Pentaqon ABŞ Konqresinin tələbi ilə Çin ordusunun imkanları və ABŞ üçün potensial təhlükə ilə bağlı hesabat dərc edib.
Elchi.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, bu hesabat ABŞ prezidenti Donald Trampın ikinci administrasiyası dövründə yayılan ilk versiyadır.
Sənəd Çin ordusunun getdikcə daha təkmilləşdiyini və dayanıqlı olduğunu təsvir edir. Orada bildirilir ki, Çin ABŞ-la irimiqyaslı sazişlərdən ehtiyatlanır və Tayvana təzyiqləri artırmaqla Rusiyanın Ukraynadakı uğursuzluqlarından dərs alır.
Hesabatda qeyd edilir ki, Çin və Rusiya strateji tərəfdaşlıqlarını dərinləşdirməyə davam edir, demək olar ki, ABŞ-a qarşı mübarizədə ortaq maraqdan irəli gəlir. Lakin Pekin və Moskva arasında əməkdaşlığa iki tərəf arasında qarşılıqlı inamsızlıq mane olur.
Bloomberg yazır: “Pentaqon-un Çinin hərbi imkanları ilə bağlı son hesabatına görə, Çin ordusu ABŞ-ın vətənini daha çox həssas edən “tarixi hərbi güclənmə”nin ortasındadır”.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, Çin hipersəs silahlarının hazırlanmasında ABŞ-ı qabaqlayır. Trampın planlaşdırdığı “Qızıl Qübbə” sistemi isə ölkəni bu və digər innovativ təhlükələrdən, eləcə də daha ənənəvi ballistik raketlərdən qorumaq üçün nəzərdə tutulub.
Yeganə





















