"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Sevinc Babayevanın səs yazısı üzə çıxdı – ŞOK + AUDİO

22 Sentyabr 2014 - 11:23
in MANŞET
FacebookVatsap

“Yeni Müsavat” qəzetinin redaksiyasına “Mandat alveri” qalmaqalının əsas fiquru, 2012-ci il dekabrın 26-da İstanbulda dünyasını dəyişən Sevinc Babayevaya aid olduğu bildirilən səs yazısı daxil olub. Təxminən 7 dəqiqəlik səs yazısında S.Babayeva Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayev barədə danışır.

Bunu da oxuyun

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Səs yazısının S.Babayevanın Türkiyədə saxlandığı dönəmə aid olduğu bəlli olur. Belə ki, artıq qalmaqallı videonun yayılması, E.Abdullayevin də bəzi bəyanatları mediaya ötürməsinin izləri bu nitqdə özünü göstərir. Amma “Yeni Müsavat” təxmin edir ki, aşağıda sinxronunu oxuyacağınız səs yazısı S.Babayevanın baş vermiş hadisələr barədə söylədiyi böyük bir nitqin xırda parçasıdır. Çünki qəzetimizə göndərilən bu audioyazını dinləyərkən onun girişində, eləcə də sonrasında başqa hissələrin olduğu hiss edilir. Musavat.com sayıntda audioyazı da yerləşdirilib və diqqətli oxucu bu məqamı yəqin ki, tutacaq.

Səs yazısını dinləyərkən S.Babayevanın təngnəfəs olması, zaman-zaman tövşüməsi də sezilir. Bu, onun son günlərində ürək ağrılarından əziyyət çəkməsinin əlaməti kimi (bu barədə İstanbuldakı günlərində onun yanında olmuş şəxslər də qəzetimizə müsahibələrində danışmışdı-S.T) qəbul edilə bilər.

Beləliklə, S.Babayevanın səs yazısı aşağıdakı cümlə ilə başlanır: “Mən Babayeva Sevinc Telman qızı bu gün baş verən hadisələri olduğu kimi danışmaq istəyirəm. 2005-ci il, deputat seçkiləri idi…”

Bu cümlədən sonra səs yazısı kəsilir və ardınca aşağıdakı hissə səslənir. “Yeni Müsavat” şərhsiz, danışığı olduğu kimi oxucuların diqqətinə çatdırır:

“… Elşad Abdullayev yalandan danışır ki, mən qohumlarımdan pul yığdım. Hansı qohumlarından? Sənin bütün qohumların dilənçi idi. Sən ora gələnə qədər… Sonra hamınız birdən-birə pullaşdız, hamınız oldunuz professor. O yazır ki, mənim qardaşım Eldənizi zəhərləyiblər. İnanın Allaha, ekspertiza var, orda işləyən camaat var. Bu səhər gedib, sağ-salamat çatmasın, çatıb işə, axşam da bu hadisə olub. Bilirsinizmi niyə? Ona görə ki, bu adam tərbiyəsiz, alçaq, vicdansız, qansız idi. Bütün gün bunun otağında gəlinlər, qızlar, balaca-balaca qızlar olurdu. Həmişə də, məni bağışlayın, şalvarının qabağı açıq. Bu əxlaqsızlığının, qəddarlığının, vicdansızlığının, insanlardan pul yığmasının ucbatından hamının başına oyun açırdı. Elşad Abdullayev ondan bilirsiz necə qorxurdu? Özü bir dəfə mənə deyib ki, ”qardaşımın biri dilənçidir, biri sırtıqdır, biri dəlidir, biri də arvadbazdır – arvadbazı Mahir (itkin düşmüş MTN zabiti Mahir Abdullayevi nəzərdə tutur-S.T.) üçün deyirdi. Bunların arasında elə bir dənə mən yaxşıyam”. Deyirdi ki, “bəyəm 5 barmağın beşi də birdir? Belə olur da”. Bax, Abdullayev Elşad belə adam idi. Deməli, bu, Eldəniz haqda yalandan internetdə deyir ki, guya Eldənizi kimsə zəhərləyib. Bu, bir yalan. Onu heç kim zəhərləməyib. Allahın bəlasına gəlib. Allaha qurban olum, Allaha inanmayana lənət. Ona görə ki, o, günün günorta çağı Allahı söyürdü. Nəticədə onun başına bu iş gəldi, qurtula bilmir.

