"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

İlham Əliyev: “Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb”

02 Oktyabr 2014 - 11:46
in Banner, MANŞET
FacebookVatsap

“Müasir dünyada Azərbaycanın unikal rolu var, biz həm Avropanı, həm də Asiyanı yaxşı anlayırıq”img1645798

Bunu da oxuyun

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

“Dünyada baş verən bəzi hadisələr belə forumların keçirilməsini zəruri edir”. APA-nın məlumatına görə, bunu IV Bakı Beynəlxalq Forumunda çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, dünyada humanitar təhlilin aparılması üçün belə foruma çox ehtiyac var: “Bakı Beynəlxalq Forumu çox vacib formata çevrilib. Azərbaycan humanitar aspektlərə həmişə böyük diqqət  göstərib”.
Prezident bəyan edib ki, Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb: “Bu, bizim böyük sərvətimizdir. Dövlətin gücünü həm də cəmiyyətdə mövcud olan ab-hava, həmrəylik duyğuları müəyyən edir. Bu baxımdan Azərbaycanın təcrübəsi çox müsbətdir. Biz bununla dünyaya müsbət töhfə veririk. Azərbaycanda əsrlər boyu multimədəniyyətli cəmiyyətlər mövcud olub, xalqlar arasında dostluq və həmrəylik bunun nümunəsidir. Azərbaycanın bir sıra təşəbbüsləri dünyada öz əksini tapıb. Məsələn, 2008-ci ildə Bakıda keçirilən Avropa Şurasına üzv dövlətlərin mədəniyyət tədbirinə İslam Konfransı Təşkilatına üzv dövlətlər də dəvət olundu. 2009-cu ildə İslam Konfransı Təşkilatının mədəniyyət nazirlərinin toplantısına Avropa Şurasına üzv dövlətlərin nazirləri dəvət edilmişdi. Azərbaycanın təşəbbüsü ilə dünya dini liderlərinin zirvə görüşü keçirilib”.
Dövlət başçısı Azərbaycana qarşı işğalçılıq siyasəti aparıldığını, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazilərinin Ermənistan tərəfindən zəbt edildiyini, etnik təmizləmə siyasəti aparıldığını, Xocalı soyqırımı törədildiyini və yüzlərlə insanın qətlə yetirildiyini xatırladıb. O, BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların ərazilərdən çıxarılması barədə 4 qətnamə qəbul etdiyini də nəzərə çatdırıb: “Bu qətnamələr yerinə yetirilmir, ikili standartlarla üzləşirik. Bilirik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri bəzən bir gündə yerinə yetirilir. İslam Konfransı Təşkilatı, Avropa Şurası da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərarlar qəbul edib. Soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdır. Baxmayaraq ki, o torpaqlarda artıq həyat yoxdur, hər şey dağıdılıb. ATƏT-in Faktaraşdırıcı Missiyasının iki məruzəsində göstərilib ki, məscidlər, tarixi abidələr, qəbiristanlıqlar dağıdılıb. Bu, böyük humanitar fəlakətdir. Azərbaycan qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi, onların problemlərinin həlli üçün işlər görüb. Lakin hələ də onların bir hissəsi ağır şəraitdə yaşayır”.
Prezident İ. Əliyev bütün bunlara baxmayaraq, Azərbaycanın dayanıqlı inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, humanitar sahə hökumətin prioritet sahələrindən biridir: “Təhsilə böyük diqqət göstərilir. Son 10 ildə 3 minə qədər məktəb tikilib. Təhsildə islahatlar aparılır və yaxın gələcəkdə bu islahatların nəticəsini görəcəyik. Tələbələr xarici ölkələrə göndərilir”.
Dövlət başçısı  bildirib ki, mutlimədəniyyətli cəmiyyət, xalqlar arasında dostluq və qardaşlıq dövləti gücləndirir. İqtisadi və sosial sahədə əldə edilən uğurlardan danışan İ. Əliyev yoxsulluqla mübarizənin başa çatmaqda olduğunu, yaxın illərdə yoxsulluğun bir amil kimi aradan götürüləcəyini vurğulayıb. Prezident bəzi dövlətlərdə neft gəlirlərindən düzgün istifadə edilmədiyini deyib: “Biz isə neft gəlirlərini insan kapitalına çevirməyə nail olmuşuq. Azərbaycan bu gün kosmik sənaye ölkələrindən birinə çevrilib. Azərbaycan hazırda siyasi və iqtisadi cəhətdən müstəqil ölkədir. Bu, dünya ölkələri tərəfindən dəstəklənir. Azərbaycan bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının üzvü seçilmişdi. Bu da bizim dünyadakı rolumuzu, müstəqil siyasətimizi əks etdirir. Dünya birliyinin əksəriyyəti bizə inanır”.
Prezident qeyd edib ki, hər bir dövlət müstəqil siyasət aparsa, problemlər də aradan qalxar: “Bu gün foruma 60-dan çox ölkədən nümayəndə gəlib. Biz yığışıb müzakirə edirik ki, dünyadakı prosesləri necə müsbət istiqamətə yönəldək. Dünyada irqçilik, ayrı-seçkilik artır. Biz bu tendensiyaları narahatlıqla izləyirik. Forumda bu tendensiyaların qarşısının alınması istiqamətində müzakirə aparacağıq. Bəzən deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Ancaq dünyada multikulturalizmin alternativi yoxdur. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə də bu məsələlər barədə danışmalı, lazım gələndə irad tutmalıyıq. Biz çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, ölkələr, millətlər arasında əlaqələr yaxşılaşsın, dinlərarası dialoq inkişaf etsin”.
Prezident İlham Əliyev müsəlman aləmində gedən proseslərin Azərbaycanı çox narahat etdiyini vurğulayıb: “Bu qanlı toqquşmalar ölkələri məhv edir. Biz buna təcrid olunmuş proses kimi baxa bilmərik. Eyni zamanda Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, ayrı-seçkiliyə tərəfdar olan qüvvələrin daha böyük səs toplaması hamımızı narahat etməlidir. Müasir dünyada Azərbaycanın unikal rolu var, biz Avropa və Asiya arasında, qədim İpək Yolunda yerləşən ölkəyik. Biz həm Avropanı, həm də Asiyanı yaxşı anlayırıq”.
İ. Əliyev iki il əvvəl Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin keçirildiyini xatırladıb: “Müsəlman ölkəsində belə müsabiqənin keçirilməsi mühüm hadisədir. İlk Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək. İki il sonra isə Bakıda İslam İdman Oyunları keçiriləcək. Bugünkü Azərbaycan budur, biz Avropa və müsəlman ailəsinin üzvüyük. Bunun mümkün olduğunu ortaya qoyuruq. Cəmiyyətdə müsbət tendensiyalar olanda böyük uğurlara imza atmaq mümkündür”.
Previous Post

