Hindistanın şimal-şərqində qanunsuz fəaliyyət göstərən kömür mədənində baş verən partlayış nəticəsində 18 işçi həlak olub, 1 nəfər ağır yaralanıb. Mədəndə qalan mədənçilərin xilas edilməsi üçün xilasetmə əməliyyatı davam edir.
Elchi.az xəbər verir ki, Hindistanın şimal-şərqindəki Meqhalaya əyalətində qanunsuz fəaliyyət göstərən kömür mədənində partlayış baş verib. Partlayışdan sonra mədəndə ilişib qalanların axtarış-xilasetmə əməliyyatları davam edir. Ştat polis məmuru Vikaş Kumar hadisənin işçilərin kömür çıxarmaq üçün əyildikləri dar tunellər yaratmaq üçün dinamitdən istifadə etdikləri “siçovul çuxuru mədəni” nəticəsində baş verdiyini bildirib. Kumar bildirib ki, indiyə qədər 18 nəfərin cəsədi tapılıb, ağır yanıq xəsarətləri alan bir nəfər isə xəstəxanaya aparılıb və əlavə edib ki, hələ də neçə işçinin yeraltında qaldığı məlum deyil. Kumar bildirib ki, həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir və mədəni kimin işlətdiyi hələ müəyyən edilməyib. Hindistanın Baş naziri Narendra Modi hadisədə ölənlərin ailələrinə 200.000 rupi (2215 dollar), yaralılara isə 50.000 rupi maddi yardım göstəriləcəyini açıqlayıb. 2018-ci ildə Meqhalayada bir mədənin yaxınlıqdakı çaydan gələn su ilə dolması nəticəsində ən azı 15 nəfər həlak olub.
Məryəm





















