"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib

17 Yanvar 2026 - 15:26
in GÜNDƏM
FacebookVatsap

Birləşmiş Millətlər Təşkilatının dayanıqlı şəhərsalma üzrə ən böyük qlobal konfransı olan Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib.

Bunu da oxuyun

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Elchi.az xəbər verir ki, 17-22 may 2026-cı il tarixlərində Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçiriləcək bu tədbir bütün dünyada təqribən üç milyard insanın üzləşdiyi mənzil böhranının həll yollarını müzakirə etmək məqsədi ilə qlobal liderləri bir araya toplayacaq.

BMT-Məskunlaşma Proqramının (UN-Habitat) və Azərbaycan Respublikasının Hökumətinin birgə təşkilatçılığı ilə keçiriləcək WUF13 tədbirində dövlət başçıları, nazirlər, şəhər merləri, şəhərsalma üzrə ekspertlər, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri bir araya gələrək layiqli mənzil təminatı, inklüzivlik və iqlimə davamlılıq üzrə həll variantlarının formalaşdırılmasında şəhərlərin oynaya biləcəyi rolu müzakirə edəcəklər.

Jurnalistlər üçün qlobal platforma

WUF13 tədbiri media nümayəndələrinə şəhər və icmaların gələcəyini formalaşdıran yüksək səviyyəli qlobal müzakirələri işıqlandırmaq üçün unikal platforma təqdim edir. WUF13-ə qatılan media nümayəndələrini aşağıdakı imkanlar gözləyir:

  • müsahibə və şərhlər üçün nazirlər, şəhər merləri və BMT rəhbərliyi də daxil olmaqla, yüksək səviyyəli spikerlərlə birbaşa əlaqə imkanı;
  • canlı yayım və məsafədən reportajlar üçün xüsusi media-zonalar;
  • milli və yerli hökumət nümayəndələri, eləcə də BMT rəsmiləri ilə mətbuat brifinqləri;
  • əsas sessiya və müzakirələrə səhnəarxası giriş imkanı;
  • innovativ şəhərsalma və mənzil həllərini nümayiş etdirən sərgi iştirakçıları ilə ünsiyyət imkanı.

Altı gün ərzində keçiriləcək WUF13 tədbiri açılış və bağlanış mərasimləri, assambleyalar, dialoqlar, xüsusi sessiyalar, dəyirmi masalar və “Urban Expo” sərgisi də daxil olmaqla yüzlərlə tədbiri əhatə edəcək. Tədbirdən əvvəl isə Yeni Şəhərsalma Gündəliyinə həsr olunmuş yüksək səviyyəli sessiya təşkil olunacaqdır.

Media nümayəndələrinin akkreditasiyası

Bütün media nümayəndələri akkreditasiya üçün UN-Habitat təşkilatının rəsmi qeydiyyat sistemi olan https://events.unhabitat.org/ veb-saytı üzərindən müraciət etməlidirlər. Elektron və ya adi poçtla təqdim olunan müraciətlər qəbul edilməyəcək.

Media akkreditasiyası BMT-nin üzv dövlətlərində qanuni şəkildə qeydiyyatdan keçmiş etibarlı media təşkilatlarını təmsil edən peşəkar jurnalistlər və media nümayəndələri üçün nəzərdə tutulur. Təqdim olunan bütün müraciət ərizələri nəzərdən keçiriləcək və təsdiqlənmiş namizədlərə rəsmi təsdiq məktubu göndəriləcək.

WUF13 haqqında daha ətraflı məlumat almaq və media akkreditasiyası ilə bağlı müraciət etmək üçün https://wuf.unhabitat.org/wuf13 veb-saytına daxil ola bilərsiniz.

Akkreditasiyadan keçmək üçün prosedur aşağıdakı kimidir:

  1. Qeydiyyat portalına daxil olmaq;
  2. “World Urban Forum 13” (WUF13) bölməsini seçmək;
  3. Şəxsi hesab varsa, elektron poçt və şifrə ilə sistemə daxil olmaq, hesab yoxdursa, yenisini yaradıb tərəfdaşlıq növü olaraq “media” kateqoriyasını seçmək;
  4. Tələb olunan sənədləri yükləyərək müraciəti göndərmək.

Müraciətlər diqqətlə nəzərdən keçirildikdən və təsdiqləndikdən sonra akkreditə olunan şəxslərə rəsmi bildiriş məktubu göndəriləcək.

Tələb olunan sənədlər:

  1. Azərbaycan vətəndaşları üçün şəxsiyyət vəsiqəsi və ya pasport. Beynəlxalq media nümayəndələri üçün yalnız pasport;
  2. Peşəkar fəaliyyətini təsdiq edən sənədlərdən biri: etibarlı jurnalist vəsiqəsi və ya müvafiq tələblərə cavab verən xidməti ezamiyyət məktubu;
  3. Son dövrlərdə dərc olunmuş iş nümunələri (linklər və ya PDF formatında);
  4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən akkreditə olunmuş beynəlxalq media nümayəndələri akkreditasiya kartını da təqdim etməlidirlər;
  5. Sərbəst fəaliyyət göstərən (freelance) media nümayəndələri mütləq müvafiq media qurumunun ezamiyyət məktubunu yükləməlidirlər.

