"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Erməniləri neçə dəfə üstələyirik?

02 Sentyabr 2014 - 13:42
in İQTİSADİYYAT
FacebookVatsap

Avqustun 28-də Beyləqan rayonunda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanda iqtsiadi vəziyyətinimg1519823 ağır olması və insanların bu ölkəni tərk etdiyini bəyan etdi. Bir müddət öncə, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının yaydığı hesabatda qeyd edilir ki, iqtisadi inkişaf münaqişələrin həllində artıq əsas vasitəyə çevrilir. Müharibələrin xalqların iqtisadi inkişafına mənfi təsir etdiyini bir daha təsdiq edən təşkilat ekspertlərinin rəyinə əsasən, münaqişə zonalarındakı inkişaf problemin həlli üçün əsas baza rolunu oynaya bilər. Bu əslində, bir daha təsdiq edir ki, işğalçı siyasəti davam edənədək Ermənistanın sıxışdırılması siyasəti strateji əsaslandırılmış bir yanaşma idi.

Bunu da oxuyun

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

İqtisadçı-alim Vüqar Bayramov musavat.com -a bildirib ki, ittifaq dövründə uzun müddət Moskvanın maliyyə dəstəyindən faydalanan Ermənistanda iqtisadi-sosial durum keçmiş SSRİ dağılan zaman Azərbaycandan heç də ciddi fərqlənmirdi. O zaman müharibəyə iqtisadi baxımdan üstün mövqe ilə başlayan düşmən qonşumuz 22 il sonra məhz öz işğalçı siyasətinin nəticəsində regional inkişafdan geri qaldı.
Onun sözlərinə görə, sadəcə rəsmi rəqəmlərə istinad göstərir ki, Azərbaycanın dövlət gəlirləri düşmən qonşumuzun qazancından 10 dəfə çoxdur. Dövlət büdcəmizin gəlirləri 25 milyard dollara çatdığı halda bu göstərici Ermənistanda cəmi 2.5 milyard dollardır. Kiçik büdcəyə malik olan Ermənistan il ərzində hərbi məqsədlə 451 milyon dollar xərcləyir. İllik 2.1 milyard dollar müdafiə xərcinə malik olan Azərbaycan bu kateqoriya üzrə düşmən ölkəni 5 dəfəyə yaxın üstələyir.
Digər tərəfdən, Ermənistan ümumi büdcə xərclərinin 20 faizini hərbi sektora ayırmaqla,  Avropa Birliyinin bu xərclərin büdcədəki payı ilə bağlı standartlarına məhəl qoymasa da Azərbaycan müdafiə xərclərinin dəyər ifadəsində çox olmasına baxmayaraq bu xərc maddəsinin ümumi büdcə xərclərində payı 8 faizə yaxındır. Bu baxımdan, hərbi xərclərinin dəyər ifadəsində Azərbaycana kəskin uduzan Ermənistan əslində hərbi xərclər ilə bağlı Avropa faiz kvotasına məhəl qoymasa da reallıq bundan ibarətdir ki, ölkəmizin müdafiə xərcləri təxminən düşmən qonşumuzun ümümi büdcəsi həcmindədir.
Vüqar Bayramov deyib ki, 10 milyard dollar Ümumi Daxili Məhsula malik olan  Ermənistanda iqtisadiyyatın formalaşmasına lobbi yardımları və ianələr xüsusi rol oynadığı üçün bu düşmən ölkənin iqtisadi inkişafı üçün dayanıqlı zəmin yaratmır.
74 milyard dollar ÜDM-ə malik olan ölkəmizin iqtisadi potensialı düşmən ölkə ilə müqayisədə 7.4 dəfə çoxdur. Praktik olaraq, dövlət gəlirlərində ciddi müqayisəli üstünlüyə malik olan Azərbaycan iqtsiadiyyatı miqyasına görə də düşmən ölkəni kəskin üstələyir.
Vüqar Bayramov əlavə edib ki, Ermənistan iqtisadiyyatı ilə bağlı digər diqqəti çəkən məqam iqtisadi artımın real olmamasıdır. Belə ki, ötən ilin yekunlarında 3.5 faiz iqtisadi artıma malik olan işğalçı ölkədə infliyasiya səviyyəsi 5.9 faiz olub. Bu isə o deməkdir ki, inflyasiya iqtisadi artımı 60 faiz istəliyib və bu da artım real deyil nominal olmasına gətirib çıxarıb. Qeyd edək ki, 2013-cü ildə ölkəmizdə iqtisadi artım 5.8, inflyasiya səviyyəsi isə 2.4 faiz olub.
Onun sözlərinə görə, Ermənistan yoxsulluq səviyyəsinə görə, MDB ölkələri arasında ən pis göstəriciyə malik olan dövlətlərdəndir. Bu ölkənin Milli Statistika Komitəsinin məlumatına görə, ölkə əhalisinin 32.4 faizi yoxsulluq həddində yaşayır. Ermənistan Mərkəzi Bankının hesablamalarına görə isə, təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır.
