Azərbaycanda sahibkarlıq sahəsində olan yoxlamaların dayandırılmasının müddəti uzadılır.
Elchi.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2027-ci il yanvarın 1-nə qədər uzadılır.
Bundan əvvəl bu müddət 2026-cı il yanvarın 1-dək müəyyən edilmişdi.
Qeyd edək ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən yoxlamalar dayandırılıb.
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb
Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılıb. Elchi.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir...





















