"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT MANŞET

Qərb mətbuatı Azərbaycanın baş bankirinin gərgin “döyüşə” hazırlaşdığını yazır

24 Sentyabr 2014 - 11:20
in İQTİSADİYYAT MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

Gerhard Manqott: “Elman Rüstəmovu NABUCCO layihəsinin qurbanı da hesab etmək olar”
19819Azərbaycana Avstriya xarici işlər nazirinin səfəri gözlənilir. Bu səfər onun Cənubi Qafqaza səfəri çərçivəsində baş tutacaq. İlk baxışdan bu səfərdə Azərbaycan üçün qeyri-adi heç nə yoxdur. Nazir gələcək, Azərbaycan rəsmiləri ilə görüşəcək, hansısa müqavilələr imzalanacaq, iki dövlət arasında münasibətlərin inkişaf etdirilməsi barədə bəyanatlar veriləcək. Yəni standart bir prosedur. Amma əslində, diqqət çəkən digər məqamlar da var.
Artıq neçə müddətdir ki, Avstriya dedikdə Azərbaycanda bir sıra jurnalistlərin və ekspertlərin yadına Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun da adı hallanan qalmaqal düşür. Təsadüfi deyil ki, Qərb analitikləri avstriyalı məmurun Azərbaycan səfərinin daha çox pərdəarxası məqamlarına diqqət yetirməyi məsləhət görürlər. Onlar hesab edirlər ki, Bakı ilə Vyana arasında bu insident mütləq müzakirə ediləcək. Hələ ki, yerli ekspertlər 14 milyonluq rüşvət skandalı ilə bağlı Elman Rüstəmovun məsuliyyətə cəlb edilib-edilməyəcəyi barədə ehtimallar irəli sürürlər.
Qərb mətbuatı nə yazır?
Avstriya mətbuatının çox da dərin olmayan monitorinqi xeyli düşünməli nəticələrə gətirib çıxarır. Belə görünür ki, artıq bu məsələ nə Avstriya prokurorluğunu, nə məhkəmə orqanlarını, nə insidentdə adı hallanan digər şəxsləri – Avstriya Mərkəzi Bankının vitse-prezidenti Volfqanq Duçatzeki, Panamada qeydiyyatdan keçən “Venkoy” offşor şirkətinin rəhbərliyini, Avstriya Bankının törəmə şirkəti olan “OeBS” şirkətinin keçmiş baş direktoru Maykl Volfu və daha 9 əməkdaşını, maraqlandırır.
Əslində, məsələ elə də sadə deyil. Əgər həmin o Qərb mətbuatına inansaq, yuxarıda adı çəkilən insanlar həm azərbaycanlı məmura, həm Suriya Mərkəzi Bankının sədri Ədib Mayala, həm də bir çox Asiya, Afrika və Latın Amerikası ölkələrindəki kolleqalarına iri məbləğlər ödəyiblər ().
Məsələnin daha bir maraqlı cəhəti isə ödənilən məbləğlərin Qərb praktikasına görə rüşvət hesab edilməməsidir. Belə ki, Qərbdə artıq neçə onilliklərdir ki, “full economic costs” (tam iqtisadi xərclər) sistemi ilə belə pullar leqallaşdırılır. Bu sistemə görə, şirkətlər bu və ya digər müştəriyə məhz onları seçdiyi üçün mükafat, komissiya haqqı və digər yollarla əməliyyat üçün ayrılan pullardan müəyyən məbləği qaytarırlar.
Suriya ilə əlaqəli üzə çıxan məsələdə isə siyasi amil rol oynayıb. Avstriya müstəqil dövlət olsa belə, 1995-ci ildən Avropa İttifaqının üzvüdür və Aİ-yə görə, onun üzvləri geosiyasi cəhətdən Qərbə qarşı olan dövlətlərlə işləməməli, onlara kömək etməməlidirlər. Qərb hesab edir ki, qoy belə dövlətlərlə Moskva, Tehran və qismən də Pekin məşğul olsun.
Elman Rüstəmov –  NABUCCO qurbanı?
