"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

Bir qətl haqqında (VİDEO)

06 Oktyabr 2014 - 01:36
in Banner, HADİSƏ MANŞET
FacebookVatsap
5 minə yaxın əhalisi olan Səfikürd kəndi dünənə qədər adidən adi, sadədən sadə həyatını yaşayırdı. Bu gün 10b6ea9911a894fe05823df44f832054bütün ölkənin nəzər-diqqəti bu kəndə yönəlib. Burda iki ailədən 9 nəfər qanına qəltan olub, onlardan yalnız ikisi möcüzə nəticəsində sağ qalıb, qalanları torpağın altındadır.
Buna oxşar hadisəni ötən il Cəlilabadda çəkmişdim. Manyakın biri gənc ananı iki körpəsi ilə birlikdə qətlə yetirmiş və üç qəbir yan-yana düzülmüşdü. Bu gün Səfikürd qəbristanlığında da 7 məzar yan-yanadır. Ağlamamağa isə nə ana var, nə də ki, bacı.
Məmmədovlar ailəsinin ağsaqqalları Allahyar və Haqverdi qardaşları illər əvvəl ölümün ən gözəlini özləri üçün seçib. Balalarına və həyat yoldaşlarına isə çətin həyat və ondan da çətin tale qoyub gediblər. Bu şəkilə diqqətlə baxın. Öldürülən 7 günahsızı sanki sehrli bir əl bir ay əvvəl bir araya yığıb şəklini çəkib. Bir gün yas çadırından asılacaqlarının anonsu kimi. Şəkildəkilər kimlərdir. Ortadakı qadın qəbri yanında ailəsinə yer saxlayan Allahyar Məmmədovun həyat yoldaşı, arxadakı bir oğlan iki qız isə onların övladlarıdır. Ağır yaralı daha bir oğlu isə bu gün Gəncə xəstəxanasında müalicə olunur. Qucağında körpə İsanı saxlayan Haqverdi Məmmədovun arvadı, sağdakı xanım isə bacısıdır. O, gecə bu üç ailəni bir araya toplayan evin qızı Südabənin ər evindən qaçıb ata evinə gəlməsi olub. Cəmi beş həftənin gəlini olan Südabə əri Rafiq Hüseynovun işgəncələrindən boğaza yığılıb. Kimdir Rafiq Hüseynov.
Rafiq Hüseynov əlini iki ailənin qanına batırana qədər kənddə pinəçi kimi tanınıb. Yəni peşəsi cırılan, dağlılan ayaqqabıları yamamaq olub. Bu gün onun törətdiyi hadisə mahiyyətcə o qədər ağırdır ki, ona heç nə ilə yamaq vurmaq olmaz.
34 yaşlı pinəçinin bu sayca üçüncü evliliyidir. Məsələdə ən maraqlı məqam həm də budur. Bizim əksər analar bu gün qızları evdə qarıyıb qalmasın deyə, hətta küçədə qalmışın birinə də ərə verərlər. Südabəylə də bağlı vəziyyət fərqli olmayıb. Çünki qonşuluqda yaşayan Rafiqi onlar tanımamış deyildilər. Rafiqin birinci arvadı Günayın ondan məhz işgəncələrə görə boşandığı kənddə hər kəsə məlum idi. Günayın anası Cəmilə Musayevanı eşidək:
“Mən qızımı ona verməmişdim, o qızımı götürüb qaçırdıb. Günün birində gedib gördüm ki, qızın halı pisləşib. Qızıma dedim ki, sənə nə olub, dedi ki, mənə işgəncə verir. Gecənin bir yarısı siqarət çəkib ətimə yapışdırır”.
Ondan sonra Rafiq daha bir qızla evlənib. Ümumiyyətlə, Hüseynovlar ailəsini bu kənddə yaxşı cəhətləri ilə tanımırlar. Bir neçə il əvvəl Rafiqin qardaşı Şaiqin intihar etməsinə səbəb doğma qardaşını özünün həyat yoldaşı ilə bir yataqda görməsi olub, deyirlər. İndi kənddə ən çox qınanılan da bu məsələdir. Qohumlar-qonşular deyir ki, o biabırçılığı göz yuman Rafiqin bu gün arvadı Südabəni niyə əmin oğlu ilə görüşüb öpüşdün deyərək ailəlikcə gülləbaran etməyə hansı mənəvi haqqı çatırdımı?
Onların arasında iki uşaq da olub. Biri hazırda Gəncə xəstəxanasında müailcə alan yaralı Günelin oğlu Ceyhundur ki, azyaşlı o uşaq Rafiqdən onu öldürməməsi üçün aman diləyib və sağ qalıb. Hazırda Ceyhunun keçirdiyi şokdan dili tutulub, deyirlər. İkincisi balaca İsadır. Hansı ki, bu gün oktyabrın 5-i 3 yaşını qeyd edəcəkdi. Anasından bu gün üçün çox şeylər istəmişdi.
İsanın anası Lətafət Həsənova deyir ki, onun yaşına bir ay bundan qabaq hazırlaşırmışlar.
Məni bu məsələdə ən çox təəssüfləndirən isə körpə İsanın qanlı ayaq izləridir. Hansı ki, yuyublar da təmizlənməyib. İndi onun ruhu çoxdan göylərdədir. Amma o bu gün yerdə olmalıydı. Ad günü süfrəsinin ətrafında…
Bu qanlı ayaq izləri həm də bizi bir çox suallarla üz-üzə qoyur. Rafiqdə, bu sadə pinəçidə qumbara, tüfəng hardandı? Deyilənlərə görə, 5 həftə əvvəl toyunda da o bu tüfəngdən göyə atəş açmışdı. Zənnimcə, bu atəş səsləri hüquq-mühafizə orqanlarını ayıltmalıydı. O zaman Məmmədovlar ailəsi də yer üzündən silinməzdi.
Balaca İsanın 3 ilini də üstünə gəlsək Rafiq 270 ili məhv edib. 7 ömrü. Özünün bir ömrü var. Onun da 35 ilin yaşayıb. Tutaq ki, lap elə ömürlük həbs cəzası aldı… Bundan sonra qoy yaşasın 40 il, lap 60 – 70 il… . Bəs, 270 ilin 190 ilinin cəzasını necə çəkəcək… Bəlkə Azərbaycanda da xüsusi canilər üçün onların qəbirlərinə iş kəsinlər… 200 il, 300 il, 500 il, hətta 1500 il versinlər… /ANS TV/

