"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT MANŞET

Prezident İlham Əliyev MDB-nin hələ tükənmədiyini dedi

10 Oktyabr 2014 - 15:50
in SİYASƏT MANŞET
FacebookVatsap
Minskdə keçirilən MDB sammitində Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib.
Ilham Eliyev gorushVirtualaz.org saytı xəbər verir ki, İlham Əliyev çıxışında MDB-nin hələ öz potensialını tükətmədiyini, qarşılıqlı əməkdaşlıq, regional və beynəlxalq gündəmin əsas məsələlərinin müzakirəsi üçün meydança rolunu oynadığını deyib.
“Biz həmkarlar olaraq uzun illərdir birgə ünsiyyətdə oluruq və mühüm məsələləri həll edirik, bizi narahat edən bütün məsələlər bu cür açıq və səmimi şəraitdə müzakirə olunmalıdır. Hesab edirəm ki, bizim təşkilatımızın çərçivəsində qarşılıqlı əməkdaşlıq, koordinasiya, bir-birimizin problemlərinin daha yaxşı anlaşılması, həmçinin digər mühüm məsələlərin həllində çox şey əldə edilib” – Azərbaycan prezidenti bildirib.
İ.Əliyev Azərbaycanın MDB ölkələrinin əksəriyyəti ilə ikitərəfli formatda da çox fəal əməkdaşlıq etdiyini deyib.
“Hesab edirəm ki, bizim ikitərəfli əməkdaşlığımız MDB çərçivəsində münasibətlərimizin əsasını təşkil edir” – Əliyev əlavə edib.

Bunu da oxuyun

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

*   *   *14:40

Sammitdə çıxış edən Tacikistan prezidenti Emoməli Rahmon Orta Asiya respublikaları üçün mövcud olan təhdidlərdən – Əfqanıstanda “Taliban” hərəkatından, narkotrafikdən və dini radikalizm təhlükəsinin getdikcə artmasından danışıb.
Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov da çıxışında Ukrayna tematikasına toxunmayıb, MDB dövlətləri qarşısında dayanan problemlərdən, regional təhlükəsizlik məsələlərindən və beynəlxalq terrorçuluğun, dini radikalizmin yaratdığı təhdidlərdən danışıb.
Özbəkistan prezidenti İslam Kərimov isə dünyadakı gərgin vəziyyətdən, bir çox ölkələrdə qan axıdılması ilə nəticələnən siyasi qarşıdurmalardan, Əfqanıstanda 35 ildir davam edən, qardaş qırğını, milyonlarla adamın həlak olması ilə nəticələnən müharibədən danışıb.
Virtualaz.org saytı xəbər verir ki, daha sonra İslam Kərimov Ukrayna prezidenti Pyotr Poroşenkonu MDB sammitinə qatılmadığına görə kəskin tənqid edib.
İ.Kərimov yazılı nitqini oxumaqda davam edərək bildirib ki, iki gün əvvəl agentliklər P.Poroşenkonun MDB sammitinə qatılacağını xəbər vermişdi. Dünən isə məlum olub ki, o, sammitə qatılmayacaq.
İ.Kərimov bunu “yolverilməz davranış” adlandırıb. Deyib ki, bir ilə yaxındır Ukrayna mövzusu bütün MDB-də gündəmin birinci məsələsidir. O zaman Ukrayna prezidenti Avropa liderləri ilə görüşlərə vaxt tapması, ancaq MDB sammitinə qatılıb baş verənlərə aydınlıq gətirməmək istəməməsi anlaşılmaz görünür. İ.Kərimov Ukraynanın hələ MDB üzvü olduğunu xatırladıb və Poroşenkoya iradlarını davam etdirib.

