ABŞ Prezidenti Donald Tramp dedi: “Venesuelada hər şeyi idarə edəcəyik və ölkəni düzəldəcəyik. Sonra seçkilər doğru zamanda keçiriləcək.”
Elchi.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp tətilini keçirdiyi Floridadan Vaşinqtona qayıdarkən təyyarədəki mətbuat nümayəndələri ilə mövcud vəziyyəti qiymətləndirdi.
Venesuelaya hərbi müdaxiləni doğru və haqlı hesab edən Tramp, ABŞ-a bu ölkədən külli miqdarda narkotik maddənin gəldiyini və Prezident Nikolas Maduronun “narkoterror dövləti” idarə etdiyini iddia etdi.
Venesueladakı mövcud vəziyyətlə bağlı görüləsi çox iş olduğunu izah edən Tramp, böyük Amerika neft şirkətlərinin həmin ölkəyə gedib orada milyardlarla dollar dəyərində iş görməyə başlayacağını söylədi.
ABŞ Prezidenti Tramp ölkədəki vitse-prezident Delsi Rodrigez ilə sıx əlaqədə olduqlarını qeyd etdi və dedi: “Venesuelada nəzarət bizdədir.”
Tramp hələ Rodrigezlə görüşmədiyini, lakin kabinet üzvlərinin görüşdüyünü bildirib və əlavə edib ki, “O, bizimlə əməkdaşlıq edir”, lakin ətraflı məlumat verməyib.
ABŞ-ın maraqlarına zidd addımlar atacağı təqdirdə Rodrigezin taleyinin Maduronun taleyindən daha pis olacağı ilə bağlı “təhdidini” təkrarlayan Tramp, mövcud Venesuela hökumətinin düzgün işlər görəcəyini gözlədiyini vurğulayıb.
“Venesuela hazırda ölü bir ölkədir. Biz onu dirçəltməliyik. Neft şirkətləri infrastrukturu yenidən qurmaq üçün böyük investisiyalar qoymalı olacaqlar və onlar buna hazırdırlar”, – deyə Tramp bildirib və iddia edib ki, onlar Venesuela neftindən istədikləri kimi istifadə etmək hüququna malikdirlər.
Şayəstə





















