"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Sahil Babayev: “Rəqəmsal dövlət maliyyəsi” mərkəzləşdirilmiş ekosistem olacaq

09 Yanvar 2026 - 11:59
in İQTİSADİYYAT
FacebookVatsap

Azərbaycan Respublikası Maliyyə Nazirliyində rəqəmsal idarəetmə və elektron informasiya sistemləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə yaradılmış İşçi Qrupun növbəti iclası keçirilib.

Bunu da oxuyun

Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb

Azərbaycan iqtisadiyyatında artım olub

Azərbaycan nefti bahalaşıb

Bu barədə Elchi.az-a Maliyyə Nazirliyindən bildirilib.

İclasda çıxış edən maliyyə naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin 25 avqust 2025-ci il tarixli Fərmanı ilə dövlət maliyyəsinin idarə olunması sahəsində rəqəmsallaşma və müasir idarəetmə mexanizmlərinin tətbiqi ilə bağlı geniş islahatlara başlanılıb. Fərmanın icrası çərçivəsində “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır və bu, ayrı-ayrı platformalar deyil, tam inteqrasiya olunmuş vahid ekosistem kimi formalaşdırılır.

Nazir vurğulayıb ki, informasiya sistemlərinin vahid yanaşma əsasında qurulması və inkişaf etdirilməsi, qarşılıqlı inteqrasiyanın gücləndirilməsi və mərkəzləşdirilmiş idarəetmə mexanizmlərinin tətbiqi maliyyə idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edəcək.

İclasın gündəliyinə uyğun olaraq Rəqəmsal Maliyyə Mərkəzi tərəfindən Nazirliyin rəqəmsal idarəetmə və elektron informasiya sistemlərinin mövcud vəziyyəti, habelə onların vahid çərçivə əsasında inkişaf etdirilməsi və inteqrasiyası üzrə prioritetlər müzakirə olunub, əsas rəqəmsal sistemlər üzrə canlı təqdimatlar keçirilib.

Təqdimatlar zamanı “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi, e-müqavilə, e-mühasibat, Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS), Elektron Ciddi Hesabat Blankları Sistemi, e-büdcə portalı, eləcə də Vahid Data və Hesabatlıq Sistemi barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi çərçivəsində maliyyə sistemlərinin “bir çətir altında” mərkəzləşdirilmiş idarə olunması və inteqrasiyası təmin edilir. E-müqavilə sistemi vasitəsilə dövlət satınalmaları üzrə müqavilələrin bağlanması, icrası və monitorinqi tam elektron mühitdə həyata keçiriləcək. E-mühasibat informasiya sistemi isə ilkin qalıqların mərkəzləşdirilmiş formada əldə edilməsinə, avtomatik əmlak uçotunun aparılmasına və mühasibat uçotunda vahid yanaşmanın tətbiqinə imkan yaradacaqdır.

Elektron Ciddi Hesabat Blankları Sistemi çərçivəsində 44 adda ciddi hesabat blankının tam elektronlaşdırılması hesabına kağız dövriyyəsi azaldılacaq və nəzarət mexanizmləri gücləndiriləcək. E-büdcə portalı isə elektron büdcə bələdçisi funksiyasını yerinə yetirir. Vahid Data və Hesabatlıq Sistemi isə “Data Lakehouse” yanaşması əsasında mərkəzləşdirilmiş məlumat mühitinin formalaşdırılmasına, analitika və qərar qəbul etmənin dəstəklənməsinə xidmət edəcək.

İclasda həmçinin cari il ərzində qarşıda duran vəzifələrə dair məlumat verilib, əsas rəqəmsal layihələr və fəaliyyət planı, sistemlərin inkişafı, genişləndirilməsi və inteqrasiyası, eləcə də texniki, institusional və normativ istiqamətlər üzrə nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Previous Post

Tramp Orbana seçkilərdə uğurlar arzulayıb

Next Post

Ozempic xərçəngin qarşısını alırmı?

Bənzər yazılar

Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb

Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb

10 Avqust 2026 - 15:34

2026-cı il avqustun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 590,8 milyon ABŞ dollarına bərabər olub. Elchi.az xəbər verir ki,...

Azərbaycan iqtisadiyyatında artım olub

Azərbaycan iqtisadiyyatında artım olub

10 Avqust 2026 - 15:16

2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Elchi.az Dövlət Statistika Komitəsinə...

Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

10 Avqust 2026 - 13:30

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Elchi.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,56...

7 ayda istehlakçılara 122 mln. manatdan çox ƏDV geri qaytarılıb

7 ayda istehlakçılara 122 mln. manatdan çox ƏDV geri qaytarılıb

10 Avqust 2026 - 12:22

Bu ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və...

Next Post
Ozempic xərçəngin qarşısını alırmı?

Ozempic xərçəngin qarşısını alırmı?

DYP: Bakıda pik saatlarında əlavə yol-patrul naryadları xidmətə cəlb olunub

DYP-dən piyadalara xəbərdarlıq

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb

Azərbaycanın xarici dövlət borcu 7,5% azalıb

10 Avqust 2026 - 15:34
Rayonlarda qeyri-sabit hava avqustun 14-dək davam edəcək

Rayonlarda qeyri-sabit hava avqustun 14-dək davam edəcək

10 Avqust 2026 - 15:25
Azərbaycan iqtisadiyyatında artım olub

Azərbaycan iqtisadiyyatında artım olub

10 Avqust 2026 - 15:16
AZAL Naxçıvana uçan sərnişinlərə müraciət edib

AZAL Naxçıvana uçan sərnişinlərə müraciət edib

10 Avqust 2026 - 13:43
Azərbaycan nefti bahalaşıb

Azərbaycan nefti bahalaşıb

10 Avqust 2026 - 13:30
Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb

Azərbaycanın İsveçrə və Niderlanddakı səfirləri geri çağırılıb

10 Avqust 2026 - 13:14
Aİ Rusiyadan qaz idxalını yenidən artırıb

Aİ Rusiyadan qaz idxalını yenidən artırıb

10 Avqust 2026 - 13:00
Prezident Polşaya yeni səfir təyin edib

Prezident Polşaya yeni səfir təyin edib

10 Avqust 2026 - 12:53
Azad edilmiş ərazilərdə daha 107 mina, 784 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 107 mina, 784 PHS aşkarlanıb

10 Avqust 2026 - 12:48
Yağış yağacaq, leysan olacaq – SABAHIN HAVASI

Yağış yağacaq, leysan olacaq – SABAHIN HAVASI

10 Avqust 2026 - 12:38
Meşələrdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib – VİDEO

Meşələrdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib – VİDEO

10 Avqust 2026 - 12:29
7 ayda istehlakçılara 122 mln. manatdan çox ƏDV geri qaytarılıb

7 ayda istehlakçılara 122 mln. manatdan çox ƏDV geri qaytarılıb

10 Avqust 2026 - 12:22
İntensiv yağış yağacaq, çaylardan daşqın və sel keçəcək – XƏBƏRDARLIQ

Bəzi yerlərdə şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

10 Avqust 2026 - 12:14
Qazaxıstan neft ixracını Azərbaycan üzərindən həyata keçirməyi nəzərdən keçirir

Qazaxıstan neft ixracını Azərbaycan üzərindən həyata keçirməyi nəzərdən keçirir

10 Avqust 2026 - 12:08
“Real Madrid” gəlirlərini rekord həddə çatdırdı

“Real Madrid” gəlirlərini rekord həddə çatdırdı

10 Avqust 2026 - 11:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.