ABŞ-da yerləşən İranda İnsan Hüquqları Uğrunda Fəallar (İHH) QHT-si, 28 dekabr 2025-ci ildə başlayan etirazlarda ölənlərin sayının ən azı 544-ə, həbs olunanların sayının isə 10.681-ə çatdığını açıqladı.
Elchi.az xəbər verir ki, yaşayış xərclərinin yüksək olmasına cavab olaraq başlayan və hökumət əleyhinə nümayişlərə çevrilən etirazlar İranda davam edir. ABŞ-da yerləşən İranda İnsan Hüquqları Uğrunda Fəallar (İHH) QHT-si etirazlar zamanı baş verən zorakı hadisələr nəticəsində baş verən ölümlərlə bağlı açıqlama yayıb. İHH-nin (İnsan Hüquqları Assosiasiyası) son açıqlamasında etirazlarda ölənlərin sayının ən azı 544-ə çatdığı və “Bunlardan 483-ü etirazçı, 47-si təhlükəsizlik işçisi, 8-i uşaq, 5-i etirazlarda iştirak etməyən mülki şəxs və biri hökumət üçün çalışan prokuror” olduğu bildirilib. Həmçinin, 579 ölüm xəbərinin araşdırıldığı vurğulanıb.
Bəyanatda etirazların ölkə üzrə 186 şəhər və 31 bölgədə 585 fərqli yerə yayıldığı və həbs olunanların sayının 10.681-ə çatdığı qeyd olunub.
Şayəstə





