Qardaşı Mahir haqda da deyim. Bilirsiz, o, indi yalan danışır ki, mənim qardaşım KQB-nin işçisi, mayor, zabitdir. Quran haqqı, inanın Allaha, onun qardaşına bilirsiz hansı vəzifə yaraşırdı? Restoranlarda gəzmək, kafelərdə gəzmək, qızlarla… Çox gəzəyən idi. O qızla, bu qızla, orda-burda gəzirdi. 7 mühafizəçiylə gedib-gəlirdi. Onu necə oğurlaya bilərdilər, başına bu iş gələ bilərdi? Silahlı qoşunla gedib-gəlirdi e bu adam, diplomatlar da əllərində. Bunu necə oğurlaya bilərdilər, məhv edə bilərdilər? Bu, yalnız qardaşının yanına, Elşadın yanına tək, qoşunsuz gəlirdi. Deməli, Abdullayev Elşad özü qardaşının qətlini təşkil edib də. Yalan danışır axı bu. Bəhanə gətirir ki, guya Mətanət İsgəndərli… Mən, vallah, Mətanət İsgəndərlini tanımıram. Onun həyatında min dənə Mətanət İsgəndərli olub. Başa düşdüz? Min müğənni. Klip çəkdirib onlara. Puluyla da, puluna görə. Gedib konsertlərdə, restoranlarda oturub. Toylara dəvət edirdilər bunu. Dostlaşırdı müğənnilərlə. Bu, elə bil ki, müğənni olmalıymış. Kişi, qadın müğənnilərin sponsoru idi. İncəsənəti sevən adam idi. Xoşu gəlirdi bunun incəsənət adamlarından. Bütün incəsənət adamları onun otağına gəlib-gedib. Hamısı, hamısı…”

S.Babayeva daha sonra M.Abdullayev barədə daha bir neçə detal sadalayıb: “Bu indi yalan danışır ki, mənim qardaşım zabit idi, nə bilim.. İnanın Allaha, nə zabit? Mənim heç yadıma gəlmir ki, Abdullayev Mahir kostyumda, formada gəzsin. Səhər gəlirdi universitetə, axşam da çıxırdı. Nə zaman işə gedirdi? Haçan dərs deməyə gedirdi? Bu, haçan əməliyyata gedirdi? Heç kim bunu görmürdü. Haçan gedib ”KQB”-nin paltarını geyinib? Bu yalan danışır? Necə olub ki, bunun kimi başıboş, axmaq bir adamı ora qəbul ediblər… Mən şokdayam. Bunların anlayışları yoxdur e. Milli Təhlükəsizlik Nazirliyi, bu sistem haqda bunların anlayışları yoxdur e… Bu da bir yalan…”

“Mandat alveri” qalmaqalının mərhum qəhrəmanı daha sonra Azərbaycan Beynəlxalq Universitetində(ABU) baş vermiş bəzi qanunsuzluqlardan da danışıb: “Deyir, Sabir Hüseynov mənim dayımdır. Sabir Hüseynov rəhmətə getdi. Yazığın ürəyi partladı. Bilirsiz niyə? Oğlanları bunun yanında çalışırdılar. Biri Şamil, biri Kamil. Şamil bunun şoferi idi. Sabir Hüseynov da bunun yoldaşının dayısıdır. Həqiqətən dayısıdır. Kamil çox mədəni, ağıllı, tərbiyəli oğlan idi. Kamil bunun yanında köməkçi idi. Kamili Elşad özünün saxta diplomlarına görə özü öz əli ilə aparıb salmışdı Banditizm Terrorizmə (DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini nəzərdə tutur – S.T.). Yalandan deyir ki, guya Kamili də oğurlamışdılar, gedib 14 gündən sonra tapıblar. Ona bəyəm nə demişdilər ki orda? Demişdilər ki, camaatın pulunu, attestatını qaytarın. Bu da bir yalan.. Elşadın nəfəsi də yalandan gedib gəlir. Qoy o danışsın ki, buna görə neçə insan özünə qəsd edib, neçə insan evsiz-eşiksiz qalıb. Neçə adam boşanıb, neçə adam türməyə düşüb. Qadın-kişi – fərq eləməz. Heç biri fərq eləməz bunun üçün. Qoy o, əlini qoysun vicdanının üstünə. Əgər vicdanı varsa… O, düz eləyir bunları? Mən başa düşmürəm, o, Azərbaycanın çörəyini yeyib, necə gedib oturub Fransada Azərbaycanın dalıyca danışmaq olar? Hamını zibilə qatmaq olar? A, sən kişi döyülsən? Sən görürsən ki, səni aldadırlar da. Ay bədbəxt oğlu bədbəxt, ay qorxaq, ay yetimçə… Ay Allah, belə adama niyə ruzi-bərəkət verirsən axı? Sən özün-özünə cavab verə bilmirsən? Üstündən neçə il keçir, sən indi gedib ordan disklər göndərirsən yalandan? Onu-bunu şərə salırsan. Onun-bunun adını çəkirsən. Sən haranın… (təhqiramiz ifadə olduğu üçün ifadəni çıxarımışıq – (redaksiya). Niyə aldadırsan camaatı? İnan, onda belə bir mif var ki, o, insanların beyninə, ürəyinə girə bilir. Bütün gün falçılarla məşğul idi. O falçı, bu falçı… Gəzirdi onların evini. Bir dəfə mən buna demişəm ki, gəl qurtar. İki valideyn var, məni öldürür. Gəl, ya bunları qəbul elə, ya da tələbə biletini, zaçot kitabçasını verirsən, gedirlər. Deyir ki…”

Redaksiyamıza göndərilən səs yazısı burda kəsilir. Ümid edirik ki, S.Babayevanın ictimaiyyətə açıqlanmaq üçün hazırlanmış audoyazının növbəti hissəsi də tezliklə bizə göndəriləcək. Bəlkə bu halda “mandat alveri” qalmaqalının naməlum detalları cəmiyyətə bəlli olar.

