"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

ABŞ-da seksual manyakın öldürdüyü azərbaycanlı qızın ata-anası polisi günahlandırır

10 Sentyabr 2014 - 11:33
in CƏMİYYƏT
FacebookVatsap

ABŞ-ın Massaçusets ştatının Kuinsi şəhərində seksual manyak tərəfindən öldürüldüyü ehtimal edilən və cəsədi yoxa çıxan 23 yaşlı azərbaycanlı qızın valideynləri danışıb.

Bunu da oxuyun

Bağçalara qəbulda yeni növbələrin yaradılması dayandırılır

Jurnalistikaya qabiliyyət imtahanı sabah keçiriləcək

Səhiyyə Nazirliyi məlumat yaydı: İnanmayın!

abs_qizVirtualaz.org saytı xəbər verir ki, Evelin Vəlibəyovanın atası Artyom və anası Nərgiz Massaçusetsdə nəşr olunan “The Boston Globe” qəzetinin əməkdaşı, bu səs-küylü cinayət hadisəsini araşdıran Tomas Farragerlə skype vasitəsilə danışıblar.

Evelinin valideynləri deyirlər ki, Massaçusets polisi cinayətin üstünü isti izlərlə açmaq şansını əldən verib və Evelin yoxa çıxandan sonra onun axtarışı ilə lazımınca məşğul olmayıb.

Xatırladaq ki, Evelin Vəlibəyova bir neçə il əvvəl ABŞ-a köçüb, Kuinsi şəhərində restoranda işləyib və həmçinin restoran sahibinin uşaqlarına dayəlik edib. 2011-ci ilin iyul ayında o, yaşadığı mənzildən yoxa çıxıb. Polis mənzilə baxış keçirəndə xalçanın və döşəmənin qana bulaşdığını görüb, lakin qızın cəsədini indiyədək tapmaq mümkün olmayıb.

Yalnız bu yaxınlarda prokurorluq qızın qətli və cəsədinin yoxa çıxması cinayətinə görə əsas şübhəli şəxsi müəyyən edib. Bu, 1986-cı ildə 9 yaşlı qızı oğurlayaraq zorlayan və öldürən, 2006-cı ildə azadlığa çıxan Con Kastenqaudur.

Məlum olub ki, usta işləyən C.Kastenqau hadisədən əvvəl Vəlibəyovanın yaşadığı mənzildə təmir işləri görüb. O, mənzilin açarını əldə edərək qızın evdə tək olduğu vaxtda onu qətlə yetirib. Müstəntiqlər qızın yataq otağından C.Kastenqaunun bu cinayəti törətdiyini təsdiqləyən dəlillər aşkar ediblər.

Hazırda şərti azadlıqda olma qaydalarına əməl etmədiyi üçün həbsdə olan seksual manyak əvvəlcə cinayəti törətdiyini boynuna alıb, lakin daha sonra verdiyi ifadədən imtina edib və Vəlibəyovanı tanımadığını bildirib. Cəsəd tapılmadığından ona qarşı qətl ittihamı irəli sürmək problemlidir.

“The Boston Globe” yazır ki, Vəlibəyovanın Bakıda yaşayan atası və anası hələ də qızlarının sağ olduğuna ümidlərini üzməyiblər. Onlar ümid edirlər ki, qızları Evelin əvvəl-axır bu qaranlıq boşluqdan çıxacaq və yenidən onların həyatına geri qayıdacaq.

“Bir dəqiqə də olsun onu yaddan çıxara bilmirik. Qeyri-müəyyənlik bizi öldürür” – deyə Artyom Vəlibəyov emosional müsahibədə bildirib.

“Bizim bütün həyatımız baş-ayaq oldu. Hər gün dua edirik ki, kaş Evelin sağ olaydı” – bunu isə Evelinin anası Nərgiz deyir.

Seksual manyak ziddiyyətli ifadələr verir və ifadələrinin birində təsdiq edir ki, Vəlibəyovanın mənzilində yarım saatlıq xırda təmir işləri görüb və bir daha həmin mənzildə olmayıb.

Lakin qızın qonşusu polisə verdiyi ifadədə təsdiq edib ki, C.Kastenqau azı iki dəfə Vəlibəyovanın mənzilində olub və azərbaycanlı qız ona təmir işləri sifariş verdiyini danışıb.

Polis C.Kastenqaunun avtomobillərinə, mobil telefonuna, elektron poçtuna baxış keçirsə də Evelinin öldürülməsi və cəsədinin gizlədilməsinə dair hər hansı dəlil tapa bilməyib.

Yerli patrul polisi Con Morris isə deyib ki, o, manayakın bu qətli törətdiyinə və cəsədi gizlətdiyinə şübhə etmir.

“O, qızı qətlə yetirdikdən sonra cəsədini çox güman ki, zibil kisəsinə qoyub və mənzildən çıxarıb. Kastenqau usta olduğundan onun əlində zibil kisəsi aparması heç kimdə şübhə doğurmazdı” – deyə Morris bildirib.

Evelinin anası və yaxın dostları isə deyir ki, Kuinsi polisi qızın yoxa çıxmasından sonra onun axtarışlarına yetərincə diqqət ayırmadı.

“Bu işə heç məhəl qoymadılar və qiymətli vaxt itirildi” – deyə Nərgiz bildirir.

