"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Təhlükəli çimərliklərdəki obyektlər bağlana bilər

21 İyul 2014 - 09:23
in GÜNDƏM
FacebookVatsap

İstirahət mərkəzlərinə ciddi xəbərdarlıq edilib; sahil və dəniz suyunu təmizləməyən obyektlərinimg1607477 fəaliyyəti dayandırılacaq…

Bunu da oxuyun

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN

Bakıda təhlükəli elan olunan çimərliklər bağlana bilər. Bu barədə “Yeni Müsavat”a Şıx çimrəliyində yerləşənən istirahət mərkəzlərinin birindən məlumat verilib. Məlumata görə, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılmış monitorinqin nəticəsi olaraq çimərliklərdə yerləşən istirahət mərkəzlərinin qarşısında tələb qoyulub.

Həmin tələbə əsasən, istirahət mərkəzləri çimərlik kimi istifadə etdiyi əraziləri, qumu, dəniz suyunu mütəmadi olaraq təmizləməli, ərazidə sanitariya qaydalara əməl etməlidir. İstirahət mərkəzlərinə bildirilib ki, bu tələbələrə cavab verməyən istirahət mərkəzləri haqqında ciddi ölçü götürüləcək. Dəfələrlə edilən xəbərdarlığa baxmayaraq, nəticə çıxarmayan obyektlərin fəaliyyəti dayandırılacaq. Mövzu ilə əlaqədar ötən gün Bakının Şıx çimərliyində yerləşən istirahət mərkəzlərinin bir neçəsinə baş çəkib, ordakı vəziyyəti öyrnəməyə çalışdıq.
“Azca sərt tələblər qoyanda müştəri qaçır”
Şıx çimərliyində yeləşən “Min bir gecə” istirahət mərkəzi bu yay mövsümünü durğunluq içərisində keçirir. Səbəblər içərisində havaların qeyri-sabit keçməsi olsa da, obyekt sahibləri bunun əsl səbəbini bu il istirahət üçün xaricə gedənlərin çox olduğu ilə əlaqələndirdilər. İstirahət mərkəzinin Hüseyn adlı administratorunun sözlərinə görə, bu il turizm şirkətlərinin təklif etdikləri müxtəlif  endirim kampaniyaları böyük marağa səbəb olub: “Turizm şirkətləri Türkiyə və Gürcüstana həftəlik tur paketləri 200-600 manat arası təklif edir. Bu da kifayyət qədər normal qiymətlərdir. Bu qiymətə Azərbaycanda bir həftə istirahət etmək çox çətindir. Bu, bizdən asılı deyil. İstirahət mərkəzləri arasında rəqabət mühitinin formalaşmasına heç cürə imkan vermirlər. Vergini günü-gündən artırırlar. Məcbur olub biz də xidmətlərin qiymətini qaldırırıq. Çünki burda yüzlərlə işçi işləyir. Bəs onların maaşını necə verək?”.
İstirahət mərkəzinin administratoru qeyd etdi ki, qiymətə uyğun xidmətləri də yaxşılaşdırırlar: “Əvvəllər giriş üçün qapıda adambaşı 3 manat ödəyib içəri girən müştərilər, çardaq, duş kimi xidmətlərə görə əlavə pul ödəyirdilər. Amma indi bu xidmətlər pulsuzdur. Maşınla istirahət mərkəzinə girmək istəyənlər isə 5 manat ödəməlidirlər. Ödənilən pulun müqabilində müştərilərə çek ödənilir. Həmin çek vasitəsi ilə onlar istirahət mərkəzindəki xidmətlərdən yararlana bilirlər.  Burada stolların qiyməti 5-10 manat arası dəyişir. Müştərilər özləri ilə yemək gətiriblərsə stolları 10 manata kirayələyə bilərlər. İstirahət mərkəzində restoran da fəaliyyət göstərir”.
Təmizlik barədə danışan Hüseyn vurğuladı ki, hələlik təmizlik işlərini istənilən qaydada həyata keçirə bilmirlər: “Əsas problem insanlara nəzarət etməkdir. Hər saat elan edirik ki, zibilləri zibil yeşiyinə atın. Amma mütərilər tez-tez gəlib bizə şikayət edir ki, dənizdə üzərkən sellofan, boş su qabları, qida qalıqlarına rast gəlirlər. Onları dənizə biz atmırıq. İnsanlar bir-birlərinə nəzarət etməlidir. Kimsə görsə ki, yanındakı yerə və ya dənizə nəsə atır, ona mane olmalıdır. Onsuz da biz səhər və axşam saatlarında kompelks təmizlik işləri aparırıq”.
“Təmirdən çıxan ”Dostluq”da müştəri qıtlığı”
