İsrail İsrail texnologiyasından istifadə edilərək istehsal edilən Amerika F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışına icazə verməyəcək.
Elchi.az xəbər verir ki, bu barədə İsrail xarici işlər nazirinin müavini Şaren Haskel “Kathimerini” qəzetinə bildirib.
“Mümkün satışla bağlı narahatlıqlarımız var. Təyyarədə istifadə olunan texnologiyanın əhəmiyyətli bir hissəsi İsraildə hazırlanıb. Və təbii ki, biz bunu onlarla bölüşməyəcəyik”, – deyə o bildirib.
Məryəm





















