iclasında AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev bildirib ki, AMEA-nın 18 aprel 2014-cü il tarixli Ümumi Yığıncağında Azərbaycan alimlərinin I qurultayının keçirilməsi haqqında qərar qəbul edilib. Qurultayın keçrilməsi müasir dövrün tələblərindən və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn elmin funksiya və vəzifələrini müzakirə edib Azərbaycanın elmi potensialını səfərbər etmək, ölkənin sosial-iqtisadi və mədəni-mənəvi inkişafı istiqamətində aparılan dövlət siyasətinə dəstək vermək, ölkənin akademik, təhsil, biznes və vətəndaş cəmiyyəti sektorlarında çalışan tədqiqatçılar, o cümlədən xarici ölkələrdə yaşayan azərbaycanlı alimlər arasında qarşılıqlı münasibətləri inkişaf etdirmək zərurətindən irəli gəlib. Məruzəçi qeyd edib ki, fundamental və tətbiqi tədqiqatların prioritetlərinin ölkənin mühüm sosial-iqtisadi və ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirmək, Azərbaycan elmini beynəlxalq elmi tələblərə uyğunlaşdırmaq istiqamətində aparılan islahatlara dəstək vermək, onun dünya elminə inteqrasiyası ilə bağlı mövcud problemləri müzakirə edib həlli yollarını müəyyənləşdirmək Azərbaycan alimlərinin qarşısında duran mühüm vəzifələrdəndir.“Qəbələ” kapitanı ilə yolları ayırdı
"Qəbələ" klubu futbolçusu Murad Musayevlə mövsümün sonunda müddəti başa çatan müqaviləni yeniləməyib. Elchi.az xəbər verir ki, bu barədə klubun mətbuat...



















Son şərhlər