“Bizim Yol” əməkdaşı ilə söhbətində avstriyalı politoloq Gerhard Manqott bildirib ki, Suriya və digər ölkələrin Bank rəhbərliyindən fərqli olaraq, Elman Rüstəmovla bağlı məsələdə xeyli başqa problemlər var. Onun fikrincə, Elman Rüstəmov amilinin qabardılmasının başlıca səbəbi Avstriyanın NABUCCO layihəsinin reallaşması ilə bağlı ümidlərinin boşa çıxmasıdır.
Məlumdur ki, bu layihə təkcə Avropaya mavi yanacağın diversifikasiyasını həyata keçirməyəcəkdi, həm də Avstriyanı Avropada ikinci qazpaylayıcı ölkəyə çevirəcəkdi. Manqott hesab edir ki, Qərb bu qalmaqal vasitəsilə rəsmi Bakının əsəbləri ilə oynamağa çalışacaq.
Tanış xətt
Avstriyalı ekspertin dediklərində həqiqət var. Yəni zaman-zaman Qərb Azərbaycan hansısa istəyini əldə etmək üçün müxtəlif kombinasiyalar qurur. Hansısa məmura, yaxud proyektə yönəlik informasiya sızdırılır və bunun ətrafında hay-küy qaldırılır.
Məsələn, 2003-cü ildə Azərbaycanda  prezident seçkiləri ərəfəsində nüfuzlu “Financial Times” qəzeti məşhur “Minaret” kompaniyasının yaradıcısı Viktor Kojeninin adı ilə bağlı skandal yazı çap etdi. Guya ki, Kojeni SOCAR-ın özəlləşdirilməsi üçün Dövlət Əmlak Komitəsinin rəhbərliyinə 100 milyon dollar pul veribmiş. Sonradan bu skandal ətrafında hay-küy yatdı, amma belə açıqlamalar sonuncu olmadı. Sonuncu dəfə 2012-ci ildə Qərb mətbuatı Azərbaycanda “Eurovision”a hazırlıqla bağlı da süni qalmaqal yaratdı.
Adətən, belə “yağlı” yazıların sifarişçiləri “Global Witness” və ya “Justice Network” kimi beynəlxalq araşdırma mərkəzlərinin xidmətlərindən yararlanırlar. Təbii ki, onlara yaxşı pul verilir, əvəzində isə bir müddətdən sonra dünya ictimaiyyəti iri rəqəmlərin də iştirak etdiyi növbəti “sensasiya”nın şahidi olur. Bu tipli məlumatları yaymaqla Avropa bundan başqa cür istifadə edir: imkan düşən kimi bu “böyük günahlar” hədəfə aldıqları ölkənin rəsmilərinə bildirilir, onlar da loyallıq müqabilində müxtəlif beynəlxalq humanitar proyektlərə və Qərbə sərf edən digər aksiyalara iri məbləğdə pullar xərcləyirlər. Bu “ifşaların” məqsədi və mexanizmi bu qədər sadədir.
İttiham aktı 
Qərb mətbuatında bu mövzu ilə bağlı yazılara diqqət yetirsək, görərik ki, Elman Rüstəmov Avstriyanın “xeyir kisəsində” heç də ən qiymətli daş deyil. Həm də Avstriya hakimiyyətinin məqsədi – bu skandala görə özlərinin sudan quru çıxmaq cəhdləri – satisfaksiya şəklində xeyir almaqdır. Onların real məqsədi heç də hansısa Azərbaycan və ya Suriya məmurunun cəzalandırılmasına nail olmaqla həqiqətin və ədalətin bərqərar olması deyil.
Avropanın NABUCCO-ya məhəbbətinin kökündə Rusiyanın əsəbi ilə oynamaq faktoru da var idi. Və bu ərəfədə Avstriya və Azərbaycan əlaqələri xeyli inkişaf etdi. Əlaqələr o qədər ciddi idi ki, 2013-cü ildə ticarət dövriyyəsi 488 milyon 751,89 min dollara çatdı. Bu məbləğin 81,7 faizi (399 milyon 482,7 min dollar) Avstriyadan Azərbaycanın qış xizək kurortu olan Şahdağa lazım olan avadanlıqların alınmasına sərf olundu.
