Palau bayrağı altında üzən Elbus neft tankeri Qara dənizdə dronlar tərəfindən hücuma məruz qalıb və Türkiyə sahillərində lövbər salıb.
Elchi.az xəbər verir ki, bu barədə “IHA” agentliyi məlumat yayıb.
Hücum daha əvvəl gəmi Türkiyənin Kastamonu əyaləti sahillərindən təxminən 30 dəniz mili məsafədə olarkən baş verib. Hücum, ehtimal ki, PUA-dan istifadə edilərək həyata keçirilib. Agentliyin məlumatına görə, gövdənin yuxarı hissəsinə zərbə endirilib.
Kapitan təcili yardım siqnalı göndərib və bundan sonra Türkiyə Sahil Mühafizəsi bölmələri tez bir zamanda hadisə yerinə gəlib. Onların nəzarəti altında tanker Kastamonu əyalətinin İnebolu rayonundakı bir lövbər salıb.
Ekipaj xəsarət almayıb. Zərərin dərəcəsi mütəxəssislər tərəfindən qiymətləndiriləcək.
Dəniz nəqliyyatı məlumatları gəminin Türkiyə sahillərində, İnebolu şəhəri yaxınlığında yerləşdiyini təsdiqləyir.
Məryəm





















