Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning bazar ertəsi günü bildirib ki, Pekin Kuba hakimiyyətini öz suverenliklərini müdafiə etməkdə dəstəkləyir və Birləşmiş Ştatları Havanaya təzyiqləri dayandırmağa çağırır.
Elchi.az xəbər verir ki, Mao Ning həmçinin bildirib ki, ABŞ Mərkəzi Amerikada sülh və sabitliyi qorumaq üçün daha çox işlər görməlidir.
“Çin Kubanı öz milli suverenliyini və təhlükəsizliyini müdafiə etməkdə qətiyyətlə dəstəkləyir və xarici müdaxiləyə qarşı çıxır, ABŞ-ı Kubaya qarşı blokadaya, sanksiyalara və istənilən formada təzyiqlərə dərhal son qoymağa çağırır”, – diplomat bildirib.
Bazar günü ABŞ prezidenti Donald Tramp Kubaya çox gec olmadan Vaşinqtonla əməkdaşlıq etməyi tövsiyə edib. Bundan əlavə, Amerika lideri uzun illərdir Venesueladan böyük miqdarda neft və pulla dolanan Kubaya “daha neft və ya pul getməyəcəyini bəyan etdi.
Buna cavab olaraq Kuba prezidenti Migel Diaz-Kanel bəyan edib ki, ölkə ABŞ-ın təcavüzünə qarşı müqavimət göstərməyə davam etməyə hazırdır.
Yeganə





















