"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

“Pezeşkianın son müraciətində xalqa verdiyi vədlər yerinə yetirilməlidir”-Qüdrət Həsənquliyev

16 Yanvar 2026 - 10:40
in MANŞET
FacebookVatsap

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Xalqcəbhəsi.az-ın suallarını cavablandırıb.

Bunu da oxuyun

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Elchi.az müsahibəni təqdim edir:

– Qüdrət bəy, ABŞ prezidenti Trampın İrandakı etirazçılara xitabən “dövlət orqanlarını tutun, yoldayıq, köməyə gəlirik” vədi özünü doğrultmadı. Tramp niyə geri çəkildi?

– Oxşar hadisə 9 yanvar 1905-ci ildə Rusiyada, Sankt-Peterburqda baş verib. Keşiş Qapon fəhlələri çara qarşı yürüşə dəvət edir, amma özü gəlmir. Polis tərəfindən nümayişçilərə atəş açılır, yüzlərlə insan ölür, yaralanır. Həmin gün “Qanlı bazar günü” kimi tarixdə qaldı. Sonradan Keşiş Qaponun polislə işbirliyi üzə çıxır və bir il sonra onu öldürürlər.
Trampa gəldikdə, o tez-tez fikrini dəyişən, impulsiv xarakterli bir şəxsdir. Görünür camaatı küçələrə çağırıb, “yoldayıq, dövlət binalarını tutun” deyən anda ABŞ-nin imkanlarını düzgün hesablamayıb, yaxın ətrafı və hərbçilərlə ciddi məsləhətləşmələr aparmadan belə bir vəd veribmiş. Onun hərbi əməliyyatdan ərəb ölkələrinin xahişi ilə geri çəkilməsi barədə deyilənləri ciddi qəbul etmək lazım deyil. O xarakterli adamları ya onların tələblərini yerinə yetirməklə, ya da güclə dayandırmaq olar. Rusiya və Çinin kəskin etirazı və İrana kömək vədi məncə onu dayandıran həlledici faktor oldu. Onu başa saldılar ki, Venesuelada əldə olunan asan uğuru burada qazanmaq mümkün olmayacaq. Yəqin ki, ikinci mühüm faktor İranın əks zərbələrinin ağır nəticələr doğura biləcəyi barədə Trampa təqdim olunan hesabat olub.
ABŞ-yə güvənib hərəkət etməyin nə qədər səhv və təhlükəli olması növbəti dəfə özünü göstərdi. Amma ABŞ-nin daha böyük qüvvə səfərbər edib İrandakı rejimi dəyişməyə cəhd edəcəyi ehtimalı çox yüksəkdir.

– Rəsmi Tehranın bu mərhələdə qarşıdurmadan qalib çıxdığını söyləmək olarmı?

– Onlar kimə qalib gəldilər? Ağır həyatlarına, ədalətsizliyə etiraz edən dinc insanlara, öz vətəndaşlarına? Kütləvi repressiyalar və qətliamlar hesabına sabitlik müvəqqəti bərpa oluna bilər, amma bu vətəndaş müqaviləsi əsasında baş vermədi. O qırğınlardan sonra hakimiyyətə qarşı qəzəb və nifrət bir az da artdı. İran bizim qonşumuzdur, orada soydaşlarımız yaşayır. Mən hər zaman deyirəm, biz, İranın dinc, təkamül yolu ilə inkişafını istəyirik, həm ikitərəfli, həm 3+3 formatında daha sıx əməkdaşlığın tərəfdarıyıq. Öz ölkəmizə yaxşı nə arzu ediriksə, onlara da onu arzu edirik. Öz ölkəmizdə də islahatların keçirilməsini istəyirik. İranda digər xalqların milli haqları tanınmalıdır. Pezeşkianın son müraciətində xalqa verdiyi vədlər yerinə yetirilməlidir. Xalq dəyişiklik istəyir, əvvəlki şərtlər altında yaşamaq istəmir. Ölkədə ciddi islahatlar həyata keçirilməsə etirazlar yenidən başlayacaq. Hakim elitanın imtiyazlardan imtina edəcəyi isə az ehtimal olunur. O zaman, bu gün imicinə ciddi zərbə vurulmuş Tramp İsarillə birlikdə hərəkətə keçəcək.

