"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Rəsulzadə İmam Hüseyn haqqında belə yazmışdı…

27 Oktyabr 2014 - 01:52
in XƏBƏR LENTİ
FacebookVatsap

Yar və ənsari qırılmış, yalnız bir imam! Düşmən çox, aman yox! Ərsə təng. Ölüm mühəqqəq. BuradanM?mm?d?min R?sulzad?

Bunu da oxuyun

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Xarkova hava zərbələri endirilib, ölənlər var

qurtarmaq üçün yalnız bir vasitə var: tövbə və iltica! Bizim indiki tələqqilərimizcə (indiki deyil, Aşura şəhidindən bir az sonra əsaslı bir surət alan “təqiyyə” fəlsəfəsinin zühur elədiyi günlərin düşüncəsincə də belə) buradan çıxılacaq yol mövcud olduğu halda imam ölümünə razı oluyor. Bidət etmək istəmiyor! Cismən ölüyor. Fəqət ruhən zində olduğunu isbat ediyor.

Elchi.az Arqument.Az-a istinadən  Məhəmməd Əmin Rəsulzadənin 14 noyabr 1914-cü ildə “İqbal” qəzetində çap olunmuş “Aşura” məqaləsini təqdim edir: 

Vaqieyi-Kərbəlanı çox eşitmişik. Əhli-beytin oradakı məzlumiyyətlərini, min dürlü şəkil və növdə dinləmişik. Aşura gününün məzaliminə hər sənə göz yaşı və baş qanı tökərək gəlmişik. Gözlərimizlə bədənimizi zorlayaraq bu xüsusda əcirlər gözətləmişik. Yalnız bu, qiyamətə qədər böyük bir tufani-müsibət qoparan vaqeə haqqında ən az işlətdiyimiz və ən az zəhmət verdiyimiz bir şey vardır: əql!

Halbuki bu kimi ictimai və siyasi vəqeələrdən istifadə edə bilmək və onun künhünə və hikmətinə lüzumunca aşina ola bilmək üçün hissiyyati bihudə yerə sərf edən göz yaşlarından ziyadə bundan faydalı nəticələr istehsal edə biləcək əqllə göz yaşlarını siləcək və millətlərə təskinlik bəxş edəcək bu böyük qüvvətə müraciət etməli və Aşura vaqeəsi üzərində düşünməlidir.

Bu düşüncə bizə nə kimi bir hiss təlqin ediyor?

İştə iki gün sonra misli gələcək olan bir gün — Aşura! 

Yar və ənsari qırılmış, yalnız bir imam! Düşmən çox, aman yox! Ərsə təng. Ölüm mühəqqəq. Buradan qurtarmaq üçün yalnız bir vasitə var: tövbə və iltica!

Bizim indiki tələqqilərimizcə (indiki deyil, Aşura şəhidindən bir az sonra əsaslı bir surət alan “təqiyyə” fəlsəfəsinin zühur elədiyi günlərin düşüncəsincə də belə) buradan çıxılacaq yol mövcud olduğu halda imam ölümünə razı oluyor. Bidət etmək istəmiyor! Cismən ölüyor. Fəqət ruhən zində olduğunu isbat ediyor. İstiqaməti-fikr, sabati-məslək və bunların müqabilində vücudun heç bir əhəmiyyəti olmadığını nə müəssir bir surətdə izhar ediyor. Bu nöqteyi-nəzərdən məzlum Dəşt-Neynəva heç də məğlub deyildir. Bəlkə o qalibiyyətin ən böyük bir dərəcəsini təşkil edən ruh əzəməti və qəlb qələbəsinə nail olmuş bir mücahidi-həqiqidir.

Hüseyni məzlum bilib də halına ağladığımız halda hər qism bəla və müsibətləri ancaq ağlamaq və yalnız ağlamaq təriqi ilə istiqbal etmək məzlumiyyətinə öyrənən bizlər, imamın bu böyük ruhu ilə aşina olub ona imtisal etmək xəyalında heç olmuyoruz. Bəlkə də bu hal Kərbəla şəhidini qəbrində də rahatsız etməkdədir.

Din, fikir, elm və millət naminə şəhid və məzlum olanlar bəşəriyyət tarixi ilə-islamiyyət tarixidə çoxdur. Bunlar həmişə və hər bir millət arasında təqdim olunar və adları ehtiramla anılar. Bu, kimilər haqqında göstərilən ən böyük ehtiram, onların böyüklüklərinə imtisal etməkdən ibarətdir.

Əqidə, amal və məsləki yolunda ölümünə razı olub da nəfsini fəda edən kim olursa-olsun böyükdür.

Və bu böyüklük təqlidəşayan və təhsinə müstəhəqqdir!

Aşura günü bizə böylə bir əxlaq tərbiyəsi vermək iqtidar və səlahiyyətində ikən, eyvah ki, biz onu başqa dürlü qandıq, hər şeydə olduğu kimi burada da narəftə bir yola düşdük. Hüseyn əleyhissəlam inandığı və etiqad elədiyi fikri üstündə ölməyincə özünün əbədi bir rəhmətə nail ola bilməyəcəyini göstərmiş ikən, biz “mən-mənə, o-ona, o-o yana” timsalından dörd əlli yapışıb səadətdarini üç-dörd qətrə göz yaşı müqabilində veriləcək qədər ucuz bir şey sandıq.

Fəqət ey matəmgəran, artıq burasını düşünmək zamanı da gəlmişdir. Siz Kərbəla vaqieyi-cansuzinə ağlayırsınız. Fəqət tarixi-hicrinin il başçısı olan tazə məhərrəmdə bir az özünüzü toxdadıb keçən illərə baxınız, həqiqi bir nəzəri-ibrətlə baxmış olsanız Kərbəlanümun bir çox vaqeələr görəcəksiniz. İştə bu vaqiələri də düşününüz. Onlar da sizin nəzər diqqətinizi cəlb etsin. Fəqət yalnız bir rica edərəm ki, artıq bu vaqiələrə ağlamayınız.

