"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

“Hafka”nın şok məhkəmə dosyesi mətbuata sızdırıldı – iddialar gerçəkmiş!

26 Sentyabr 2014 - 08:56
in Kateqoriyasız
FacebookVatsap

Azərbaycanlı oliqarxa dalbadal ağır zərbələr; İş adamı Hafiz Məmmədov London məhkəməsinə verildi; aldığı ingilis futbol klubunu aldadaraq vəd etdiyi pulu ödəməyən biznesmen külli-miqdarda cərimələnə bilər; Fransa klubu isə onu Beynəlxalq Maliyyə Tribunalına verməkdə qərarlıdır

Bunu da oxuyun

“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

Düyüdəki gizli təhlükə!

Azərbaycanlı oliqarx, “Bağlan Group” şirkətinin “Hafka” ləqəbi ilə tanınan prezidenti Hafiz Məmmədovla Britaniyada aldığı “Sheffield Wednesday” klubu arasında ciddi problemlər yaşandığı sənədlərlə öz təsdiqini tapıb. H.Məmmədov bu klubun prezidenti, serb əsilli iş adamı Milan Mandariçə “Sheffield Wednesday”ı 35 milyon funt-sterlinqə ona satmağı təklif edib.

Onlar arasında gedən danışıqlardan sonra razılaşma əldə olunub. Alqı-satqı və sponsorluq müqaviləsi bağlansa da, sonradan H.Məmmədov bu məbləği ödəməkdən imtina edib. Qarşı tərəf isə onu London məhkəməsinə verib. Futbolpress.az saytı  həmin məhkəmə sənədlərinin üstünü açıb və  “Hafka” haqqında yayılan iddiaların doğru olduğunu aşkara çıxarıb.
“Hafka” məlum müqaviləni pozduğuna görə 2014-cü il sentyabrın 1-də “Sheffield Wednesday”ın vəkili Çarlz Makkenzi Tomsun tərəfindən London Ali Məhkəməsinin nəzdində Hakimlər məclisi bölməsinin Ticarət Məhkəməsinə verilib.
Vəkilin məhkəməyə təqdim etdiyi iddiadan aydın olur ki, məhkəmədə iddiaçı “Sheffield Wednesday Football Club LTD”, cavabdeh isə H.Məmmədovun  Bakı şəhəri M.F.Axundov 179 ünvanında yerləşən “KSM Azerbaijan” MMC-dir. Çünki klubun H.Məmmədova satılması ilə bağlı alqı-satqı və sponsorluq müqavilələri bu iki qurum arasında bağlanıb. Bu müqavilələrin şərtlərinə görə, H.Məmmədov kluba alqı-satqı üçün 35 milyon,    sponsorluq müqaviləsinə əsasən isə işləmə kapitalı kimi 1 milyon funt-sterlinq ödəmək öhdəliyi götürüb.  “Hafka” bu məbləğləri iki dəfəyə, ilk hissəni 2014-cü ilin 6 iyunundan əvvəl, ikinci hissəni isə  6 avqustundan əvvəl ödəyəcəyini bildirib.
Ancaq xeyli müddət keçməsinə baxmayaraq, bu öhdəliyi yerinə yetirməyib. Qarşı tərəf Bakıya, H.Məmmədovun şirkətinə bu öhdəliyin yerinə yetirilməsi ilə bağlı tələbnamə göndərsə də, onlara heç bir cavab verilməyib.
Vəkil yazır ki, onların H.Məmmədovun “KSM Azerbaijan” MMC şirkətinin axtarışları zamanı məlum olub ki, bu şirkət Bakıda daha bir neçə ünvanda qeydiyyatdan keçib və tələbnamə bütün ünvanlara göndərilib. Ancaq nəticəsi olmayıb. Bundan sonra  “Sheffield Wednesday Football Club LTD” müqaviləni pozub və H.Məmmədovu məhkəməyə verib. Şirkət London məhkəməsinə müraciətini bununla izah edir ki, “Sheffield Wednesday” futbol komandası bu şirkətin tərkibində olmaqla İngiltərə və Uelsdə fəaliyyət göstərir. Həm də hadisə İngiltərə və Uels ərazisində baş verdiyindən məsələ İngiltərə qanunlarının predmeti sayıla bilər.
Buna görə də şirkət hesab edir ki, iddianın təmin olunması üçün İngiltərə məhkəmələri ən düzgün seçimdir.
