Ukraynanın Donetsk vilayətinin Artyomovsk şəhərində Ukrayna Antiterror qüvvələri Rusiya meylli separatçıların
liderlərindən biri Semyon Xodakovskini saxlayıb.
ANS PRESS-in məlumatına görə, bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya mərkəzinin spikeri Andrey Lısenko bildirib.
“Semyon Xodakovski şəhər şurasına hücumda və onun zəbt edilməsində iştirak edib. Saxlanılarkən yaralanıb. Hazırda terrorçu ifadə verir. Müəyyən olunub ki, “Donetsk Xalq Respublikası”nın quldur dəstələrindən birinin lideri olub, xarici legionda uzun müddət xidmət edib və böyük hərbi təcrübəyə malikdir”, – deyə Lısenko bildirib.
Qeyd edək ki, Xodakovski “Boeing 777” təyyarəsinin vurulmasında adı hallanan şəxslərdən biridir.
Reuters agentliyinə verdiyi müsahibədə Xodakovski üsyançıların arsenalında həqiqətən “Buk” kompleksinin olduğunu bildirmişdi.
O həmçinin qeyd etmişdi ki, ola bilər ki, sistem Rusiyadan gətirilib və sonra geri göndərilib.

Xəzər rayonunda son istifadə tarixi dəyişdirilmiş 49 mindən çox içki məhsulu müsadirə olunub
Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin qarajında (anbar kimi istifadə olunur) plandankənar...



















Son şərhlər