Yazıda adları hallanan və hazırda həyatda olan hər bir şəxsin, o cümlədən Elşad Abdullayevin mövqeyini dərc etməyə hazırıq.

Previous Post

Sevinc Babayevanın səs yazısı üzə çıxdı – ŞOK + AUDİO

Next Post

Vəhhabilərə qarşı əməliyyat başlandı – Son dəqiqə

Bənzər yazılar

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

29 İyul 2026 - 16:00

Rusiya tarixi irsi, iqtisadi potensialı və öz tarixinə olan hörməti sayəsində misli görünməmiş sanksiya təzyiqinə uğurla sinə gərir. Elchi.az xəbər...

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

29 İyul 2026 - 11:38

Aparıcı Süni İntellekt və texnologiya şirkətlərinin 1000-dən çox yüksək vəzifəli işçisi və tədqiqatçısı ABŞ hökumətini təhlükəsizlik və nəzarət mexanizmlərinin inkişaf...

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

Tramp razılaşma olmasa İranın yerüstü nüvə obyektini məhv edəcəyini bildirib

28 İyul 2026 - 17:10

Amerika Prezidenti Donald Tramp İrandakı Nətənz yaxınlığında yerləşən və ABŞ-də "Kirka" adlandırılan Kolanq Qaz-La dağı altında gizlədilən ehtimal olunan yeni...

Zaxarova Zelenskinin yalanlarından danışdı

Zaxarova Zelenskinin yalanlarından danışdı

28 İyul 2026 - 16:00

"Ukrayna lideri Volodimir Zelenski hələ hakimiyyətə gəlməzdən əvvəl Ukraynadakı münaqişəyə son qoymaq barədə yalan danışmış ola bilər". Elchi.az xəbər verir...

Next Post

Vəhhabilərə qarşı əməliyyat başlandı – Son dəqiqə

Vəhhabilərə qarşı əməliyyat başlandı – Son dəqiqə

Son xəbərlər

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

Hərraclarda iştirak etmək istəyənlərin diqqətinə!

29 İyul 2026 - 19:16
Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

Qaz təchizatı obyektləri ilə bağlı mühüm qərar

29 İyul 2026 - 19:09
Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

Azərbaycan güləş üzrə U-17 dünya çempionatında növbəti medalını qazanıb

29 İyul 2026 - 18:57
Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

Əli Cavadlı Bakıda keçirilən U-17 dünya çempionatında gümüş medal qazandı

29 İyul 2026 - 18:50
Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

Boş qalan magistr yerlərinə əlavə qəbul keçiriləcək

29 İyul 2026 - 18:41
Qəzzada 60 mindən çox uşaq yetim qalıb

Qəzzada 60 mindən çox uşaq yetim qalıb

29 İyul 2026 - 18:36
DİM magistraturaya qəbulun nəticələrini elan etdi

DİM magistraturaya qəbulun nəticələrini elan etdi

29 İyul 2026 - 18:26
Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir – FOTO

29 İyul 2026 - 18:14
Liviya Rusiyaya öz ərazisində neft zavodu tikməyi təklif edir

Liviya Rusiyaya öz ərazisində neft zavodu tikməyi təklif edir

29 İyul 2026 - 18:00
Netanyahu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens ilə görüşüb

Netanyahu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens ilə görüşüb

29 İyul 2026 - 17:47
Sabah çimərliklərdə hava necə olacaq?

Sabah çimərliklərdə hava necə olacaq?

29 İyul 2026 - 17:35
İnfantino DÇ hüquqlarının satışı üçün FIFA üzvlərinə 40 milyon təklif etdi

İnfantino DÇ hüquqlarının satışı üçün FIFA üzvlərinə 40 milyon təklif etdi

29 İyul 2026 - 17:28
“SOCAR Polymer”in qeyri-neft sektoru üzrə ixracı azalıb

“SOCAR Polymer”in qeyri-neft sektoru üzrə ixracı azalıb

29 İyul 2026 - 17:19
Zelenski Trampdan qışa qədər Kiyevə 300 “Patriot” raketinin verilməsini xahiş edib

Zelenski Trampdan qışa qədər Kiyevə 300 “Patriot” raketinin verilməsini xahiş edib

29 İyul 2026 - 17:10
“Azərkosmos”un ixracında Birləşmiş Krallıq ilk sırada yer alıb

“Azərkosmos”un ixracında Birləşmiş Krallıq ilk sırada yer alıb

29 İyul 2026 - 16:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.