Vəkil bildirib ki, “SWFC Ltd” daim müqavilənin şərtlərinə uyğun davranıb və KSM öz öhdəliklərini yerinə yetirmədiyinə görə ziyana uğrayıb. Buna görə də, şirkət ona dəyən zərərin ödənilməsini tələb edir.
Göründüyü kimi, H.Məmmədovun vəziyyəti yaxşı deyil və onun götürdüyü öhdəliyə əməl etməməsinə görə Britaniyada məhkəməyə verilməsi əməlli-başlı beynəlxalq qalmaqala çevrilib. Bu, təkcə onun özünün yox, həm də Azərbaycanın imicinə zərbə vuracaq bir hadisədir. Məhkəmənin nə qərar verəcəyinə gəlincə, qarşı tərəfin vəkilinin hazırladığı faktlarla dolu olan iddia ərizəsindən görünür ki, “Hafka” iri məbləğdə cərimələnməkdən yayına bilməyəcək.
Onu da qeyd edək ki, bu “Hafka” ilə əcnəbi futbol klubu arasında yaşanan ilk qalmaqal deyil. H.Məmmədov sponsoru olduğu Fransanın “Lans” komandası ilə də ciddi problemlər yaşayır. Buna səbəb  azərbaycanlı oliqarxın “Lans” klubuna vəd etdiyi 18 milyon avronu verməməsidir. H.Məmmədovun vədini yerinə yetirməməsi nəticəsində “Lans” Fransa çempionatında əsas liqaya buraxılmayıb.  Fransanın Peşəkar Klublara Nəzarət Komissiyası ağır maliyyə durumunda olan “Lans”ın büdcəsinin müəyyənləşdirilmiş qaydalara uyğun gəlmədiyini əsas gətirərək onu birinci liqaya buraxmayıb. Klub rəhbərliyi isə bu problemi H.Məmmədovun onlara vəd etdiyi 18 milyon avro hesabına həll edəcəyini düşünürmüş. Bu durumdan pəjmürdə olan klubun prezidenti  Jerve Martel “Hafka”nı Beynəlxalq Maliyyə Tribunalına verəcəyi ilə hədələyib.
Virtualaz.org saytı isə bir neçə gün əvvəl yazmışdı ki,  Fransanın Lans şəhərinin küçələrində H. Məmmədovun şəkli olan yüzlərlə plakat yapışdırılıb. Plakatlarda “Hafiz məni öldürdü” sözləri yazılıbmış.
Plakatların kimlər tərəfindən hazırlandığı və yayıldığı məlum olmasa da, belə görünüb ki, aksiya təşkilatçıları “Hafiz məni öldürdü” sözləri ilə azərbaycanlı oliqarxın “Lans” klubuna vəd etdiyi 18 milyon avro pulu vermədiyinə işarə ediblər.
H.Məmmədovun problemi yalnız əcnəbi futbol klubları ilə deyil. Onun prezidenti olduğu “Bakı” klubunda da ciddi problemlər yaşanır. Neçə aydır ki, işçilər və futbolçular maaş ala bilmirdilər. Klubda vəziyyət üsyan həddinə çatmışdı. H.Məmmədovun “Bakı”nı satışa çıxarması xəbərləri var idi. Son günlər klubdakı narazılıqlar bir qədər səngisə də, mövcud problemlərin köklü şəkildə həll olunmadığı bildirilir.
Bir qədər əvvəl isə “Bank of Azeribaijan” H.Məmmədovun əlindən alınıb və Bankın Müşahidə Şurasının sədrliyindən uzaqlaşdırılıb. “Hafka”nın prezidenti olduğu “Bağlan Group” şirkətinin vəziyyətinin ağır olduğu və bu şirkətin özünü müflis elan etməyə hazırlaşdığına dair xəbərlər də “Hafka” ilə bağlı yayılan əsas məlumatlar sırasındadır.
Baş verənlər onu göstərir ki, H.Məmmədov son vaxtlar dalbadal sarsıdıcı zərbələr alır və onu qüruba aparan yolda sükanı geri döndərmək imkanları getdikcə tükənir.
Qeyd edək ki, “Hafka” uzun illər nəqliyyat naziri Ziya Məmmədovun ortağı olub. Son vaxtlarda isə onların arasında ciddi problemlərin yarandığı və bizneslərini ayırdıqları bildirilir.
Mövzunu diqqətdə saxlayacağıq.

