Slovakiyanın Snina şəhərində yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.
Çempionatın dördüncü günündə 40, 46, 52, 60 və 70 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizə aparıb. Yığma komandamız 3 çəki dərəcəsində təmsil olunub. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.
46 kq çəki dərəcəsində mübarizə aparan Türkan Nəsirova yarışa Rusiya güləşçisi üzərində qələbə ilə başlasa da, Yaponiya təmsilçisi ilə görüşü uduzub. Rəqibin finala çıxması ilə təsəlliverici görüşə qatılan Türkan burada Belarus güləşçisini tam üstünlüklə məğlub edib. Həlledici görüşdə Almaniyadan olan rəqibini təmiz qələbə ilə üstələyən güləşçimiz Dünya çempionatının bürünc medalını qazanıb.
Yeniyetmə qızların yarışında ilk gün güləşçilərimiz 1 gümüş medal qazanıb.
46 kq
1/8 final – Türkan Nəsirova – Anastasia Sizenko (RUS) 6:4
1/4 final – Miho İgraşi (JPN) – Türkan Nəsirova 6:0
Təsəlliverici görüş – Yuliya Jaunerik (BLR) – Türkan Nəsirova 0:10
Bürünc medal görüşü – Türkan Nəsirova – Annika Vendle (GER) 2:0 (təmiz qələbə)
52 kq
1/8 final – Johanna Lindborg (SWE) – Şəbnəm Əhmədova 8:4
70 kq
1/8 final – Anita Kələntərova – Kakran Divya (İND) 8:4
1/4 final – Anita Kələntərova – Nikol Ammann (GER) 0:6
Təsəlliverici görüş – Kristina Dudaeva (RUS) – Anita Kələntərova 10:0
AzNews.az
Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 2026/2027-ci illər mövsümündə Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib. Elchi.az...



















Son şərhlər