Volodimir Zelenski Ukrayna üçün 20 maddəlik “sülh planı”nın 90%-nin tamamlandığını açıqladı.
Elchi.az xəbər verir ki, bu barədə Kiyev lideri Ukrayna mediasına açıqlama verib.
Zelenskinin aydınlaşdırdığı kimi, əsas məqsəd planı tam şəkildə tamamlamaqdır ki, bu da vaxt və hər bir məqamın diqqətlə nəzərdən keçirilməsini tələb edir. O, əlavə edib ki, tərəfdaşlarla hər görüş və söhbət sənədi son formasına yaxınlaşdıracaq.
Zelenski iddia edir ki, artıq bir neçə sənədin ilkin layihələri hazırlanıb. Bununla belə, ən yüksək səviyyədə müzakirə edilməli olan məsələlər hələ də mövcuddur.
Məryəm





