İlham Əliyev: “Azərbaycanda heç vaxt dini-milli zəmində qarşıdurma olmayıb”

Next Post

“Mənim qızım maşınla adam vurmayıb”

Bənzər yazılar

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

Netanyahunun İrana mesajı: Lazım gələrsə, təkbaşına hücum edəcəyik

06 Avqust 2026 - 10:54

İsrail Baş naziri Benyamin Netanyahu, ABŞ və İran arasında danışıqlar davam edərkən, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün...

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

El-Nino 50 milyon insanı kəskin aclıqla təhdid edir

06 Avqust 2026 - 10:25

Sürətlə inkişaf edən El Nino hava fenomeninin gələn ilin sonuna qədər təxminən 50 milyon insanı kəskin aclığa sürükləyə biləcəyi açıqlanıb....

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

Qüdrət Həsənquliyev: “Azərbaycan Ermənistan qarşısında konkret tələb qoymalıdır: yeni hökumət formalaşdı, referendumu elan et!”

05 Avqust 2026 - 18:40

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Ermənistanda yeni hakimiyyət komandasının və parlamentin formalaşmasından sonra ənənəvi anti-Azərbaycan və...

Aİ Rusiya aktivlərindən əldə olunan vəsaiti Ukraynaya köçürəcək

Aİ Rusiya aktivlərindən əldə olunan vəsaiti Ukraynaya köçürəcək

05 Avqust 2026 - 13:00

Avropa Komissiyası (AK) Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən vəsaitin 1,4 milyard avro məbləğində olan beşinci tranşını Ukraynaya köçürməyi...

Next Post

“Mənim qızım maşınla adam vurmayıb”

“Mənim qızım maşınla adam vurmayıb”

Son xəbərlər

Bakıda yaşayış binasında liftin fəaliyyəti dayandırıldı – VİDEO

Bakıda yaşayış binasında liftin fəaliyyəti dayandırıldı – VİDEO

06 Avqust 2026 - 14:45
Azərbaycanda BOKT ləğv olundu

Azərbaycanda BOKT ləğv olundu

06 Avqust 2026 - 14:30
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

06 Avqust 2026 - 14:14
Rubio Ukrayna ilə bağlı sualı gülüşlə qarşıladı

Rubio Ukrayna ilə bağlı sualı gülüşlə qarşıladı

06 Avqust 2026 - 14:00
Prezident Bəxtiyar Aslanbəylini təltif etdi

Prezident Bəxtiyar Aslanbəylini təltif etdi

06 Avqust 2026 - 13:53
Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yeni daimi nümayəndə təyin edilib

Elman Abdullayev UNESCO-dan geri çağırılıb, yeni daimi nümayəndə təyin edilib

06 Avqust 2026 - 13:51
Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb

Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi geri çağırılıb

06 Avqust 2026 - 13:49
Prezident 2 fərman imzaladı

Prezident 2 fərman imzaladı

06 Avqust 2026 - 13:44
Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

Azərbaycan dili nəticələrinə görə öndə olan bölgələr – SİYAHI

06 Avqust 2026 - 13:30
Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

Ötən ay Azərbaycan sərhədini pozan 19 əcnəbi tutulub

06 Avqust 2026 - 13:18
Pentaqon təcili iclas keçirəcək

Pentaqon təcili iclas keçirəcək

06 Avqust 2026 - 13:00
Azərbaycanda hər 6 nəfərdən 1-i siqaret çəkir

Azərbaycanda hər 6 nəfərdən 1-i siqaret çəkir

06 Avqust 2026 - 12:52
Ölkəmizdə kasıb ailələrdə uşaq sayı varlı ailələrə daha yüksəkdir

Ölkəmizdə kasıb ailələrdə uşaq sayı varlı ailələrə daha yüksəkdir

06 Avqust 2026 - 12:43
Sibiha Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib

Sibiha Qara dənizdə Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib

06 Avqust 2026 - 12:26
Bakı-Quba yolunda zəncirvari qəza olub, 5 nəfər xəsarət alıb- FOTO – YENİLƏNİB

Bakı-Quba yolunda zəncirvari qəza olub, 5 nəfər xəsarət alıb- FOTO – YENİLƏNİB

06 Avqust 2026 - 12:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.