ABŞ-ın Oregon sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) məlumatlarına görə, zəlzələ Oregon sahillərində baş verib.
Zəlzələnin episentri ştatın Bandon şəhərindən 295 kilometr qərbdə müəyyən edilib.
6 bal gücündə zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələ ilə bağlı itkilər və ya maddi ziyan barədə hələlik heç bir məlumat verilməyib.
Zəlzələdən sonra sunami riski ilə bağlı heç bir məlumat verilməyib.
Şayəstə





















