"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Erməni terroru ilə PKK terroru arasında fərq yoxdur”

04 Noyabr 2014 - 23:35
in CƏMİYYƏT
FacebookVatsap

Türkiyədə erməniəsilli jurnalist Aris Nalçı rəsmi Bakının icazəsi olmadan Azərbaycanın işğal25103 olunmuş Qarabağ bölgəsinə gedərək hazırladığı reportajda işğal altndakı torpaqları “DQR” kimi təqdim edib. Türkiyə mətbuatında yer alan bu məqaləyə rəsmi Bakıdan hələlik bir reaksiya verilməsə də millət vəkilləri, ictimaiyyət nümayəndələri etiraz səsini ucaldıb.

Bunu da oxuyun

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Millət vəkli Sabir Rüstəmxanlının sözlərinə görə, adıçəkilən müəllifin məqaləsi ciddi jurnalist araşdırmasından daha çox küpəgirən qarıların dedi-qodusuna bənzəyir: “Sanki bu adam göydən düşüb, son 20 ildə Dağlıq Qarabağ ətrafında baş verənlərdən xəbərsizdir, 1 milyondan artıq qaçqın və məcburi köçkündən məlumatlı deyil. Belə yazılarla ancaq sadəlövhləri aldatmaq olar. Əslində bu, ermənilərn köhnə siyasətidir, özlərini cəllad ola-ola məzlum kimi təqdim edirlər. Müəllif yazır ki, Qarabağda 140 min adam var, onlardan da 25 mini əsgərdir, onlar da öz evlərini qoruyurlar. Sual olunur ki, Ermənistandan qovulan 250 min azərbaycanlının, Qarabağda ev-eşiyini itirən 800 mindən çox azərbaycanlının haqqını kim qoruyacaq? Onların öz evlərini qorumaq haqqı yoxdurmu? Bu sualı ermənilərə verən yoxdur. Ermənilər gələn il qondarma soyqırımın 100 illiyini qeyd etməyə hazırlaşır, 300 min erməninin öldürüldüyünü iddia edirlər. 21-ci sərin əvvəllərində Xocalıda törədilən soyqırımı isə unutdurmağa çalışırlar. Bir çox ölkələr artıq Xocalı soyqırımını tanıyıb. Dünya artıq erməni yalanını bilir, sadəcə qondarma soyqırımı Türkiyəyə təsir vasitəsidir”.

Erməni müəllifin Qarabağla Kobanini eyniləşdirmək cəhdinin də uğursuz olduğunu bildirən S.Rüstəmxanlı “Erməni terroru ilə PKK terroru arasında ciddi fərq yoxdur. Niyyəti nə olursa olsun terrora haqq qazandırmaq olmaz. Kürdlərin dövlət qurmaq istəyi ilə ermənilərin Dağlı Qarabağ istəyi tamamilə fərqlidir. Ermənilər Azərbaycan torpaqları hesabına artıq bir dəfə bu niyyətlərini həyata keçiriblər, ikinci dəfə buna nə beynəlxalq hüquq, nə də Azərbaycan xalqı imkan verməyəcək” deyə vurğulayıb.

Millət vəkili Fazil Mustafa isə bu məsələlərlə bağlı dövlət orqanlarının çevik işləməməsindən narazıdır: “Belə məsələlərə dərhal və lazımi səviyyədə münasibət bildirilməli, reaksiya verilməlidir. Təəssüf ki, biz indiki şəraitdə bunu görə bilmirik”.

Bununla yanaşı məsələlərə fərqli yanaşmanın olduğunu deyən F.Mistafa diqqəti problemin həlli üçün daha çox ordu quruculuğuna yönəldilməsinin vacibliyinə çəkib: “Çalışaq torpaqlarımızı azad edək. Amma həm də Türkiyədə Azərbaycan nöqteyi-nəzərdən ictimai rəyin bizim xeyrimizə olması üçün bütün addımların atılması vacibdir. Türkiyə ictimaiyyəti Azərbaycanla bağlı həqiqətləri bilməlidir ki, hansısa bir yazı ilə onların fikirlərinin dəyişməsin”.

Azəri-Türk Qadınlar Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı isə bildirib ki, ermənilərə məxsus “Aqos” qəzetində yer alan məqaləyə ictimai reaksiya verilməlidir: “Həmin qəzetdə Arzu Qeybullayeva adlı jurnalist Azərbaycanın əleyhinə yazır, zaman-zaman Azərbaycanla bağlı narahatlıq yaradan materiallar dərc olunur. Bunlar türk düşmənləridir. Ancaq təəssüf ki, milli düşüncəli şəxslərdən hələ ki, ictimai təpki görmürük. Türkiyədə yaşayan çox sayda azərbaycanlı var. Ancaq onlar bu məsələlərlə bağlı danışmaq istəmirlər, yəqin düşünürlər ki, bu, Türkiyə hökumətinin xoşuna gəlməz. Bir erməni İrəvandan Qarabağa gedir, başqa bir erməni Baş nazir müşaviri olur, ancaq bir kimsənin səsi çıxmır. Əgər bir erməni Baş nazirin müşaviri olursa, o zaman ədalət naminə bir azərbaycanlı da belə bir posta təyin edilsin”.

Azərbaycanda bu məsələ ilə bağlı reaksiyanın zəif olmasından narahatlığını ifadə edən T.Rüstəmxanlı dövlət qurumları və mətbuatın məsələyə daha ciddi və tez reaksiyasını vacib hesab edib: “Prezident yanında Strateji Araşdırmalar Mərkəzi niyə bu məsələlərə cavab vermir, ictimai rəy təşkil etmir? PKK olaylarında Azərbaycan Türkiyənin yanında olub və bundan sonra da belə olacaq. Ancaq mən düşünürəm ki, Türkiyədəki Azərbaycan dərnəkləri bu şəxsi məhkəməyə verməli, Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirməlidir. Ölkə başçısı fəaliyyət üçün kifayət qədər imkan yaradır, ancaq nədənsə bəzi qurumlar bu məsələlərlə məşğul olmaq istəmirlər”.(İnterpress.az)

 

Previous Post

“Erməni terroru ilə PKK terroru arasında fərq yoxdur”

Next Post

Bürclər (5 noyabr)

Bənzər yazılar

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20

Nəzarət tədbirləri çərçivəsində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, ev 5A ünvanında yerləşən,...

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)” təsdiqlənib. Elchi.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. Oyuncaqlar təyinatı üzrə...

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa...

Next Post

Bürclər (5 noyabr)

Bürclər (5 noyabr)

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.