– ARB 24 televiziyasına verdiyiniz müsahibədə İrandakı vəziyyətlə bağlı dediklərinizə görə İranın “Səhər” televiziya kanalı tərəfindən tənqid olundunuz. Necə qarşıladınız?

– Hər kəs tənqid oluna bilər. Onların Azərbaycan türkcəsində danışması məni çox sevindirir. Yəqin ki, həmin xanım məni tənqid etməsi üçün ona ana dilində danışmaq imkanı yaradılmasından çox məmnundur. Çox istərdim ki, “Səhər” kanalı haqqımızda nə deməsindən asılı olmayaraq Tehranda, Təbrizdə, Cənubi Azərbaycanın bütün bölgələrində yayımlansın. Həmin televiziyanın əməkdaşları bu barədə düşünsünlər ki, niyə onlara bu hüquq tanınmır, belə bir imkan yaradılmır. Onlar da, digər soydaşlarımız da Azərbaycan dilinin qrammatikasını öyrənsinlər, danışdıqları şirin ana dillimizdə təhsil alsınlar, Azərbaycan mədəniyyətini inkişaf etdirsinlər. İran hökuməti ən azından 40 milyonluq azərbaycanlı vətəndaşının milli kimliyinə hörmət edib deməsin ki, işğalçı Ermənistana hər zaman dəstək olmuşuq. İran əhalisinin yarısının ana dili olan Azərbaycan türkcəsi fars dili ilə yanaşı İranın dövlət dili olsun və s.

– ABŞ Qrenlandiyanı işğal edə biləcəkmi?

– Danimarka və onun NATO üzrə Avropadakı müttəfiqləri işğala silahlı müqavimət göstərsələr, yox. Tramp bu iddiaları ilə Avropanı məcbur edir ki, Ukraynanı müdafiə etməsinlər, əksinə onu kapitulyasiyaya məcbur etsinlər, Ukraynanın işğal olunmuş ərazilərini Rusiya torpaqları kimi tanısınlar. Görmürsünüz, ABŞ-nin təmsilçiləri Rusiya ilə danışıqlarda Putinin rəsmi nümayəndələri kimi çıxış edirlər.

– Rəsmi Bakı İranda baş verən hadisələrə niyə reaksiya vermir?

– Hələlik bu yanaşmanı doğru sayıram. Azərbycan İranla əlaqələrə həmişə böyük diqqət yetirib və istəmir ki, nə bu gün, nə sabah münasibətlərdə əlavə gərginlik yaşansın. Amma orada hadisələr daha dəhşətli xarakter alsa, azərbaycanlılar ciddi təhlükə ilə üzləşsə, inanıram ki, o zaman ciddi mövqe də olacaq.

Previous Post

Oregon sahillərində 6 bal gücündə zəlzələ

Next Post

2026-cı il Dünya Kuboku biletləri üçün 500 milyondan çox rekord müraciət

Bənzər yazılar

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb

29 İyul 2026 - 21:48

İlin ilk altı ayında Azərbaycanda 23 mindən çox heyvan dişləməsi qeydə alınıb. Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika...

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

Tramp İranı ağır zərbələrlə hədələdi: “Onlar yaxşıca əziləcəklər”

29 İyul 2026 - 16:59

Amerika Birləşmiş Ştatları İordaniyadakı amerikalı hərbçilərin atəşə tutulmasına cavab olaraq İrana güclü zərbələr endirmək niyyətindədir. Elchi.az xəbər verir ki, bu...

