Macarıstanın Baş naziri Viktor Orban Qərbin uzun müddət mənəvi üstünlüyü iddia etdiyini, lakin bu iddianın indi iflasa uğradığını bildirdi.
Elchi.az xəbər verir ki, Macarıstan hökumətinin rəsmi saytında verilən açıqlamaya görə, Baş nazir Orban qatıldığı bir tədbirdə Avropa Birliyini (AB) tənqid etdi.
Orban iddia etdi ki, Brüsseldən pullar “Macarıstan hökumətinə qarşı işləyən aktyorlara axır”.
Qərbin bir vaxtlar rifahı əks etdirdiyini bildirən Orban dedi: “Qərb uzun müddət mənəvi üstünlüyü iddia edib, lakin bu, həmişə onun maliyyə maraqları ilə üst-üstə düşüb. Bu gün bu iddia iflasa uğrayıb və onun niyə etibarlılığını itirdiyini izah edən çoxsaylı nəşrlər var. Qərb artıq nümunə deyil. Avropa tənəzzül dövründədir və AB senzura, müharibəyə getmək üçün təzyiq, Ukraynaya pul göndərmək və milli sahəyə müdaxiləni təmsil edir”.
Orban qeyd etdi ki, artıq onların təqlid edə biləcəyi xarici model yoxdur və Macarıstanın indi öz milli maraqlarına əsaslanaraq hərəkət etməli olduğunu vurğuladı.
Şayəstə





