*   *   *14:28

Belarus prezidenti Aleksandr Lukaşenko sammitdəki çıxışında Ukraynadakı münaqişə tərəflərini anlaşma üçün təmas nöqtəsi tapmağa, qan axıdılmasını dayandırmağa və Minskdə əldə edilmiş atəşkəs sazişinə əməl etməyə çağırıb.
“Bütün mübahisəli məsələləri dinc yolla həll etmək lazımdır. Bizim qardaş xalqın qanının bundan sonra da axıdılmasına imkan vermək olmaz” – Lukaşenko bildirib.
“Qətiyyən yolverilməzdir ki, burada, praktiki olaraq Avropanın mərkəzində döyüş əməliyyatları gedir. Ümid edirəm ki, bütün iştirakçılar Ukraynanın cənub-şərqində döyüş əməliyyatlarının dayandırılması məsələsində məni dəstəkləyəcəklər” – Belarus prezidenti əlavə edib.
Onun sözlərinə görə, Ukrayna təkcə lokal münaqişə ocağı deyil, eyni zamanda bu döyüş əməliyyatları Ukraynanın və bütün postsovet məkanının təhlükəsizliyinə, iqtisadi inkişafına birbaşa təsir edir.
Virtualaz.org saytı xəbər verir ki, Moldova prezidenti Nikolay Timofti də Ukraynadakı münaqişədən danışıb, bu münaqişənin kökünün Avropa İttifaqı ilə Assosiasiya sazişinin imzalanmasından qaynaqlandığını deyib.
N.Timofti bildirib ki, onun ölkəsi də Aİ ilə Assosiasiya sazişi imzalayıb və bu əməkdaşlıq MDB ölkələri ilə Moldova arasında əməkdaşlığa mənfi təsir etməməlidir. Moldova prezidentinin sözlərinə görə, onun ölkəsinin Avropa ilə əməkdaşlığı MDB-nin qalan ölkələrinə qarşı deyil və bu məsələdən münaqişə yaratmaq üçün istifadə olunmamalıdır. N.Timofti Rusiyanın Moldova ilə Aİ arasında Assosiasiya sazişinə görə çaxır idxalına qadağa qoymasından da məyus olduğunu ifadə edib.
Rusiya prezidenti Vladimir Putin isə öz çıxışında Moldova və Ukraynaya xəbərdarlıq edərək deyib ki, onlar Aİ ilə azad ticarət razılaşmasına gedəndə bunun Rusiya ilə ticarət münasibətlərinə necə təsir edəcəyini nəzərə almalı idi.
Putinin bildirdiyinə görə, o, dəfələrlə təklif edib ki, Aİ ilə azad ticarət razılaşmasının nəticələri təhlil olunsun, bunun Rusiya ilə iqtisadi-ticarət əlaqələrinə necə təsir edəcəyi araşdırılsın. Lakin onun sözlərinə görə, həmin ölkələr bunu etməyiblər, əgər Rusiyanın çağırışı vaxtında eşidilsəydi, problemlər də meydana çıxmazdı.

*   *   *14:01

Minskdə az əvvəl MDB dövlət başçılarının sammiti Belarus prezidenti Aleksandr Lukaşenkonun sədrliyi ilə başlayıb.
Virtualaz.org saytı Belarus rəsmi qaynaqlarına istinadən xəbər verir ki, sammitin gündəliyinə 17 sənəd layihəsi daxil edilib. Bu sənədlərin humanitar sahədə əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik və digər sahələrə aiddir.
MDB sammiti işini başa çatdırandan sonra onun ardınca Avrasiya İqtisadi Şurasına üzv olan ölkələrin – Belarus, Qazaxıstan və Rusiyanın prezidentləri toplaşacaq. Bu toplantıda Avrasiya İqtisadi Şurasının fəaliyyətinə xitam veriləcək. Çünki həmin şuranı təsis edən dövlətlər indi yeni ittifaqda – Avrasiya İqtisadi İttifaqında yer alırlar.
Köhnə “Avrasiya İttifaqı”na xitam verilib təzəsinin iclasına başlayandan sonra prezidentlər gündəmdə dayanan əsas məsələyə-Ermənistanın Avrasiya İttifaqına üzvlüyünə dair çoxdandır masa üzərində olan ərizəsinə baxacaqlar.
Xəbər verdiyimiz kimi, Ermənistanın üzvlüyünün bu dəfə də baş tutub-tutmaması sual altındadır. Qazaxıstan və ola bilsin, həm də Belarus Ermənistanın üzvlüyünə dair rəsmi razılıq verməyə hazır deyillər.
Bu il may ayında Astanada Avrasiya Ali İqtisadi Şurasının geniş tərkibdə keçirilən iclasında Ermənistanın üzvlüyü məsələsi Qazaxıstan prezidenti Nursultan Nazarbayevin qeyd-şərti səbəbindən təxirə salınmışdı.
Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevdən aldığı məktuba istinadən Ermənistanın Avrasiya İttifaqına BMT tərəfindən tanınmış sərhədləri çərçivəsində qəbul olunmasını tələb etmişdi. Bu isə ən azı əslində Ermənistanla bir iqtisadi məkanda olan Dağlıq Qarabağın Ermənistan Respublikasından gömrük məntəqəsi ilə ayrılması deməkdir.
Minsk sammiti ərəfəsində diqqəti Azərbaycan xarici işlər nazirinin Minskə baş çəkməsi və Belarus prezidenti tərəfindən xüsusi ehtiramla qəbul olunduğu cəlb edir. Ermənistan ekspert dairələrində bu dəfə Belarus prezidenti Aleksandr Lukaşenkonun “qeyd-şərt” irəli sürəcəyini ehtimal edirlər.

