ABŞ-ın Kaliforniya ştatında şiddətli yağış, fırtına və daşqınlar nəticəsində ölənlərin sayı 3-ə çatıb.
Elchi.az xəbər verir ki, BBC-nin məlumatına görə, şiddətli fırtına Los-Ancelesin bəzi ərazilərində təxliyə və yolların bağlanmasına səbəb olub.
Hakimiyyət orqanları daşqın suları səbəbindən nəqliyyat vasitələrində qalanları xilas etmək üçün çalışır və dünənə qədər ştatda təxminən 100.000 insan elektriksiz qalıb.
ABŞ Hava Proqnozu Mərkəzi də çoxsaylı qəfil daşqınların mümkünlüyü barədə xəbərdarlıq edib. Hakimiyyət orqanları çərşənbə günü San Dieqoda yıxılmış ağacın əzilməsi nəticəsində 64 yaşlı bir kişinin, bazar ertəsi günü isə Mendosino bölgəsində dalğaların okeana aparması nəticəsində 70 yaşlarında başqa bir kişinin öldüyünü açıqlayıb.
Həmçinin, həftəsonu Reddinq bölgəsində daşqınlar səbəbindən 74 yaşlı bir kişinin öldüyü açıqlanıb. Kaliforniya qubernatoru Qevin Nyusom dünən Los-Anceles, Oranj, Riversayd, San Bernardino, San Dieqo və Şasta qraflıqlarında son zamanlar ştatı təsir edən yağış və fırtınalar səbəbindən fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Nyusom qeyd edib ki, yanvar ayında Sakit Okean Palisades bölgəsində baş verən meşə yanğınlarından zərər çəkən ərazilər güclü yağış, palçıq sürüşmələri və dağıntı axını təhlükəsi ilə üzləşir.
Şayəstə





















