Avropa Komissiyasının sədri Ursula fon der Leyenin Aİ büdcəsini yenidən nəzərdən keçirmək və müdafiə xərclərini artırmaq planı iflasa uğrayır.
Elchi.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Plan Aİ büdcəsinin təxminən 2 trilyon avronun yenidən bölüşdürülməsini nəzərdə tutur.
“Von der Leyenin əsas ideyası ənənəvi olaraq təsərrüfat subsidiyalarına və regional ödənişlərə xərclənən yüz milyardlarla avronu müdafiə xərclərinə və sənaye rəqabət qabiliyyətinin artırılmasına yönləndirməkdir”, – materiallarda deyilir.
İdeyanın blokun büdcəsinə ondan aldığından daha çox vəsait ödəyən Şimali Avropa ölkələri tərəfindən dəstəkləndiyi, daha çox kənd təsərrüfatı ilə məşğul olan Mərkəzi və Cənubi Avropa ölkələrinin isə fermerlərini ödənişlərdən məhrum etmək niyyətində olmadığı vurğulanır.
Yeganə





