Çünki ağlamaq dini vaqeələrdə, ruh və imanın nəzahət və istirahəti üçün lazımi bir şey isə də, dünya işlərində fayda gətirməz. Təbiət olduqca qəddar və birhəmdir. Göz yaşlarına zərrə qədəri əhəmiyyət verməz. Gülməyə, ağlamağa qarşı laqeyddir. Hələ ağlamaqdan bir az da zəhləsi gedər. Çünki ağlamaq ecaz əlamətidir. Acizlərin isə təbiət ən birinci düşmənidir. Qüvvətli olanları saxlar, zəif olanları əzər – budur onun rəftarı. Siz gəlin də bu xasiyyətindən ötrü ona kəcmədar deyiniz. Fəqət bu onun getdiyi doğru bir yoldur. Tazə ilimizdə köhnəsindəki itirdiklərimizi təlafi etmək istəyirisək, gələn məhərrəmə qədər ağlanacaq hallardan bir az olsun, özümüzü xilas etmək amalında isək, fələyin “gəcmədar” olduğunu anlayalım və böylə bir zalimə qələbə çala bilmək üçün insani boşaldan göz yaşından deyil, fikir istiqaməti və əqidə səbatı ilə əməlpərvərlikdən kömək gözləyəlim. Böyük Aşuranın müəzzəm şəhidinə imtisal edərək ruhi-qəhrəmanlığını dərk edəlim ki, ən böyük əcri də ancaq bundan ala biləriz!

Previous Post

Rəsulzadə İmam Hüseyn haqqında belə yazmışdı…

Next Post

Rusiyanın Ukraynada yeni hərbi qüvvəsi göründü

Bənzər yazılar

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr 2026 - 23:45

Dövlət ümumi təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqi qaydaları təsdiq edilib. Elchi.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla...

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

26 Oktyabr 2026 - 23:39

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyətinin Bişkekə səfəri çərçivəsində Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasında görüş keçirilib. Görüşdə dövlət başçılarının - Azərbaycan...

Xarkova hava zərbələri endirilib, ölənlər var

Xarkova hava zərbələri endirilib, ölənlər var

26 Oktyabr 2026 - 22:22

Rusiya ordusu bu axşam Xarkovun Novobavarski rayonuna hava hücumları təşkil edib, nəticədə iki nəfər ölüb, dörd nəfər yaralanıb. Elchi-ın məlumatına...

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

Rusiya Qara dənizdə taxıl daşımalarının təhlükəsizliyi ilə bağlı danışıqları davam etdirir

26 Oktyabr 2026 - 20:33

Rusiya taxılın Qara dəniz vasitəsilə təhlükəsiz daşınmasını təmin etmək üçün müxtəlif təklifləri nəzərdən keçirir, bu məsələ ilə bağlı Türkiyə və...

Next Post

Rusiyanın Ukraynada yeni hərbi qüvvəsi göründü

Rusiyanın Ukraynada yeni hərbi qüvvəsi göründü

Son xəbərlər

Azərbaycan Prezidenti: Beynəlxalq siyasətdə ikili standartlar siyasətinə tamamilə son qoyulmalıdır

Azərbaycan Prezidenti: Beynəlxalq siyasətdə ikili standartlar siyasətinə tamamilə son qoyulmalıdır

27 Oktyabr 2026 - 10:33
Prezident: Azərbaycanın təcrübəsi müharibəni necə dayandıracağını bilməyənlər tərəfindən öyrənilməlidir

Prezident: Azərbaycanın təcrübəsi müharibəni necə dayandıracağını bilməyənlər tərəfindən öyrənilməlidir

27 Oktyabr 2026 - 10:29
Prezident: Ermənistanın işğalı altında olmuş ərazilərimizi azad etdik, ədaləti, ləyaqətimizi bərpa etdik

Prezident: Ermənistanın işğalı altında olmuş ərazilərimizi azad etdik, ədaləti, ləyaqətimizi bərpa etdik

27 Oktyabr 2026 - 10:20
Prezident: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu səmərəli platformalardan birinə çevrilib

Prezident: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu səmərəli platformalardan birinə çevrilib

27 Oktyabr 2026 - 10:13
Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir – CANLI

27 Oktyabr 2026 - 10:06
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

Azərbaycan neftinin qiyməti 127 dolları ötüb

27 Oktyabr 2026 - 09:58
Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Rusiya enerji sahəsində əməkdaşlığı müzakirə edib

27 Oktyabr 2026 - 09:47
Azərbaycan və İran enerji əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib

Azərbaycan və İran enerji əməkdaşlığının inkişaf perspektivlərini müzakirə edib

27 Oktyabr 2026 - 09:35
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

27 Oktyabr 2026 - 09:26
Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

Yasamalın bir hissəsində bu gün elektrik enerjisi olmayacaq

27 Oktyabr 2026 - 09:18
Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib

26 Oktyabr 2026 - 23:45
Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

26 Oktyabr 2026 - 23:39
Xarkova hava zərbələri endirilib, ölənlər var

Xarkova hava zərbələri endirilib, ölənlər var

26 Oktyabr 2026 - 22:22
Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

Vasile Tofan: Moldovanın hava məkanı 100 dəfədən çox pozulub

26 Oktyabr 2026 - 21:24
“Anthropic” şirkəti IPO üçün müraciət edib

“Anthropic” şirkəti IPO üçün müraciət edib

26 Oktyabr 2026 - 21:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.