Təmirdən çıxan “Dostluq”dan isə bildirdilər ki, Şıx çimərliyindəki digər istirahət tmərkəzləri kimi onlar da müştəri sarıdan qıtlıq çəkirlər. “Dostluq”un baş administratoru Əli vurğuladı ki, suyun və sahilin təmizlənməsi ilə bağlı onlara da ciddi xəbərdalıq edilib: “Yaxın günlərdə xaricdən xüsusi aparat gətizdirəcəyik. Həmin aparatlar vasitəsi ilə hər 4 saatdan bir həm dəniz suyu, həm də sahildəki qum təmizlənəcək. Keçən dəfə nazirlik yoxlama apardı. Ciddi nöqsanlar aşkarlandı. Bizə sərt xəbərdarlıq edildi ki, qısa müddətdə həmin nöqsanlar aradan qalxmasa  istirahət mərkəzinin fəaliyyəti dayandırılacaq”.
İstirahət üçün bu məkanı seçən paytaxt sakini Xalid Məmmədov qeyd etdi ki, son günlər gilavar küləyinin əsməsi suyu nisbətən təmizləyib: “Xəzri əsəndə nə zir-zibil varsa sahilə vurur. Suya girməyə ehtiyyat edirsən. Keçən dəfə Hövsan çimərliiyində idim. Çimdiyim yerdə gördüm ki, suda qara rəngdə böyük nəsə var. Elə bildim kimsə boğulub cəsədi sahilə çıxıb. Polis çağırdıq, məlum oldu ki, gördüyüm suiti cəsədidir”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumatda deyilirdi ki, nazirlik Abşeron yarımadasının kanalizasiya şəbəkəsi olmayan Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı qəsəbələrinin sahil zolağında və “Amburan” çimərliyi ərazisində, eləcə də Novxanı və Corat bağlarının sahil boyu ərazilərində beynəlxalq standartlara cavab verən 17 ədəd modul tipli çirkab su təmizləyici qurğu quraşdırıb və Azərbaycan Xəzəryanı dövlətlər arasında dənizin və onun akvatoriyasının çirklənmədən qorunması üzrə kompleks tədbirlər həyata keçirən yeganə ölkədir.
Qeyd olunub ki, nazirlik tərəfindən modul tipli çirkab su təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə aparılan monitorinqin nəticələrinə görə, 2007-ci illə müqayisədə mikrobioloji baxımdan çirklənmənin qarşısı alınıb. Artıq Abşeron yarımadasının şimal zonasındakı ərazilərdən dənizə axıdılan tullantı suları idarə olunur. Belə ki, təmizləyici qurğuların istismarı müddətində dənizdə mikrobioloji baxımdan çirklənmənin dərəcəsi tədricən azalmağa başlayıb, son illər ərzində qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen bakteriya olan Escherichia coli-nin (E.coli) miqdarı minimum həddə çatıb. Aparılan tədqiqatların nəticələrinə görə, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan və Hövsan çimərliklərində çirklənmə dərəcəsi artıq norma daxilindədir.
Bildirilirdi ki, lakin belə qurğuların quraşdırılmadığı məntəqələrdə ötən il olduğu kimi (Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazilərində), bu il də mikrobioloji baxımdan çirklənmə qeydə alınıb. Bu ərazilərdə böyük həcmlə axıdılan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə sözügedən ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan artıq müəyyən edilib.
2014-cü ilin may ayında Xəzər dənizinin sahilində təmizləyici qurğuların quraşdırıldığı ərazilərdə, eləcə də digər çimərlik sahələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən birgə keçirilən monitorinq zamanı dənizdən götürülən su nümunələri üzərində aparılan laborator təhlillərin nəticələri qeyd olunan sahələrdə bağırsaq çöplərinin və şərti patogen E.coli-nin miqdarının minimum həddə çatmasını təsdiq edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən modul tipli təmizləyici qurğular quraşdırılmış qəsəbələrin sahil zolağında aparılan son tədqiqatların nətiçcələri bunu deməyə əsas verir ki, qeyd olunan qəsəbələrin sahil zolağındakı çimərlik sahələri (Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsinin “Sahil” və Səbail rayonunun “Şıx” çimərliklərindən başqa) yay mövsümü ilə əlaqədar çimərlik kimi istifadəyə yararlıdır.
 
