NASA, Beynəlxalq Kosmik Stansiyadakı (ISS) bir astronavtın tibbi yardıma ehtiyacı olduqdan sonra, 65 illik insan kosmik uçuş tarixində bir ilk olaraq “tibbi təxliyə” əməliyyatına başladı. Crew-11-i daşıyan SpaceX kapsulu çərşənbə günü stansiyadan yola düşdü.
Elchi.az xəbər verir ki, ABŞ, Rusiya və Yaponiyadan cəmi dörd astronavtı daşıyan Dragon Endeavour kapsulunun cümə axşamı səhər tezdən San Dieqo yaxınlığındakı Sakit Okeana enməsi gözlənilir. Bu qərar komandanın missiyasını təxminən bir ay qısaltdı.
Şəxsiyyət və diaqnoz gizli saxlanılır
NASA rəsmiləri xəstənin məxfiliyini əsas gətirərək tibbi yardıma ehtiyacı olan astronavtın şəxsiyyətini və ya sağlamlıq probleminin təbiətini açıqlamadılar. Lakin stansiyanın keçmiş komandiri Mayk Finke sosial mediada astronavtın vəziyyətinin “sabit və təhlükəsiz” olduğunu və təxliyə qərarının Yer kürəsində tam təchiz olunmuş diaqnostik qurğulardan istifadə etmək üçün “ehtiyat tədbiri” olaraq qəbul edildiyini bildirdi.
Avqust ayında stansiyaya yola düşən Zena Cardman, Mike Fincke, Kimiya Yui və Oleq Platonovun missiyalarını fevralın sonuna qədər davam etdirməsi planlaşdırılırdı. Lakin, 7 yanvarda planlaşdırılan kosmosa çıxmanın qəfil ləğv edilməsi və ardından təxliyə qərarının elan edilməsi prosesi sürətləndirdi.
Şayəstə





