Rusiyadan “müsbət eyham”…

Bir çox ekspertlər Minskdə Ermənistanın Aİ üzlüyü haqqında müqavilənin imzalanacağında şübhələnirlər. Lakin Ermənistan XİN-i ötən ayın sonunda müqavilənin layihəsini açıqlayıb və bununla sənədin mətninin artıq razılaşdırıldığına eyham vurub.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə cümə günü Avrasiya Ali İqtisadi Şurası liderlərinin Minsk sammitində Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbul olunması müqaviləsini imzalayacaqlarını bəyan edib.
“Beləliklə, gələn il yanvarın 1-dən Ermənistan ittifaqın tamhüquqlu üzvü olar” – İTAR-TASS agentliyi Rusiya rəsmisinin sözlərini sitat gətirir.
Bəzi Ermənistan təhlilçiləri və ölkənin hakim dairələri Ermənistanın Aİ-yə daxil olmasını həm iqtisadi həm də, xüsusilə, təhlükəsizliyi baxımından əlverişli olduğunu qeyd edirlər.
BBC-nin xəbərinə görə, Qafqaz İnstitutunun direktor müavini, politoloq Sergey Minasyan Ermənistanın Aİ üzvü olmasının ölkənin daxili, iqtisadi siyasəti, eləcə də regional kontekstdə ciddi əhəmiyyət kəsb edəcəyini qeyd edir.
“Bəziləri Ermənistan hakimiyyətinin bu addımını Dağlıq Qarabağın gələcək iqtisadi və siyasi durumu ilə bağlı tənqid edirlər, lakin Ermənistan rəhbərliyinin bu qərarı məhz Qarabağ problemi ilə şərtləşdirilmişdir” – o deyib.

“Təhlükəli alyans”…

Sabiq milli təhlükəsizlik naziri, “Concord” analitik mərkəzinin rəhbəri David Şahnazaryan Ermənistanın Rusiya himayəsi altında yaranan alyansa daxil olmasını demokratik təsisatların təsbitinə təhlükə adlandırır: seçkilər əvvəlki kimi formal xarakter daşıyacaq, korrupsiya sistemi ləğv edilməyəcək.
“Yeni birlikdə Ermənistan iqtisadi sərhədlərinə nəzarəti başqa qurumun ixtiyarına vermiş olur” – deyə Şahnazaryan Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına çəkmək üçün hər şey etməyə hazır olduğunu bildirir. Və Ermənistan, onun sözlərinə görə, bu ittifaqda subyekt deyil, sadəcə Azərbaycana təzyiq etmək aləti olacaq.
Ermənistanın sabiq xarici işlər naziri Aleksandr Arzumanyan son il ərzində dünyada siyasi durumun tamamilə dəyişdiyini qeyd edir: Rusiya tam təcrid olunmuş bir ölkəyə çevrilib və Avropa İttifaqı ilə NATO-nu öz düşmənləri elan edib.
“Belə bir vəziyyətdə Ermənistana Avrasiya İttifaqına qatılmağa dəyərmi? Faktiki Ermənistan beynəlxalq sanksiyalar altında olan ölkə ilə bir alyansa birləşir” – o deyir.
A.Arzumanyanın sözlərinə görə, Ermənistan ”onsuz da çoxsaylı problemləri olan və siyasi perspektivsiz, kağız üzərində qalası bir ittifaqa” üzv olur.

