Vladimir Zelenski Ukraynanın ABŞ-la danışıqlarda bir neçə məsələ üzrə fikir ayrılıqlarının olduğunu etiraf edib.
Elchi.az xəbər verir ki, o, bu barədə Kiyevdə Çexiya Prezidenti Petr Pavel ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Biz bəzi məsələlərdə eyni mövqedə deyilik”, – deyib.
Zelenski Ukrayna Silahlı Qüvvələrinin sayının 800 min nəfər səviyyəsində saxlanılmalı olduğunu bir daha vurğulayıb, lakin Kiyevin bu ordunu saxlamaq üçün kifayət qədər vəsaitinin olmadığını da etiraf edib.
“Ordunun 800 min nəfər olaraq qalması üçün bizə pul lazımdır. Bu, sadəcə söz deyil – konkret illər üçün konkret məbləğdə vəsait lazımdır. Ukraynanın büdcəsində isə belə vəsait olmayacaq”, – deyə o əlavə edib.
Bununla yanaşı, Zelenski artıq ABŞ-a yollanan Ukrayna nümayəndə heyətinin danışıqlarından sonra 19–23 yanvar tarixlərində Davosda keçiriləcək Dünya İqtisadi Forumunda (DİF) bərpa ilə bağlı 800 milyard dollar dəyərində ikitərəfli sazişin imzalana biləcəyini gözlədiyini bildirib.
Məryəm





















