"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ŞOU

“Atam dedi ki, bu barədə danışsan, səni öldürərəm” – FOTOLAR

18 Avqust 2014 - 23:12
in ŞOU
FacebookVatsap

“Ulduzlu axşam”da həmsöhbətim gənc xanəndə İlkin Əhmədovdur. Sənət aləminə Muğampublika.az1408346919unnamed (11) müsabiqəsindən qədəm qoyub.

Bunu da oxuyun

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Beyons milyarder statusu qazanıb

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

 

Az bir zaman ərzində sevilən xanəndə ilə həm sənətdən, həm də şəxsi həyatından danışdıq. Sən demə, atası İlkinə şəxsi həyatı ilə bağlı danışmağa yasaq qoyubmuş. Səbəbini özü danışacaq.

 

“Mənə baxıb lağ edirdilər ki, buna bax e…”

 

– İlkin, yeniyetmə  vaxtlarında ağlına gələrdimi ki, vaxt gələcək, gənc muğam ifaçılarına belə diqqət və qayğının şahidi olacaqsan?

– İçimdə bir ümid vardı. Doğrudan da, yaxşı xatırladınız. Vaxt vardı, nəinki muğama, elə aşıq musiqisinə də dırnaqarası baxırdılar. Söhbət 1990-cı illərin axırından gedir. Özüm şahidəm ki, əlimdə qaval yolda gedəndə utanırdım. Çünki mənə baxıb lağ edirdilər ki, buna bax e, muğam oxuyandır. Özü də bizə “narodnik” deyirdilər. İndi şükürlər olsun ki, vaxtilə bizə lağ edənlərə biz yuxarıdan aşağı baxırıq. Özü də bizə lağ edən adamlar sənəti olmayan, amma müxtəlif yollarla efirə ayaq açan estrada müğənniləri idi. Əlbəttə, bu, hamısına aid deyil. Onların içərisində çox layiqli, sanballı sənətkarlar da var. Sözümün canı budur ki, bu gün bizim sanballı el şənliklərimiz muğamsız ötüşmür. Muğam məclislərin bəzəyidir.

 

 

“Gərək biz xanəndələr də toy bazarımızı öldürməyək”

 

– Toylara gedirsənmi?

– Çox gedirəm.

– Amma etiraf edək ki, toy bazarında estrada müğənniləri ilə xanəndələrə fərq qoyulur. Estrada sənətçilərinin qazancı sizlərdən çox olur…

– Artıq bu fərq aradan qalxır. İfaçıların özlərindən də çox şey asılıdır. Gərək bir-birini ayağa verməsinlər. Estrada müğənniləri bir-birinə çox dəstəkdir. Heç vaxt bazarlarını öldürmürlər. Gərək biz xanəndələr də toy bazarımızı öldürməyək.

 
“Ruhuma yaxın olmayan mahnını heç vaxt oxumaram”

 

– Toyda elə bir məqam olubmu ki, xoşlamadığın mahnı sifariş veriblər, oxumaqdan imtina etmisən?

– O qədər… 4-5 ilin söhbətidir, Şirvanda bir toydaydım. Bir nəfər gəldi ki, al bu 10 manatı, bir dənə “Sarı gəlin”i oxu.  Mən başladım bu “Sarı gəlin”i oxumağa. Mahnı qurtarhaqurtarda oğlan aşa-aşa gəldi ki, bəs, noldu, niyə oxumursan “Sarı gəlin”i. Nə isə, ikinci dəfə başladım oxumağa. Mahnını yarımçıq kəsdi və mən heç nə başa düşmədim. Toyda xanım ifaçılar da vardı. Gəldilər ki, İlkin müəllim, bunun istədiyi “Sarı gəlin” başqadır, qoy biz oxuyaq, sizlik deyil. Sən demə, oğlan “Bir aləmsən, sarı gəlin” mahnısını istəyibmiş. Baxdım, baxdım, başımı buladım. Pis mahnı deyil e, amma olmaz axı, “Sarı gəlin” adlı xalq mahnımız var axı. Bunun adını qoy nə bilim “Şirin gəlin”, “Gözəl gəlin”… Ümumiyyətlə, ruhuma yaxın olmayan mahnını heç vaxt oxumaram.

 

“Məni qalmaqala çəkənlər olub, amma…”

 

– Hansı estrada müğənnisi ilə duet oxumaq istərdin?

– Təkliflər çox gəlib. Özü də gözəl ifaçılar tərəfindən. Niyə də olmasın ki? Amma ad çəkmək istəmirəm.

– Yaxşı onda sualı belə qoyaq: bəyəndiyin estrada müğənnilərindən kimlərin ifasını dinləyirsən?

– İlqar Muradov, Elnarə Xəlilova, Nadir Qafarzadə, Röyaya qulaq asıram. Röyanın səsi Allah tərəfindən verilən bir səsdir. Ürəklə qulaq asıram onun mahnılarına. Nadirin ifasında gözəl klassik mahnılar var ki, çox gözəldir.  Bu yaxınlarda Əbülfət Əliyevin repertuarından bir mahnı oxudu, inan ki, hayıl-mayıl oldum.

– Qalmaqalda olduğun həmkarın var?

– Qətiyyən. Heç mənim qalmaqal etməyə vaxtım da olmur.

– Səni heç qalmaqala çəkən olur?

– Çox olub. Ad çəkmək istəmirəm. Həm estrada, həm də muğam ifaçıları arasında məni qalmaqala çəkənlər olub. Amma baş qoşmamışam.