Xidməti ezamiyyət məktubu üzrə tələblər:

  • Media qurumunun rəsmi blankında hazırlanmalıdır;
  • UN-Habitat-ın Kommunikasiya şöbəsinin rəhbərinə ünvanlanmalı və unhabitat-media@un.org elektron ünvanına göndərilməlidir;
  • İngilis dili və ya BMT-nin digər rəsmi dillərindən birində tərtib olunmalıdır;
  • Səlahiyyətli şəxs tərəfindən imzalanmalıdır (nəşriyyat rəhbəri, baş redaktor və ya xəbər agentliyinin direktoru);
  • Jurnalistin tam adı, vəzifəsi, ezamiyyət tarixləri və WUF13-ü işıqlandırmaq niyyəti açıq şəkildə göstərilməlidir.

Media təlimatları

WUF13 çərçivəsində fəaliyyət göstərən media nümayəndələri üçün aşağıdakı qaydalar tətbiq olunur:

  1. Tədbir məkanına giriş üçün WUF13 akkreditasiyası kifayətdir; Azərbaycana müvəqqəti gətirilən bütün media avadanlıqları E-gömrük: Elektron Gömrük Xidmətləri portalı –https://e.customs.gov.az/– vasitəsilə, ölkəyə daxil olmadan ən azı 72 saat əvvəl bəyan edilməlidir;
  2. Ölkəyə giriş zamanı gömrük orqanlarına təqdim olunmalı sənədlər:
    • Media akkreditasiyasını təsdiq edən məktub;
    • Qonaqlar üçün sadələşdirilmiş gömrük bəyannaməsi.
  3. Ölkədən çıxış zamanı bu bəyannamə (bəyan edilmiş avadanlıqla birlikdə) gömrük işçilərinə təqdim edilməlidir;
  4. Pilotsuz uçuş aparatlarının (dronların) ölkəyə gətirilməsinə icazə verilmir;
  5. Akkreditə olunmuş yayım şirkətləri radioelektron avadanlıqlar üçün müvəqqəti radiotezlik icazəsi almalıdırlar (ətraflı məlumat sonradan təqdim ediləcək);
  6. İdxal və ixrac qaydaları ilə bağlı ətraflı məlumat Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində mövcuddur (səyahətçilər üçün ümumi məlumat bölməsi).
  7. Tədbir məkanından kənarda çəkiliş aparmaq üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə alınmalıdır. Müraciətlər 15 aprel 2026-cı il tarixinədək media@wuf13.az ünvanına göndərilməlidir.

İctimai yerlərdə (küçələr, meydanlar və s.) foto və video çəkilişinə ümumi icazə verilir. Lakin məkanlara giriş haqqının və digər ödənişlərin əvvəlcədən dəqiqləşdirilməsi media nümayəndələrinin məsuliyyətindədir. Özəl mülklərdə çəkiliş üçün isə müvafiq obyekt rəhbərliyi ilə birbaşa razılaşma tələb olunur.

Əlaqə məlumatları:

  • Media akkreditasiyası və UN-Habitat nümayəndələri ilə müsahibə üçün unhabitat-media@un.org;
  • Ev sahibi ölkə ilə bağlı sorğular və tədbir məkanından kənar çəkiliş icazələri üçün media@wuf13.az;
  • Yayım avadanlıqları və digər media xidmətləri üçün mediaservices@wuf13.az;
  • Əlavə məlumat üçün wuf.unhabitat.org/media səhifələri aktivdir.

Tədbir zamanı media nümayəndələri üçün əsas sessiyalara, yerli hökumət və BMT rəsmiləri ilə mətbuat brifinqlərinə giriş, eləcə də yüksək səviyyəli ekspertlər və rəsmi şəxslərlə müsahibələrin, canlı yayımlar və reportajlar üçün xüsusi media zonalarının təşkili kimi imkanlar yaradılacaq.

Qeyd edək ki, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökuməti tərəfindən “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda bu il Bakıda təşkil olunacaq WUF13 şəhərlərin layiqli mənzil təminatı, inklüzivlik və iqlim davamlılığı üzrə həll yollarını araşdıracaq.

Bakı Olimpiya Stadionunda keçiriləcək tədbir dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, beynəlxalq təşkilatları, şəhər rəhbərlərini, ekspertləri və media təmsilçilərini bir araya gətirəcək.

Ümumdünya Şəhərsalma Forumu haqqında

2001-ci ildə BMT tərəfindən yaradılmış Ümumdünya Şəhərsalma Forumu sürətli urbanizasiyanın şəhərlər, icmalar, ölkələr və iqlim dəyişmələrinə təsirlərini araşdırmaq məqsədilə təşkil olunan aparıcı qlobal konfransdır. Forum öz fəaliyyətinə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən ilk sessiya ilə başlayıb və o vaxtdan bəri dünyanın müxtəlif şəhərlərində təşkil olunur.

Previous Post

Xarkovda çoxmərtəbəli binada partlayış olub, 2 nəfər ölüb

Next Post

KİV: İranda etirazlarda ölənlərin sayı 3 mini aşıb

Bənzər yazılar

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39

Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Elchi.az xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü...

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 - 12:29

Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb....

Kəmaləddin Heydərov yeni qərar imzaladı

Kəmaləddin Heydərov yeni qərar imzaladı

22 Oktyabr 2026 - 19:29

Azərbaycanda avtomobillərin dövlət qeydiyyatına alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının verilməsi, eləcə də nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi zamanı...

Next Post
KİV: İranda etirazlarda ölənlərin sayı 3 mini aşıb

KİV: İranda etirazlarda ölənlərin sayı 3 mini aşıb

İtaliyada Rusiyaya məxsus yükü daşıyan gəmi həbs edilib

İtaliyada Rusiyaya məxsus yükü daşıyan gəmi həbs edilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.