"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Əsədin Barel bombaları və 232 ölü…

02 Noyabr 2014 - 19:37
in DÜNYA, FLƏŞ, GÜNDƏM
FacebookVatsap

Suriyada “Əsəd daha inamla ayağa qalxır”img1670054

Bunu da oxuyun

İtaliya hərbçiləri Azərbaycana səfər edib

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

“Agence France-Presse”nin məlumatında deyilir ki, Suriya ordusu son həftələr ərzində barel bombalarından istifadəyə yenidən start verib.

Buradaca qeyd edək ki, barel bombaları neft və ya su çəlləklərindən istifadə etməklə yaradılır. Çəlləklərin içində yüksək səviyyədə partlayış törədə bilən müxtəlif kimyəvi tərkibli maddələr doldurulur. Sonra isə həmin çəlləklər helikopter və ya uçaq vasitəsi ilə havadan hədəf alınmış ərazilərə atılır. İlk dəfə barel bombalardan cənubi Sudanda istifadə olunub. Suriyada da Bəşər Əsəd rejimi bu bombalardan həvəslə yararlanır…
Nəticədə mülki şəxslər arasında ölən və yaralananların sayı kəskin şəkildə artıb. Bundan başqa dağıntıların əhatə dairəsi xeyli genişlənib.
Agentlik bildirir ki, son iki həftədə Suriya ordusu üsyançıların üzərinə 401 ədəd barel bombası atıb. Bu barədə Suriya İnsan Haqları təşkilatının monitorinq qrupunun fəalı Yassin Abu Raed məlumat verib. Aleppo vilayətinin Anadan şəhərindən verilən xəbərdə cənab Raed deyib ki, onların evi 3 dəfə barel bombalarından silkələnib, pəncərələrin şüşələri sıradan çıxıb: “Son barel bombası isə evimizi külə döndərdi. İndi evimizin yerində dağıntı qalıb. Haraya baxırsansa, meyit görürsən. Dörd tərəfdə evlər xaraba qalıb. Sağ qalanlar bu qətliamın nə vaxtsa bitəcəyinə belə ümid etmirlər. Burada insanların qırılması heç kimin vecinə deyil. Dünyanın bizdən heç xəbəri də yoxdur”.
Son məlumata görə, oktyabrın 20-sindən üzü bəri Suriya ordusu barel bomba hücumları ilə 232 nəfərin ölümünə səbəb olub.
“Agence France-Presse” bildirir ki, Əsəd rejimi barel bombalarından 2012-inci ildən  istifadə edir.
Bu günlərdə helikopter barel bombalarını qaçqın düşərgəsinə atıb. 10 nəfərdən çox adam ölüb. Nə qədər insan diri-diri yanıb.
Suriya İnsan Hüquqları mərkəzinin “YouTube”da yaydığı video materiallarda tikə-parça olmuş insan bədən hissələri adamı dəhşətə gətirir.
A man holds a child that survived from under rubble, after what activists claim was five air strikes by forces loyal to Syria's President Bashar al-Assad in Douma
ABŞ Suriya ordusunun barel bombalarından istifadəsini “barbar” hərəkət kimi dəyərləndirib.
İsmail al-Həsən könüllü olaraq tibb işçisi kimi çalışır. O, agentliyə bildirib ki, barel bombardımanından sonra xəstəxanaya o qədər yaralı gətirilib ki, onları yerləşdirməyə belə yer yoxdur: “Dəhşətli çətinliklərlə üzləşmişik. Barel bombalarından daha çox qadınlar və uşaqlar əziyyət çəkirlər. Tibb personalı da dəhşətli vəziyyətə düşmüş insanları müalicə edərkən psixoloji sarsıntılar keçirir.
Injured children rest in a field hospital after air strikes near Damascus
Belə görüntülərə baxmaq  mümkün deyil. Düşünün, bədəninin böyük bir hissəsi yanmış körpəyə biz heç bir tibbi yardım etmədik. Çünki onu xilas etmək mümkünsüz göründü. Onun əvəzinə kimi xilas etmək mümkündürsə, ona yardım etdik. Belə ağır seçim qarşısında qalanda insan məhv olur”…
Həsən də digər suriyalılar kimi hesab edir ki, Qərb onlara Əsədlə mübarizədə dəstək vermədi: “Bizim müttəfiqimiz yalnız Allahdır. Başqa kimsəmiz yox”.
Agentlik qeyd edir ki, BMT Təhlükəsizlik Şurasının fevral ayında çıxardığı qərarda deyilir ki, Suriyada gedən vətəndaş müharibəsində bütün iştirakçı tərəflər mülki insanlara qarşı hərbi əməliyyatlardan çəkinməlidir. Qərarda barel bombalarından istifadə xüsusi bəndlə pislənilir.
Residents inspect a site damaged by what activists said were barrel bombs dropped by forces loyal to Syria's President Assad in Al-Fardous
Suriya hökuməti barel bombalarından istifadə etmədiyini bildirir və vurğulayır ki, onların yeganə hədəfi terrorçulardır.
Agentlik xatırladır ki, hazırda ABŞ və müttəfiqləri, xüsusən Körfəzdəki ərəb ölkələri Suriyada islamçılara qarşı hava zərbələri həyata keçirirlər. Bu fürsətdən istifadə edən prezident Əsəd öz mövqelərin möhkəmləndirir və rəqiblərini daha böyük qəddarlıqla məhv edir. Dünya ictimaiyyəti isə yalnız İraq və Suriyada İŞİD-ə qarşı gedən müharibəyə maraq göstərir.
A man, injured from what activists say were air strikes by forces loyal to Syria's President Assad, reatcs in a hospital in Douma
Suriyanın Qərbyönümlü müxalifəti deyir ki, Əsədi tənqid etmək çox azdır: “ABŞ hələ də Əsədi tənqid edir, amma ona qarşı konkret bir iş görmür. Ona görə də Əsəd rejimi getdikcə hərbi uğurlarını artırır və daha inamla ayağa qalxır”…
Elbəyi Həsənli 