Kuinsi polisinin rəisi Pavel Kinnan isə deyir ki, onun əməkdaşları əllərindən gələni ediblər: “Biz ictimaiyyətin köməyinə ümid edirik, hazırda axtarışlar davam edir”.

Xatırladaq ki, virtualaz.org saytı Evelin Vəlibəyovanın öldürülməsi və cəsədinin yoxa çıxması cinayəti haqda “Boston Globe” qəzetinə istinadən yazandan sonra Azərbaycan XİN bu cinayət hadisəsinin araşdırılmasını nəzarətdə saxlamaq üçün Vaşinqtondakı səfirliyə göstəriş verib. Bu yaxınlarda Azərbaycanın Vaşinqtondakı səfirliyinin diplomatları Massaçusetsdə olaraq prokurorla görüşüblər. Səfirlik Azərbaycan vətəndaşının yoxa çıxması işini nəzarətdə saxlamaqdadır.

Previous Post

ABŞ-da seksual manyakın öldürdüyü azərbaycanlı qızın ata-anası polisi günahlandırır

Next Post

Gürcüstanın baş naziri Azərbaycana gəlir

Bənzər yazılar

Bağçalara qəbulda yeni növbələrin yaradılması dayandırılır

Bağçalara qəbulda yeni növbələrin yaradılması dayandırılır

03 Avqust 2026 - 13:14

5 avqust 2026-cı il tarixindən etibarən 2026-2027-ci tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədilə yeni növbələrin yaradılması prosesi...

Jurnalistikaya qabiliyyət imtahanı sabah keçiriləcək

Jurnalistikaya qabiliyyət imtahanı sabah keçiriləcək

03 Avqust 2026 - 12:53

Dövlət İmtahan Mərkəzi avqustun 4-də ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək....

Səhiyyə Nazirliyi məlumat yaydı: İnanmayın!

Səhiyyə Nazirliyi məlumat yaydı: İnanmayın!

03 Avqust 2026 - 12:44

Sosial şəbəkələrdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin (AEM) adından istifadə edilməklə vətəndaşları aldatmağa yönəlmiş saxta məlumatlar və sənədlər yayılır. Elchi.az...

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabahın hava proqnozu açıqlanıb

03 Avqust 2026 - 12:28

Sabah Azərbaycanda hava necə olacaq? Avqustun 4-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Next Post

Gürcüstanın baş naziri Azərbaycana gəlir

Gürcüstanın baş naziri Azərbaycana gəlir

Son xəbərlər

Bağçalara qəbulda yeni növbələrin yaradılması dayandırılır

Bağçalara qəbulda yeni növbələrin yaradılması dayandırılır

03 Avqust 2026 - 13:14
ABŞ-ın Ukraynaya hərbi yardımı beş dəfə AZALIB

ABŞ-ın Ukraynaya hərbi yardımı beş dəfə AZALIB

03 Avqust 2026 - 13:00
Jurnalistikaya qabiliyyət imtahanı sabah keçiriləcək

Jurnalistikaya qabiliyyət imtahanı sabah keçiriləcək

03 Avqust 2026 - 12:53
Səhiyyə Nazirliyi məlumat yaydı: İnanmayın!

Səhiyyə Nazirliyi məlumat yaydı: İnanmayın!

03 Avqust 2026 - 12:44
Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

Sabahın hava proqnozu açıqlanıb

03 Avqust 2026 - 12:28
Messi Argentina millisində karyerasını bu turnirdən sonra başa vuracaq

Messi Argentina millisində karyerasını bu turnirdən sonra başa vuracaq

03 Avqust 2026 - 12:25
Tədavülə yenilənmiş 100-lüklər buraxılır – Foto

ABA kartdan-karta köçürmələrdə limit məsələsinə aydınlıq gətirib

03 Avqust 2026 - 12:15
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib

03 Avqust 2026 - 12:07
La Liqa klubu “Mançester Siti”nin ulduzunu istəyir

La Liqa klubu “Mançester Siti”nin ulduzunu istəyir

03 Avqust 2026 - 11:57
İran Trampın ABŞ ilə danışıqlar barədə açıqlamasını təkzib edir

İran Trampın ABŞ ilə danışıqlar barədə açıqlamasını təkzib edir

03 Avqust 2026 - 11:41
Suqovuşanda mina partladı – Xəsarət alan var

Ağdərədə mina partlayıb, 2 nəfər xəsarət alıb

03 Avqust 2026 - 11:30
Avstraliyada quş qripindən ilk kütləvi quş tələfatı

Avstraliyada quş qripindən ilk kütləvi quş tələfatı

03 Avqust 2026 - 11:23
Mərakeşdən İspaniyaya keçməyə çalışan 88 miqrant ölüb

Mərakeşdən İspaniyaya keçməyə çalışan 88 miqrant ölüb

03 Avqust 2026 - 11:14
“Fənərbağça”nın sabiq qapıçısı İspaniyaya yollanır

“Fənərbağça”nın sabiq qapıçısı İspaniyaya yollanır

03 Avqust 2026 - 11:06
Tramp cəbhəsində İran böhranı! Ağ Evdə müharibə mübahisəsi

Tramp cəbhəsində İran böhranı! Ağ Evdə müharibə mübahisəsi

03 Avqust 2026 - 10:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.