ABŞ prezidenti Donald Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı fransalı həmkarı Emmanuel Makronun günəş eynəyindən bəhs edib.
Elchi.az xəbər verir ki, Tramp bu aksessuarı müxtəlif ölkələrdən idxala tariflərin müzakirəsi zamanı qeyd edib.
Onun sözlərinə görə, Makron bu məsələni müzakirə etdiyi ilk liderlərdən biridir.
“O vaxt eynək taxmırdı”,-deyən ABŞ prezidenti oradakıların gülüşünə səbəb olub.
Tramp həmkarının fransız ləhcəsini də növbəti dəfə parodiya edib.
Xatırladaq ki, Fransa prezidenti Davosda keçirilən Dünya İqtisadi Forumuna böyük ölçülü aviator günəş eynəyi taxmışdı.
O, günəş eynəyinin daimi olmasını gözündə qan damarının partlaması ilə izah edib.
Yeganə





