Fərahim İLQAROĞLU
Fotolar müəllifindir




Previous Post

Təhlükəli çimərliklərdəki obyektlər bağlana bilər

Next Post

Ayətullah Seyid Əli Sistani türkmənlərə İŞİD-lə meyit və girov al-verini qadağan etdi

Bənzər yazılar

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

15 Oktyabr 2026 - 16:20

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşü başa çatıb. Elchi.az xəbər verir ki, Azərbaycanın xarici...

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

15 Oktyabr 2026 - 16:09

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub. Elchi.az xəbər...

“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN

“Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN

15 Oktyabr 2026 - 12:17

"Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, “Rəqəmsal rabitə”...

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib

15 Oktyabr 2026 - 12:04

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 15-də Qırğız Respublikasında keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri...

Next Post

Ayətullah Seyid Əli Sistani türkmənlərə İŞİD-lə meyit və girov al-verini qadağan etdi

Ayətullah Seyid Əli Sistani türkmənlərə İŞİD-lə meyit və girov al-verini qadağan etdi

Son xəbərlər

Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

Qlobal iqtisadi proseslərin Azərbaycana təsirləri müzakirə edilib

15 Oktyabr 2026 - 17:35
Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

Zelenski Brüsselə gəlib: NATO rəhbəri və Aİ liderləri ilə görüşlər keçirəcək

15 Oktyabr 2026 - 17:27
ADY-də qanvermə aksiyası keçirildi

ADY-də qanvermə aksiyası keçirildi

15 Oktyabr 2026 - 17:15
İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

İspaniyada saxta sənədlərlə ölkəyə keçmək istəyən 40 nəfər saxlanılıb

15 Oktyabr 2026 - 17:10
Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

Avropa liderləri Kiyevlə Vaşinqton arasında gərginliyi azaltmaq istəyir

15 Oktyabr 2026 - 16:58
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15 Oktyabr 2026 - 16:50
BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

BMT AQEM-in rolunu indi əvvəlkindən daha vacib hesab edir

15 Oktyabr 2026 - 16:42
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub

15 Oktyabr 2026 - 16:36
Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub

Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub

15 Oktyabr 2026 - 16:30
Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

15 Oktyabr 2026 - 16:22
AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

AQEM-in 7-ci Zirvə Görüşü başa çatıb

15 Oktyabr 2026 - 16:20
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb

15 Oktyabr 2026 - 16:17
AQEM-in Baş katibi dəyişib

AQEM-in Baş katibi dəyişib

15 Oktyabr 2026 - 16:17
AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

AQEM-in VII Zirvə toplantısının yekunlarına dair Bakı Bəyannaməsi qəbul olunub

15 Oktyabr 2026 - 16:09
Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

Azərbaycanla Qazaxıstan arasında imzalanmış sənədlər mübadilə edilib

15 Oktyabr 2026 - 16:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.