Donald Trampın Qrenlandiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən səkkiz Avropa ölkəsinə tariflər tətbiq etməklə hədələməsindən sonra Avropa Parlamenti ABŞ-la ticarət sazişinin ratifikasiyasını dayandıracaq.
Elchi.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Nəticədə, saziş ən azı hələlik qüvvəyə minməyəcək. Bunu Avropanın böyük siyasi qrupları bildirib. Saziş ABŞ-ın sənaye məhsullarına tətbiq edilən tariflərin ləğvinə gətirib çıxarmalı idi. Yaxın günlərdə bununla bağlı səsvermənin keçirilməsi planlaşdırılırdı.
Bunun müqabilində Vaşinqton Avropadan ABŞ-a ixrac edilən mallara əvvəlkindən daha aşağı, 15 faizlik rüsum tətbiq etməyə razılaşdı.
Yeganə





