Previous Post

“Hafka”nın şok məhkəmə dosyesi mətbuata sızdırıldı – iddialar gerçəkmiş!

Next Post

QHT rəhbərləri Obamanın çıxışından ürəklənib

Bənzər yazılar

“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

12 Oktyabr 2026 - 18:19

Oktyabrın 13-də “Sabah” futbol klubunun Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunu ilə əlaqədar Milli Həmrəylik küçəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq...

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

12 Oktyabr 2026 - 17:57

İran İslam Respublikasının daxili işlər naziri İskəndər Momeninin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 12-də Azərbaycana səfərə gəlib. Elchi.az xəbər verir ki,...

Düyüdəki gizli təhlükə!

Düyüdəki gizli təhlükə!

12 Oktyabr 2026 - 17:45

Almaniyada 40 müxtəlif düyü məhsulu üzərində aparılan laboratoriya sınaqları, bir çox pəhrizin əsasını təşkil edən düyü ilə bağlı diqqətçəkən nəticələr...

Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36

Vəzifəyə gəldiyi gündən bəri ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini tez-tez tənqid edib və Ukrayna ilə bağlı sələfi...

Next Post

QHT rəhbərləri Obamanın çıxışından ürəklənib

QHT rəhbərləri Obamanın çıxışından ürəklənib

Son xəbərlər

“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Sabah”ın oyunu ilə əlaqədar 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

12 Oktyabr 2026 - 18:19
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb

12 Oktyabr 2026 - 17:57
Düyüdəki gizli təhlükə!

Düyüdəki gizli təhlükə!

12 Oktyabr 2026 - 17:45
Tramp ilə Zelenski arasında gərginlik artır

Tramp ilə Zelenski arasında gərginlik artır

12 Oktyabr 2026 - 17:36
Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiya tətbiq edir

Aİ Rusiyanın hərbi-sənaye kompleksinə qarşı təxminən 1600 yeni sanksiya tətbiq edir

12 Oktyabr 2026 - 17:28
Küləklə bağlı sarı xəbərdarlıq verilib

Küləklə bağlı sarı xəbərdarlıq verilib

12 Oktyabr 2026 - 17:17
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr 2026 - 17:09
Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

Çin xarici işlər naziri Van İ Azərbaycana səfər edəcək

12 Oktyabr 2026 - 16:57
Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

Azərbaycan ilə Slovakiya arasında məxfi məlumatın mübadiləsi həyata keçiriləcək

12 Oktyabr 2026 - 16:44
Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

Azərbaycanla Ukrayna hökumətləri arasında Protokol təsdiq edilib

12 Oktyabr 2026 - 16:32
Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

Azərbaycan və Kamboca əməkdaşlığı genişləndirir

12 Oktyabr 2026 - 16:24
DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər həbs edilib – VİDEO

12 Oktyabr 2026 - 13:55
“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

“Kəpəz” Azərbaycan çempionatlarında 300-cü qələbəsini qazanıb

12 Oktyabr 2026 - 12:29
Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

Zelenski Trampla münaqişə riski ilə üz-üzədir

12 Oktyabr 2026 - 12:15
“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

“Qalatasaray” – “Barselona” oyunu öncəsi 9 nəfər saxlanılıb

12 Oktyabr 2026 - 12:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.