Almaniya kansleri Fridrix Mers ABŞ-ın NATO ölkələrinin Qrenlandiyanın təhlükəsizliyini gücləndirməyə yönəlmiş mümkün birgə əməliyyatında iştirak edəcəyinə ümid etdiyini bildirib.
Elchi.az xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb.
“ABŞ-ın Danimarkanın bu hissəsinin müdafiəsinin gücləndirilməsinə ehtiyac olduğu ilə bağlı narahatlığını bölüşürük. Qrenlandiya üçün təhlükəsizlik sahəsində vəziyyəti birgə yaxşılaşdırmaq istəyirik. Hesab edirəm ki, amerikalılar da bu prosesdə iştirak edəcəklər”, — deyə Mers Hindistana səfəri zamanı bildirib.
Agentliyin məlumatına görə, mümkün əməliyyat NATO-nun digər regionlarda, xüsusilə Baltik dənizi akvatoriyasında həyata keçirdiyi missiyalara bənzər olaraq “Arctic Sentry” (“Arktik keşikçi”) adını ala bilər. Avropa ölkələri ümid edirlər ki, bu təşəbbüs ABŞ prezidenti Donald Trampın Danimarkanın Qrenlandiyadakı zəif müdafiə potensialından Vaşinqtonun adaya ərazi iddiaları üçün bəhanə kimi istifadə etməsinin qarşısını alacaq.
Məryəm





