Sivil, sadə avropalı üçün Elman Rüstəmovun adı hallanan skandalda daha maraqlı bir cəhət vardı – Mərkəzi Bankın xüsusi silahlı nümayəndələrinin verilən məbləğin bir hissəsini, keçmiş dövrlərdə olduğu kimi nəqd şəkildə, diplomatlarla aparması…
Cinayət işində həm də Elman Rüstəmova verilən “otkatın” çox hissəsinin Panamada qeydiyyatdan keçən, yaşlı bir qadının adına olan “Venkoy” şirkətinin hesabına köçürülməsi barədə izahatlar da var. Avstriya prokurorluğunun ittiham aktında elə belə də yazılıb: məqsəd – Azərbaycandan gələn sifarişin mümkün qədər uzunmüddətli olmasına nail olmaq.
Bu o deməkdir ki, hələ Azərbaycan və Avstriya hökumətləri müqavilə imzalamamış, bank sektorundakı insanlar bir-biri ilə əlaqəyə girmiş və bütün əməliyyatı detallarına qədər planlaşdırmışdılar. Təbii ki, Xəzər sahilindən, onları məhz bu Avstriya şirkəti ilə işləməkdə maraqlandırmayana qədər cavab gəlməmişdi. Maraqlar konkretləşəndən sonra isə müqavilə də imzalandı.
Baş bankir döyüşə hazırlaşır
Elman Rüstəmovun bu əməliyyatda birbaşa günahkar olmasını sübut etmək çətin olacaq. Azərbaycanın baş bankiri bu tipli işlərdə böyük təcrübəyə malik beynəlxalq arenada məşhur olan vəkillər tutub. Bəzi ekspertlər isə bildirirlər ki, əslində, Azərbaycan hökumətinin özü məsələnin aydınlığa çıxmasına, hansısa qüvvələrin konkret fərdlərə bağlı qalmaqalları ümumilikdə hökumətə yönəltməsinin qarşısını almağa və yuxarıda qeyd etdiyimiz kimi, Qərb maliyyə dairələrinin əlinə əlavə təzyiq vasitəsi verməməyə çalışır.
Əslində, Qərbdəki maliyyə fırıldaqlarının maraqlı tərəfləri var. Orada Avropa düşüncəsi ictimai normaların konkret şəxslər tərəfindən pozulmasını mümkün sayır. Məsələn, Avropada bir bankir istedadlı təşkilatçı, ətrafına yaxşı mütəxəssislər yığan, böyük ambisiyaları hədəfləyən mahir fırıldaqçı ola bilər. Bu baxımdan, avropalıların ipin ucunu bir istiqamətdən digərinə çəkməsi heç kimi təəccübləndirməyəcək.
Ekspertlər hesab  edirlər ki, Elman Rüstəmova qarşı cinayət ittihamının irəli sürülməsi zaman məsələsidir. Bu aqibəti bəri başdan görən baş bankir özünə bahalı vəkillər tutub. Onlar startdadırlar və ittiham elan olunan kimi işə başlayacaqlar.  Bununla yanaşı, Azərbaycan hökumətinin də Elman Rüstəmovun arxasından çəkiləcəyini istisna edənlər də var. Amma bu yardım pərdəarxası olacaq və odur ki, bu situasiyada Elman Rüstəmov faktiki olaraq, özü-özünü Avropa femidası qarşısında tək müdafiə etməli, lazım gəlsə, ittihamların müəyyən hissəsini öz üzərinə götürməlidir. Odur ki, baş bankir Avstriya məhkəməsinin qərarını böyük narahatlıqla gözləyir.
P.S. Xatırladaq ki, Avstriya şirkətinin Azərbaycan üçün əskinaslar çap etməsi müqabilində Mərkəzi Bankın rəhbərliyinə rüşvət verməsi ilə bağlı cinayət işi iki il əvvəl açılıb. Bu məsələnin nəinki Avropa, hətta Azərbaycan mətbuatında da dəfələrlə işıqlandırılmasına baxmayaraq, Mərkəzi Bank hələ ki, bu məsələyə heç bir reaksiya bildirməyib.
P.P.S. Mövzu ilə bağlı Azərbaycan Mərkəzi Bankına rəsmi sorğu göndərmişik. Mövzunu gündəmdə saxlayacağıq.
Previous Post

