Şabran rayonunun polis əməkdaşları Taxtalar kəndinin ərazisində un kisəsinə qoyulmuş silah-sursat tapıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu haqda Şabran rayonunun polis rəisi Əli Mərdanov xəbər verib.
Onun sözlərinə görə Şabran DYP-nin rəisi Söhbət Talıbov ərazidən keçərkən kisəni görüb və bu barədə polisə məlumat verib.
Hadisə yerinə gələn Şabran polisi kisənin içindən bir ədəd AKS avtomatı və ona məxsus 3 maqazin tapıb.
Kisədə həmçinin 157 güllə aşkar edilib.
Hazırda Şabran polisi un kisəsinin kim tərəfindən bura atıldığını və tapılan avtomatın hər hansı bir cinayət işində istifadə olunub olunmadığını araşdırır.



















Son şərhlər