ABŞ prezidenti Donald Tramp Omanda keçirilən İran danışıqlarından sonra açıqlamalar verib. Görüşün çox yaxşı keçdiyini deyən Tramp gələn həftə İran tərəfi ilə yenidən görüşəcəklərini bildirib.
Elchi.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp prezident təyyarəsində jurnalistlərin Omanda İranla danışıqlarla bağlı suallarını cavablandırıb.
Danışıqların çox yaxşı keçdiyini deyən Tramp İranın razılaşma əldə etmək istədiyini bildirib. Tramp deyib: “Nəticələr insanları təəccübləndirə bilər. Əgər İran bu gün ilk görüşümüzdə təklif etdiklərini təklif etsəydi, dərhal qəbul ediləcəkdi”.
İranın nüvə silahı əldə edə bilməyəcəyini qeyd edən Tramp, gələn həftə İran tərəfi ilə yenidən görüşəcəklərini də açıqlayıb.
Şayəstə





