 

Previous Post

Əsədin Barel bombaları və 232 ölü…

Next Post

Burada milyarderlərin dörddə biri yəhudidir

Bənzər yazılar

İtaliya hərbçiləri Azərbaycana səfər edib

İtaliya hərbçiləri Azərbaycana səfər edib

15 Oktyabr 2026 - 10:06

Bakıda "Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq...

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23

Çərşənbə günü ABŞ-də inflyasiyanın gözləniləndən daha çox sürətlənməsinin səbəb olduğu dolların möhkəmlənməsi fonunda qızılın qiymətləri kəskin şəkildə azalır. Elchi.az xəbər...

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20

Fransada şagirdlərin ölkə üzrə etiraz aksiyalarına başladığı vaxtdan indiyədək hüquq-mühafizə orqanları əməkdaşları təxminən 8 min nəfəri saxlayıblar. Elchi.az -ın BFMTV...

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19

Albaniyanın paytaxtı Tiranada etiraz aksiyasında iştirak edən tələbələr Təhsil Nazirliyinin binasına od vurublar. Elchi.az -ın "Politico" nəşrinə istinadən verdiyi məlumata...

Next Post

Burada milyarderlərin dörddə biri yəhudidir

Burada milyarderlərin dörddə biri yəhudidir

Son xəbərlər

Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

Gəncə Filarmoniyasında yanğın-taktiki təlimi keçirilib

15 Oktyabr 2026 - 10:13
İtaliya hərbçiləri Azərbaycana səfər edib

İtaliya hərbçiləri Azərbaycana səfər edib

15 Oktyabr 2026 - 10:06
XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

XİN rəhbəri: Gürcüstan, Azərbaycan və Türkiyənin birgə layihələri möhkəm təməl rolunu oynayır

15 Oktyabr 2026 - 09:58
Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

Azərbaycan nefti 124 dollardan yuxarı satılıb

15 Oktyabr 2026 - 09:45
Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

Ceyhun Bayramov Çin xarici işlər naziri ilə görüşüb – YENİLƏNİB

15 Oktyabr 2026 - 09:24
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

15 Oktyabr 2026 - 09:11
ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.