Rusiya hələ də ölkə rəhbərliyinin ümid etdiyi kimi mayeləşdirilmiş təbii qaz (LNG) hasilatını 2030-cu ilə qədər 100 milyon tona çatdıra və qlobal bazarın 20 faizini ələ keçirə bilmir.
Elchi.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə baş nazirin müavini Aleksandr Novak bildirib.
O, bir neçə illik gecikməni qlobal bazarda LNG satışının kəskin artmasının qarşısını alan sanksiyalar məhdudiyyətləri ilə əlaqələndirib. Rəsmi planların həyata keçirilməsi üçün vaxt dəqiqləşdirməyib.
Məhdudiyyətlər dedikdə, Novak “Yamal LNG” istisna olmaqla, Rusiyanın bütün LNG layihələrinin ABŞ-ın müvafiq siyahılarına daxil edilməsini, həmçinin qaz daşıyıcılarına qarşı sanksiyaları nəzərdə tutur.
Bu fonda Çin Rusiyadan mayeləşdirilmiş təbii qaz alışını artırır, çünki onun bir sıra şirkətləri ABŞ sanksiyalarına məhəl qoymur.
Noyabrda Rusiyanın Çinə LNG satışı keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq rekord həddə – 1,6 milyon tona çatıb. Bu nəticə Rusiyaya Qətərdən sonra ikinci yeri tutaraq Çinə ən böyük LNG ixracatçısı kimi Avstraliyanı ötməyə imkan verdi.
Yeganə





















