Tehrandakı Böyük Britaniya səfirliyi İrandakı etirazlar səbəbindən müvəqqəti olaraq bağlanıb və bütün işçilər müvəqqəti olaraq ölkədən təxliyə edilib.
Elchi.az xəbər verir ki, Böyük Britaniya hökumətinin sözçüsünün ofisindən verilən yazılı açıqlamada deyilir: “Tehrandakı Böyük Britaniya səfirliyi müvəqqəti olaraq bağlanıb. Bu ölkə üçün səyahət tövsiyələri də konsulluq xidmətlərində dəyişikliklər daxil olmaqla yenilənib”.
Digər tərəfdən, sonuncu dəfə 9 yanvarda yenilənən Böyük Britaniya Xarici İşlər Nazirliyinin səyahət tövsiyələri səhifəsində 14 yanvar gecəsi səfirliyin bağlanması ilə bağlı məlumat əlavə edilib.
Səyahət tövsiyəsində deyilirdi: “Təhlükəsizlik səbəblərinə görə səfirlik işçiləri müvəqqəti olaraq İrandan təxliyə edilib. Səfirliyimiz xidmətləri uzaqdan göstərməyə davam edəcək”.
Şayəstə





