Rəsmi statistikada ölkə əhalisinin 32.4 faizinin yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına əsasən bu göstərici 48 faizə bərabərdir. Hətta rəsmi statistika belə Ermənistanda hər 4 nəfərindən 1-nin yoxsul həddə yaşadığını göstərir.
Digər tərəfdən, söhbət sadəcə Dünya Bankının qiymətləndirmələrinə əsasən gündəlik gəliri 2 dollardan az olan insanlardan gedir. Halbuki, BMT-nin son metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər verir. Azərbaycan Statistika Komitəsinin məlumatına görə, ölkəmizdə yoxsulluq səviyyəsi 5.7 faizdir. Bu isə ondan xəbər verir ki, yoxsulluq səviyyəsinə görə, ölkəmizdə vəziyyət mənfur qonuşumuz ilə müqayisədə ən azı 7 dəfə yaxşıdır.
Vüqar Bayramov deyib ki, Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə işsizlik səviyyəsi 17.9 faizdir. Beynəlxalq hesabatlarda isə bu göstərivi 36 faizə yaxın göstərirlir. Həm rəsmi, həm də beynəlxalq hesabatlar sözügedən ölkədə işsizliyin əsas sosial problemlərdən olduğunu göstərir.
İşsizlik problemi eyni zamanda Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda özünü göstərir. Bu isə düşmən ölkədə demoqrafik vəziyyətin heç də yaxşı olmadığından xəbər verir. Göründüyü kimi, Ermənistan hakmiyyəti bu ölkə üçün heç də yaxşı vəziyyətə gətirib çıxarmayıb: xarici borc asıllığı artır, yoxulluq dərinləşir, insanlar iş tapa bilmir.
Müqayisə üçün qeyd edək ki, ölkəmizdə işsizlik səviyyəsi cəmi 5.2 faizdir.Yoxsulluq əhalinin Ermənistanı tərk etməsinə və eləcə də təbii artımın səviyyəsinin neqativ olmasına gətirib çıxarıb. Ermənistan Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ölkədə təbii artım mənfi 6 faizdir. Deməli, əhalidə artım deyil, azalma və qocalma müşahidə edilir. Qeyd edək ki, ölkəmizdə təbii artım 13 faizdir.
İqtisadçı alim onu da deyib ki, Ermənistanın xarıcı borcu artıq 6 milyard dollara çatıb və ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir. 2013-cü ildə sözügedən ölkədə ÜDM-də artım 3.5 faiz olduğu halda xarici borc 5 faizdən çox artıb.  Bu ölkənin xarici borcunun 85.2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətin xarici asıllığının daha da dərinləşməsinə gətirib çıxarır.
Azərbaycanın xarici borc məbləğində diqqəti çəkən əsas müsbət məqam ondan ibarətdir ki, ölkə xarici borcun Ümumi Daxili Məhsuldakı payına görə, MDB-də ən yaxşı göstəriciyə malikdir.  Belə ki, bu göstərici Azərbaycanda 8.2 faiz olmaqla regionda bu sahədə ən yaxşı mövqeyı malik olan Özbəkistan (11,2 faiz) və Rusiyanı (14.1 faiz) qabaqlayır. Ermənistan isə MDB-də ən pis göstəriciyə malik ölkələrdən hesab edilir.
Previous Post

Erməniləri neçə dəfə üstələyirik?

Next Post

Ukrayna hərbçiləri mühasirəni yara bildilər

Bənzər yazılar

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməyib. Elchi.az xəbər...

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20

Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Elchi.az xəbər verir ki, bu barədə...

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

06 Oktyabr 2026 - 16:38

“Azərkosmos” Maskatda keçirilən və kosmik sektorun nümayəndələrini bir araya gətirən “Oman Space Conference 2026” konfransında iştirak edib. Elchi.az xəbər verir...

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb

06 Oktyabr 2026 - 12:10

“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb. Elchi.az xəbər verir ki, qanun layihəsi sabah Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirəyə...

Next Post

Ukrayna hərbçiləri mühasirəni yara bildilər

Ukrayna hərbçiləri mühasirəni yara bildilər

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.