Qərb mətbuatı Azərbaycanın baş bankirinin gərgin “döyüşə” hazırlaşdığını yazır

Next Post

Qubad İbadoğluyla bağlı ilginc müraciət – SİYAHI

Bənzər yazılar

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

Gürcüstan və Azərbaycan beynəlxalq yükdaşımalarında rəqəmsal icazə sisteminə keçib

20 İyul 2026 - 23:47

Gürcüstan və Azərbaycan beynəlxalq avtomobil yükdaşımaları üçün elektron icazələrin verilməsi və mübadiləsi prosesinə başlayıb. Elchi.az -ın məlumatına görə bu barədə...

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı gücləndirmək imkanları müzakirə edilib

17 İyun 2026 - 23:19

Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda İslam İnkişaf Bankı (IsDB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Uqanda İnkişaf Bankının...

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

Malayziya şirkətləri Azərbaycana investisiya qoymağa dəvət edilib

25 Fevral 2026 - 22:07

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə görüşüb. Səfirlikdən Elchi.az -...

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb

12 Fevral 2026 - 19:54

ABŞ 1 milyard dollardan çox dəyərində Venesuela nefti satıb. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt...

Next Post

Qubad İbadoğluyla bağlı ilginc müraciət - SİYAHI

Qubad İbadoğluyla bağlı ilginc müraciət - SİYAHI

Son xəbərlər

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

23 İyul 2026 - 18:34
ADY sərnişin daşınmasını 18% artırdı

ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb

23 İyul 2026 - 18:24
Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

23 İyul 2026 - 18:09
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

23 İyul 2026 - 17:59
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

23 İyul 2026 - 17:45
Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək

Sabah bütün müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödəniləcək

23 İyul 2026 - 17:37
“Barselona” yeni hücumçu aldı

“Barselona” yeni hücumçu aldı

23 İyul 2026 - 17:25
Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb

Dron hücumundan sonra İraq-Küveyt sərhədindəki keçid məntəqəsi bağlayıb

23 İyul 2026 - 17:16
Tramp husilərin gəmilərə hücumuna görə İranı hərbi cəza ilə hədələyib

Tramp husilərin gəmilərə hücumuna görə İranı hərbi cəza ilə hədələyib

23 İyul 2026 - 17:08
Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi

Tramp Ər-Riyadla mülki nüvə sazişində uranın zənginləşdirilməyəcəyini bildirdi

23 İyul 2026 - 16:56
Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

Zelenski yaxın günlərdə ABŞ-yə səfər edəcəyini bildirib

23 İyul 2026 - 16:49
Komandamız Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

Komandamız Avropa Universitet Oyunlarının yarımfinalına yüksəlib

23 İyul 2026 - 16:35
Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir – VİDEO

Mərdəkanda dənizdə batan 22 yaşlı oğlanın axtarışları davam etdirilir – VİDEO

23 İyul 2026 - 16:23
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir – FOTO – VİDEO

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir – FOTO – VİDEO

23 İyul 2026 - 16:12
Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib

Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması mövzusunda təlim keçirilib

23 İyul 2026 - 16:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.