Bunu da oxuyun

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

İsmayıllıda zəlzələ olub

Previous Post

Bir qətl haqqında (VİDEO)

Next Post

SOS: Ebola oktyabrda Britaniya və Fransaya çata bilər

Bənzər yazılar

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

KİV: ABŞ Çinin hərbi fəaliyyətinin izlənilməsini təkmilləşdirmək üçün 12 milyard dollardan çox vəsait xərcləyəcək

25 Fevral 2026 - 23:25

ABŞ hakimiyyəti Çinin hərbi fəaliyyətini izləmə sistemini gücləndirmək məqsədilə daha 12,6 milyard dollar xərcləyə bilər. Elchi.az xəbər verir ki, bu...

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

Britaniyada ilk Ukrayna dron istehsalı zavodu açılıb

25 Fevral 2026 - 20:19

Londonda ilk Ukrayna dron istehsalı zavodu - "Ukrspecsystems" şirkətinin istehsal kompleksi fəaliyyətə başlayır. Elchi.az xəbər verir ki, bu barədə Ukraynanın...

İsmayıllıda zəlzələ olub

İsmayıllıda zəlzələ olub

12 Fevral 2026 - 19:56

İsmayıllı seysmoloji stansiyasından 17 kilometr şimal-qərbdə - İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Milli...

ABŞ “Hizbullah”a dəstəyə görə Rusiya və Livan vətəndaşlarına sanksiyalar tətbiq edib

ABŞ “Hizbullah”a dəstəyə görə Rusiya və Livan vətəndaşlarına sanksiyalar tətbiq edib

10 Fevral 2026 - 23:42

ABŞ Livanın "Hizbullah" hərəkatına Birləşmiş Ştatların məhdudiyyətlərindən yayınmağa kömək edən fiziki şəxslərə qarşı sanksiyalar tətbiq edib. Elchi.az xəbər verir ki,...

Next Post

SOS: Ebola oktyabrda Britaniya və Fransaya çata bilər

SOS: Ebola oktyabrda Britaniya və Fransaya çata bilər

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.