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

Lavrov Rusiyanın rekord sayda sanksiyaya qarşı davamlılığını izah etdi

29 İyul 2026 - 16:00

Rusiya tarixi irsi, iqtisadi potensialı və öz tarixinə olan hörməti sayəsində misli görünməmiş sanksiya təzyiqinə uğurla sinə gərir. Elchi.az xəbər...

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

Süni intellekt mütəxəssisləri: İnkişaf tempini yavaşladın

29 İyul 2026 - 11:38

Aparıcı Süni İntellekt və texnologiya şirkətlərinin 1000-dən çox yüksək vəzifəli işçisi və tədqiqatçısı ABŞ hökumətini təhlükəsizlik və nəzarət mexanizmlərinin inkişaf...

Next Post
2026-cı il Dünya Kuboku biletləri üçün 500 milyondan çox rekord müraciət

2026-cı il Dünya Kuboku biletləri üçün 500 milyondan çox rekord müraciət

Antarktidada Dünyanın ilk buz sığınacağı açılır

Antarktidada Dünyanın ilk buz sığınacağı açılır

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Sabah 36 dərəcə isti olacaq – PROQNOZ

İyulun son gününün havası açıqlanıb

30 İyul 2026 - 12:24
Rusiya Ukraynaya zərbə endirdi: Çoxlu sayda ölü və yaralı var

Rusiya Ukraynaya zərbə endirdi: Çoxlu sayda ölü və yaralı var

30 İyul 2026 - 12:15
9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

9 illik bazadan kolleclərə ixtisas seçiminin vaxtı açıqlandı

30 İyul 2026 - 12:06
“Mançester Siti”nin sabiq qapıçısı “Olimpiakos”a keçdi

“Mançester Siti”nin sabiq qapıçısı “Olimpiakos”a keçdi

30 İyul 2026 - 11:54
Tədavülə yenilənmiş 100-lüklər buraxılır – Foto

İlin ilk yarısında xarici dövlət borcu üzrə 393,4 mln. dollar ödəniş edilib

30 İyul 2026 - 11:41
Zelenski Rusiya Silahlı Qüvvələrinin güclü gecə zərbəsi ilə bağlı şərh verib

Zelenski Rusiya Silahlı Qüvvələrinin güclü gecə zərbəsi ilə bağlı şərh verib

30 İyul 2026 - 11:24
Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb

Azərbaycanın dövlət zəmanətli borcunun məbləği açıqlanıb

30 İyul 2026 - 11:12
Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

Prezident İlham Əliyev Mərakeş Kralını təbrik edib

30 İyul 2026 - 11:05
Hindistanda daşqınlarda ölənlərin sayı 78-ə çatıb

Hindistanda daşqınlarda ölənlərin sayı 78-ə çatıb

30 İyul 2026 - 11:00
Pentaqon Patriot raket sfarişini 58,6 milyard dollara qədər artırdı

Pentaqon Patriot raket sfarişini 58,6 milyard dollara qədər artırdı

30 İyul 2026 - 10:52
Argentinada vertolyot qəzası: 7 ölü

Argentinada vertolyot qəzası: 7 ölü

30 İyul 2026 - 10:43
ABŞ İrana qarşı yeni hücumlar həyata keçirir

ABŞ İrana qarşı yeni hücumlar həyata keçirir

30 İyul 2026 - 10:35
Rusiya: Ukraynanın 7 bölgəsindəki hərbi hədəflərə zərbələr endirdik

Rusiya: Ukraynanın 7 bölgəsindəki hərbi hədəflərə zərbələr endirdik

30 İyul 2026 - 10:26
İordaniya Ordusu: İrandan atılan 5 raketi vurduq

İordaniya Ordusu: İrandan atılan 5 raketi vurduq

30 İyul 2026 - 10:18
Gəncədə yanğın-taktiki təlim keçirilib – VİDEO

Gəncədə yanğın-taktiki təlim keçirilib – VİDEO

30 İyul 2026 - 10:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.