Etiraz aksiyası…

Minsk sammiti ərəfəsində bir qrup fəal Ermənistanın Avrasiya İttifaqına üzv olması müqaviləsinin imzalanmasına qarşı etiraz aksiyasını keçirib.
Təxminən 15 nəfər Aİ əleyhinə, “23 illik müstəqilliyimiz nə tez qurtardı” şüarları və “Azad, müstəqil Ermənistan” çağırışları ilə İrəvanın Azadlıq meydanından prezident iqamətgahı istiqamətində yürüş keçirdilər.
“Biz Ermənistan prezidentindən Ermənistanın suverenliyinə və ölkə Konstitusiyasına zıdd olan müqaviləni imzalamamağı tələb edirik. İstər prezident, istər parlament sədri, yaxud baş nazirin – kim olursa olsun – ölkənin suverenliyinə xələl gətirən heç bir müqavilə imzalamağa haqqı yoxdur” – aksiya iştirakçısı Daniel İonisyan deyib.
Etirazçılar prezident iqamətgahı önündə öz tələblərini və Avrasiya İttifaqı sammitinə yola düşəcək Ermənistan prezidentinin ünvanına “Minskdən qayıtma!” səsləyirdilər.

Previous Post

Prezident İlham Əliyev MDB-nin hələ tükənmədiyini dedi

Next Post

Arif Hacılı ilə bağlı ifşaedici FOTOFAKT…

Bənzər yazılar

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

Monteneqronun dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək

25 Fevral 2026 - 20:23

Monteneqronun Energetika və Mədənçilik Nazirliyinin dövlət katibi Dino Tutundjiç Azərbaycana səfər edəcək. Elchi.az -ın məlumata görə, səfər mart ayında baş...

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib – SİYAHI

12 Fevral 2026 - 16:38

Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Elchi.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin...

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

Prezidentin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” sənədinə həsr olunmuş müşavirə keçirilib – YENİLƏNİB

11 Fevral 2026 - 17:32

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə...

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

Tramp: İlham Əliyev və Paşinyan yaxşı liderlərdir

05 Fevral 2026 - 20:19

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı yaxşı liderlər adlandırıb. Elchi.az xəbər verir...

Next Post

Arif Hacılı ilə bağlı ifşaedici FOTOFAKT...

Arif Hacılı ilə bağlı ifşaedici FOTOFAKT...

Son xəbərlər

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

Rusiya lideri İrana humanitar yardımın çatdırılmasında köməyə görə Azərbaycan rəhbərliyinə minnətdarlıq edib

04 İyun 2026 - 23:32
Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28
ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

ABŞ dövlət katibi və Küveytin XİN rəhbəri İran ətrafındakı vəziyyəti müzakirə ediblər

04 İyun 2026 - 23:25
Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

Milatoviç: Bizim vəzifəmiz vətəndaşların Avropa dəyərlərinə uyğun bir dövlətdə yaşamasıdır

04 İyun 2026 - 22:12
Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiyanın Sumı vilayətinə hücumu nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb

04 İyun 2026 - 22:07
Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Dominikanda ilk dəfə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

04 İyun 2026 - 22:05
CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

CENTCOM İran limanlarının blokadası çərçivəsində 127 gəminin istiqamətini dəyişdirib

04 İyun 2026 - 22:03
Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

Azərbaycanda Monteneqronun viza müraciət mərkəzi fəaliyyətə başlayıb

04 İyun 2026 - 21:59
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib

04 İyun 2026 - 21:51
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.