026 - 23:47

İsrail HƏMAS tamamilə ləğv olunana qədər Qəzza zolağındakı mövqelərini tərk etməyəcək. Elchi.az - ın məlumatına görə, bu barədə İsrailin Baş...

Next Post

Qardaş bacısını Əsədin əsgərlərindən güllə altında xilas etdi -Video

Qardaş bacısını Əsədin əsgərlərindən güllə altında xilas etdi -Video

Son xəbərlər

Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

06 Avqust 2026 - 15:16
Maskın atası ruslara heyran olduğunu etiraf etdi

Maskın atası ruslara heyran olduğunu etiraf etdi

06 Avqust 2026 - 15:00
Bakıda yaşayış binasında liftin fəaliyyəti dayandırıldı – VİDEO

Bakıda yaşayış binasında liftin fəaliyyəti dayandırıldı – VİDEO

06 Avqust 2026 - 14:45
Azərbaycanda BOKT ləğv olundu

Azərbaycanda BOKT ləğv olundu

06 Avqust 2026 - 14:30
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

06 Avqust 2026 - 14:14
Rubio Ukrayna ilə bağlı sualı gülüşlə qarşıladı

Rubio Ukrayna ilə bağlı sualı gülüşlə qarşıladı

06 Avqust 2026 - 14:00
Prezident Bəxtiyar Aslanbəylini təltif etdi

Prezident Bəxtiyar Aslanbəylini təltif etdi

06 Avqust 2026 - 13:53
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yeni daimi nümayəndə təyin edilib

Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yeni daimi nümayəndə təyin edilib

06 Avqust 2026 - 13:51
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb

06 Avqust 2026 - 13:49
Prezident 2 fərman imzaladı

Prezident 2 fərman imzaladı

06 Avqust 2026 - 13:44
Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

06 Avqust 2026 - 13:30
Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

06 Avqust 2026 - 13:18
Pentaqon təcili iclas keçirəcək

Pentaqon təcili iclas keçirəcək

06 Avqust 2026 - 13:00
Azərbaycanda hər 6 nəfərdən 1-i siqaret çəkir

Azərbaycanda hər 6 nəfərdən 1-i siqaret çəkir

06 Avqust 2026 - 12:52
Ölkəmizdə kasıb ailələrdə uşaq sayı varlı ailələrə daha yüksəkdir

Ölkəmizdə kasıb ailələrdə uşaq sayı varlı ailələrə daha yüksəkdir

06 Avqust 2026 - 12:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.