 

“Xanəndə çəkisini nəzarətdə saxlamalıdır”
– Xanəndəsən, özünə, geyiminə nəzarət edirsənmi? Məsələn, bir neçə dəfə olub ki, xanəndə həmkarların idman geyimində olduqlarından şəkillərini çəkməyə qoymayıblar…

– Nəzarət mütləq olmalıdır – istər geyimə, istər danışığına.  İdman geyiminə pis baxmıram e, geyin, çıx gəz, idman elə… Hətta xanəndə xarici görünüşünə belə nəzarət etməlidir.  Bir ara mən çəki almışdım, bu, məni çox narahat edirdi. Gərək efirə yaraşasan. Belə olan halda, xanəndə idman etməlidir, çəkisini nəzarətdə saxlamalıdır.

– Belə başa düşdüm ki, qarderobun yalnız klassik kostyumlardan ibarətdir…

– Yox, bərabərdir. Bir tərəfində də  idman geyimləri var. İdman geyimlərini gəzinti, idman məqsədi ilə geyinirəm. Geyinib gedirəm rayonlara.

 

“Bahalı şeyə pul xərcləmirəm”

 

– Maraqlıdır, israfçısan?

– Səmərəsiz yerə pul xərcləmirəm. Bahalı şeyə pul xərcləmirəm. Ən ürəklə elədiyim bazarlıq evə etdiyim bazarlıqdır. Harasa qonaq gedəndə anam dava edir ki, qoy mən bazarlıq edim. Razı olmuram, çünki getdiyim yerə layiqli bazarlıq etməyi xoşlayıram.

– Pulunu ən çox nəyə xərcləyirsən?

– Geyimə də xərcləyirəm.

– Geyimdə hansı elementi daha çox sevirsən?

– Aksessuarlardan saatı xoşlayıram. Bax bu qolumdakı saatı Kaliforniya ştatından almışam. Çox önəm verirəm saata. Üzük, qolbaq, zəncir – bunları qəti taxmaram. Geyimlərdən də kostyumlar, əynimə kip oturan köynəklər və kobud olmayan ayaqqabıları çox xoşlayıram.

 

“Atam mənə qadağa qoyub”

 

– Qarderobunda ən bahalı geyimin qiyməti neçəyədir?

– Ən bahalı kostyumumu 500 manata almışam. Dönə-dönə üzr istəyirəm, ən ucuz şalvarımın qiyməti də 50 manatdır.

 

– Şəxsi sual vermək istəyirəm…

– Yox, yox, vermə, heç vaxt şəxsi sualları cavablandırmamışam. Atam da mənə qadağa qoyub. Atam deyir ki, sənətindən nə vaxt nə qədər istəyirsən danış. Amma ailən barədə nəbadə bir kəlmə danışasan. Hətta o mənə deyib ki, ailən barədə danışsan, səni öldürərəm.

– Atan sənə qadağa qoyub, demək?

– Bəli, ailə müəyyən yaşa qədər bağlı qalmalıdır.

– Bu yaşında da atan sənə qadağa qoyur?

– Bəli, ölənə qədər də bu qadağa olacaq. Çünki atam mənim hökmdarımdır, ağsaqqalımdır, məni istiqamətləndirən mayakımdır. Atam qaraqabaq, sərt adam deyil, ziyalı, şən, ailəsini sevən insandır. Amma yeri gələndə kəskin və konkret sözünü deyən adamdır.

 

“İçkidən uzaq adamam”

 

– Sözünüzün üst-üstə düşmədiyi vaxtlar olubmu, orada susmusan, atanın sözü keçib?

– Çox olub, amma üstünə getməmişəm. Yeniyetmə vaxtlarımda olub ki, mənə qadağa qoyub, amma mən eləmişəm o hərəkəti, əvəzində ziyan çəkmişəm.

– Əl qaldırıb sənə?

– Heç vaxt atam ailədə heç birimizə əl qaldırmayıb.

– Daha başqa nəyə qadağa qoyub atan, bəlkə, içkiyə?

– Şükürlər olsun ki, siqaretdən, içkidən uzaq adamam.

 

Cəvahir Səlimqızı
Foto:Elçin Murad

 

 

Previous Post

“Atam dedi ki, bu barədə danışsan, səni öldürərəm” – FOTOLAR

Next Post

ABŞ hərbi gəmisi Batumidə

Bənzər yazılar

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

Muazzez Ersoydan Epşteyn iddialarına cavab

13 Fevral 2026 - 02:36

Tanınmış sənətçi Muazzez Ersoy illər öncə yaşlanmamaqla bağlı zarafatla işlətdiyi "sehrli hovuz tapacağam" ifadəsinin ABŞ-li milyarder Ceffri Epşteynin cinayət işi...

Beyons milyarder statusu qazanıb

Beyons milyarder statusu qazanıb

29 Dekabr 2025 - 18:13

Amerikalı müğənni Beyons (tam adı Beyons Giselle Knowles-Carter) Forbes siyahısında milyard dollarlıq gəliri keçən beşinci musiqiçi oldu. Elchi.az xəbər verir...

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

Kıvanç Tatlıtuğun oğlu Kurt Efe idman edərkən gündəm oldu

19 Dekabr 2025 - 17:26

Kıvanç Tatlıtuğ və Başak Dizer Cütlüyünün Ailə Həyatı Kıvanç Tatlıtuğun oğlu Kurt Efe - Stilist Başak Dizer ilə aktyor Kıvanç Tatlıtuğ yeddi il öncə...

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

Bülənt Ərsoya mərmər çanta bağışlandı – FOTO

02 Oktyabr 2023 - 19:51

Türk klassik musiqisinin divası Bülənt Ərsoy dəbdəbəli səhnə geyimləri, zinət əşyaları və qeyri adi tərzi ilə tez-tez gündəmi zəbt edir....

Next Post

ABŞ hərbi gəmisi Batumidə

ABŞ hərbi gəmisi Batumidə

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.