Qasım-Jomart Tokayev Donald Trampdan yeni yaradılmış Qəzza Sülh Şurasına üzv olmaq üçün rəsmi dəvət alıb və Qazaxıstana qurucu üzvlərdən biri olmaq təklif olunub.
Elchi.az xəbər verir ki, bu barədə “Tengrinews.kz” saytına müsahibəsində Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.
Daha əvvəl xəbər verildiyi kimi, ABŞ prezidenti Qəzza Sülh Şurası yaradır. Bir sıra ölkələrin dövlət başçılarına təsisçi üzv kimi iştirak etmək üçün dəvətlər göndərilib. Argentina, Macarıstan, Türkiyə, Pakistan, Misir, İordaniya, Qətər və İtaliya təklifləri aldığını təsdiqləyib və onları qəbul etməyə razılıqlarını bildiriblər.
Fransa, Almaniya və BƏƏ liderlərinə də dəvət göndərilib, lakin onlardan rəsmi təsdiq hələ alınmayıb.
“Prezident Kasım-Jomart Tokayev Sülh Şurasına üzv olmaq və Qazaxıstanın təsisçi dövlətlərdən biri olmaq üçün rəsmi dəvət alan ilk dünya liderlərindən biri olub”, – Ruslan Jeldibay qeyd edib.
Yeganə





















